Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1696/2021 15.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X10, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində ondan ötrü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, xx.xx.2021-ci il tarixdə Binəqədi rayonu, İsfahani küçəsində X7 məxsus Mersedes markalı avtomobildən kant oğlurlayaraq 40 manat dəyərində ziyan vurmuş, xx.xx.2021-ci il tarixində 79 saylı marşurutda X2 50 manat pulunu oğurlamış, xx.xx.2021-ci il tarixdə Binəqədi qəsəbəsi, Mərkəzi küçəsində yerləşən Kapitalbank bakomatından pul çıxardarkən X14 aldadaraq 67 manat ziyan vurmuş, xx.xx.2021-ci il tarixdə Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 43 ünvanında yaşayan X8 qazanlarını oğurlayaraq 90 manat ziyan vurmuş, xx.xx.2021-ci il tarixində Binəqədi qəsəbəsində, 2-ci mədən, 37-ci ünvanda yerləşən Rahat marketin qarşısında 20 manat dəyərində göyərti oğurlamış, xx.xx.2021-ci il tarixində Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, 11-ci döngədə X20 məxsus 40 manat dəyərində göyərti oğurlamış, xx.xx.2021-ci il tarixində 1-ci mədən, korpus 18 ünvanında yaşayan X11 məxsus su sayğacını oğurlayıb 80 manat ziyan vurmuş, xx.xx.2021-ci il tarixində Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 9 ünvanında X15 məxsus su matoru hidrofonu ilə birlikdə oğlurlayıb 100 manat ziyan vurmuşdur. Törədilmiş inzibati xəta ilə əlaqədar Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X21 tərəfindən inzibati xəta haqqında xx xxxxx 2021-ci il tarixli MN №1098331, MN №1098332, MN №1098333, MN №1098334, MN №1098335, MN №1098336, MN №1098337 və MN №1098338 saylı protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X21 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməklə barəsində inzibati həbs tənbeh tədbiri tətbiq olunmasını xahiş etmişdir. İnspektor bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müxtəlif vaxtlarda xırda talama edərək inzibati xəta törətmişdir. İnzibati xəta haqqında materiala baxarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğurluq etmədiyini, barəsində tərtib edilmiş protokollarla razı olmadığını, polis əməkdaşlarından qorxaraq izahatlara imza etdiyini, onun oğurluq etməsini təsdiq edən heç bir sübut iş materiallarında olmadığını, istər kamera görüntüləri istərsə də onun əl-barmaq izləri hadisə yerindən aşkar edilməyib, maddi sübutlar ondan götürülməyib, o, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Bundan başqa o, izahatında göstərmişdir ki, saat 24 radələrində o, siqaret almaq üçün marketə getmişdir, qayıdan vaxt evinin qarşısında post patrul xidmətinin əməkdaşlarının avtomaşınla ərazini gəzdiklərini görmüşdür. O, polisdən qorxduğu üçün özündən aslı olmayaraq qaçmağa başlamışdır. Polis əməkdaşları onun qaçmasından şübhələnib onun arxası ilə gələrək onu tutub polis bölməsinə gətirmişlər. Məhkəmə iclasında iştirak edən müdafiəçi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs sözügedən inzibati xətaları törətməsinə dair kifayət qədər əsas və sübut olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı X19 RPİ-nin PPXB-nin polis əməkdaşları Tural Əsgərov və Nəsimi Məmmədov tərəfindən yazılan xx.xx.2021-ci il tarixli raportdan aydın olur ki, xx.xx.2021-ci il tarixində 43-cü PB-nin 2-ci avto-patrul marşurutunda xidmətdə olan zaman gecə saat 01:45 radələrində 1-ci X24 küçəsində hərəkətdə olarkən qaranlıq dalandan iki nəfər vətəndaşın çıxdığını görüblər. Həmin şəxslərə yaxınlaşarkən onlar qaçmağa başlamışlar. Dərhal həmin şəxslərin arxasınca qaçıb onları tutmuşlar. Həmin ərazilərdə olmuş sil-silə oğurluqlarla əlaqədar qaçdıqları üçün 43-cü Polis Bölməsinə təhvil vermişlər. İş materiallarında olan xx xxxxx 2021-ci il tarixli MN №1098331, MN №1098332, MN №1098333, MN №1098334, MN №1098335, MN №1098336, MN №1098337 və MN №1098338 saylı İnzibati xəta haqqında protokollardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İş materiallarında olan AZA 002740 saylı, xx.xx.2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokolla müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə görə inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis mayoru Emil Abbaszadə tərəfindən qəbul edilmiş X5 müraciəti əsasında toplanmış material üzrə xx.xx.2021-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, əməldə İXM-nin 227-ci maddəsinin tərkibi olduğu üçün əməli törətmiş şəxsin inzibati məsuliyətə cəlb olunması qərara alınmışdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X25 tərəfindən qəbul edilmiş HK-1/72 saylı material üzrə xx.xx.2021-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, əməldə İXM-nin 227-ci maddəsinin tərkibi olduğu üçün əməli törətmiş şəxsin inzibati məsuliyətə cəlb olunması qərara alınmışdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis mayoru Emil Abbaszadə tərəfindən qəbul edilmiş X12 müraciəti əsasında toplanmış material üzrə xx.xx.2021-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, əməldə İXM-nin 227-ci maddəsinin tərkibi olduğu üçün əməli törətmiş şəxsin inzibati məsuliyətə cəlb olunması qərara alınmışdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis mayoru Emil Abbaszadə tərəfindən qəbul edilmiş X3 müraciəti əsasında toplanmış material üzrə xx.xx.2021-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, əməldə İXM-nin 227-ci maddəsinin tərkibi olduğu üçün əməli törətmiş şəxsin inzibati məsuliyətə cəlb olunması qərara alınmışdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis mayoru Emil Abbaszadə tərəfindən qəbul edilmiş X6 müraciəti əsasında toplanmış material üzrə xx.xx.2021-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, əməldə İXM-nin 227-ci maddəsinin tərkibi olduğu üçün əməli törətmiş şəxsin inzibati məsuliyətə cəlb olunması qərara alınmışdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis kapitanı X22 tərəfindən qəbul edilmiş X16 müraciəti əsasında toplanmış material üzrə xx.xx.2021-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, əməldə İXM-nin 227-ci maddəsinin tərkibi olduğu üçün əməli törətmiş şəxsin inzibati məsuliyətə cəlb olunması qərara alınmışdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis mayoru Emil Abbaszadə tərəfindən qəbul edilmiş X9 müraciəti əsasında toplanmış material üzrə xx.xx.2021-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, əməldə İXM-nin 227-ci maddəsinin tərkibi olduğu üçün əməli törətmiş şəxsin inzibati məsuliyətə cəlb olunması qərara alınmışdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Sənan Quliyev tərəfindən qəbul edilmiş X13 müraciəti əsasında toplanmış material üzrə xx.xx.2021-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, əməldə İXM-nin 227-ci maddəsinin tərkibi olduğu üçün əməli törətmiş şəxsin inzibati məsuliyətə cəlb olunması qərara alınmışdır. Məhkəmə, iş materiallarını araşdıraraq tərəfləri dinləyib bu qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi sübut olunmadığından, yəni, inzibati xətanın məhz Şəxs tərəfindən törədilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından onun barəsində iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 421, 425-427, 430-432-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx.xx.1989-cu il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış icraata xitam verilsin. İnzibati qaydada tutulan şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. Qərarın icrası Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə həvalə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-1696/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1696/2021
15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver