Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1699/2020 26.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X2 iclas katibliyi, Şikayətçi X3, Müdafiəçisi Azərbaycan RespublikasıVəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Sadıqova Zibeydə Söhbət qızının iştirakı ilə, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində Şikayətçi X3 müdafiəçisi Sadıqova Zibeydə Söhbət qızının Bakı şəhəri,Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə Binəqədi rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şikayətçi X3 müdafiəçisi Sadıqova Zibeydə Söhbət qızı Bakı şəhəri,Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarından şikayət verərək göstərmişdir ki, ərizəçi ARPDİA-nın hüquq fakultəsi 3-cü kurs tələbəsidir, ödənişsiz əsaslarla təhsil alır.X7 01 iyıın 2020-ci il tarixli müraciəti ilə X11 Azərbaycanda tələbə hüquqlarını müdafiə hərəkatıdır.Hərəkat vaxtaşırı olaraq facebook sosial şəbəkəsindəki səhifələri üstündən tələbələrin problemləri ilə bağlı xəbərlər, məlumatlar paylaşır, ictimaiyyətin diqqətini bu məsələlərə cəlb edir. Covid-19 pandemiyası ilə əlaqədar 2020-ci il üzrə (ikinci semestr) təhsili dayandırılmışdır.Əksər universitetlərdə 2-ci semestrdə keçirilməli olan fənlər üzrə online dərslər ya təşkil olunmamış və ya təşkil olunan dərslərə çox az sayda tələbə qatılsa da, yekunda imtahanların eyni qaydada keçiriləcəyi bildirilmişdir.xx xxx 2020-ci ildə Facebook sosial şəbəkəsində, hərəkət səhifəsində Event elan edilmişdir. Event ondan ibarət idi ki, xx xxxx 2020-ci ildə saat 14-də tələbələr Təhsil Nazirliyinin qarşısına gəlib, "ödənişi ləğv et", "imtahanları ləğv et" şüarı ilə bağlı öz problemlərini səsləndirsinlər. Eventdə bildirilirdi:Hamımız bilirik ki, karantin dövründə bütün universitetlərdə dərslərlə bağlı problemlər yaşanıb.Hər gün bizə - səhifəmizə bununla bağlı şikayətlər gəlir.Çox fərqli universitetlərdən, çox fərqli fakültələrdən şikayətlər daxil olur və bunların məğzi eynidir: ya ödəniş problemi, ya da imtahan.Online dərslər adı ilə yalnız mühazirə dərslərinin keçirilməsi, bunların da bütün müəllimlər və tələbələr üçün əlçatan olmaması, hətta online dərslər ideal olsaydı belə, ölkə iqtisadiyyatının durması, bütün ailələrdə gəlir probleminin yaranması hamımıza məlumdur.Tələbə Tələbi məhz buna görə də bütün tələbələrə çağırış edir.Ödəniş və imtahan mövzusunda şikayəti olan bütün tələbələri və hətta tələbə yaxınlarını 1 iyun 14:00 tarixində Təhsil Nazirliyinin önünə, aksiya və piket olmadan, sadəcə dinc müraciətlərinə qoşulmağa çağırır.Onlar tələbələrlə toplanıb nazirliyə sözlü və yazılı formada ödənişlərin və imtahanların ləğvi tələbi ilə müraciət edəcəklər.Bütün tələbələri bizə - bu çağırışa qoşulmağa dəvət edirik. Ərizəçi bildirmişdir ki, oxuduğu universitetdə də Covid-19 pandemiyası ilə əlaqədar 2020-ci il üzrə (ikinci semestr) təhsili dayandırılmışdır.Semestr ərzində cəmi 7 fənn üzrə dərs keçirilmişdir.Pandemiya ilə əlaqədar dərslər dayandırılmış və Online dərslərə də az adam qatılmışdır.Ərizəçi ödənişsiz təhsil alsa da, universitetdə təhsil alan tələbələrin buna görə çətinlik çəkdiyini bilib, düşünmüşdür ki, bununla bağlı narahatçılığı dövlət orqanlarının nəzərinə çatdırmaq lazımdır. Ərizəçi X7 facebook sosial şəbəkəsindəki müraciətini gördükdən sonra qərara gəlmişdir ki, 01 iyun tarixində Təhsil Nazirliyinin qarşısına getsin və digər tələbələrlə birlikdə narazılığını səsləndirsin. Ərizəçi bildirmişdir ki, xx xxxx 2020-ci il tarixində saat 2-ə işləmiş Təhsil Nazirliyinin qarşısına gəlmiş və görmüşdür ki, iştirakçılar gəlməmişlər.Lakin müşahidə etmişdir ki, həmin ərazidə bir neçə polis və mülki geyimli şəxslər var.Mülki geyimli şəxslər bir-birinə rəis və s. deyə müraciət edirlər.Başa düşmüşdür ki, bu şəxslər müraciətlə əlaqədar həmin yerə yığışıblar.O, ehtiyat etdiyi üçün ərazidən uzaqlaşmış, fikirləşmişdir ki, event vaxtı çatanda geri gələr. 2-ə qalmış təşkilatçıların dediyi yerə gəlmişdir.X8, həmçinin bir neçə jurnalisti görmüşdür. Ona bildirmişdirlər ki, təşkilatçı Rüstəm İsmayılbəylini içəri aparıblar.O, ara məsafəsi saxlayaraq, həmin şəxslərlə birgə gözləməyə başlamışdır.Bir müddət sonra görmüşdür ki, içəridən Allahverdi Mirzəyev çıxmış və jurnalistlər Allahverdi Həsənovu dövrəyə almışdırlar və həmin yerə polis müdaxilə etmişdir.Onun bu əraziyə yaxın yerdə dayandığını görən bir polis demişdir ki, nə üçün ordadır.O, bildirmişdir ki, o keçirilməyən fənlərə görə ödənişin ləğv edilməyini istəyir, özü ödənişsiz əsaslarla təhsil alsa da, istəyir ki, onların bu mövzudakı tələbləri nəzərə alınsın.Polis ona demişdir ki, onunla getsin.O, xahiş etmişdir ki, özünü təqdim etsin.Lakin o israr edəndə, dediyinə əməl etmişdir.Onu kənar bir yerə çəkib soruşmuşdur ki, kimdir və nə üçün gəlmişdir, hansı təşkilatdandır.O, polisə universitetini, tələbini bildirmişdir.Polis ona demişdir ki, birazdan burda qarışıqlıq olacaq, yaxşısı budur ki, yolu fırlanıb əks tərəfdən çıxıb getsin.O, heç bir zorakılıq niyyəti ilə gəlmədiyini deyəndə polis onu buraxmışdır.O, yenidən qayıtmış və soruşmuşdur ki, Rüstəm İbrahimbəyli çıxıbmı, ona bildirmişdirlər ki, çıxmayıb.O maska ilə və ara məsafə saxlayaraq dayanmışdır, lakin bir neçə dəfə polislər ona yaxınlaşıb demişdirlər ki, karantin qaydalarını pozur. O, isə hətta polisdən də tələb etmişdir ki, aralı dursun.Yolun qarşı tərəfinə keçib jurnalistlərin olduğu yerə getmək istəyəndə görmüşdür ki, polis zorakılıqla TN-in qarşısında yığışan şəxsləri dağıdır.Bu zaman polislərdən biri onun da şalvarının kəmər hissəsindən tutaraq demişdir ki, qaydaları pozur. O, yenə vəsiqə tələb etmişdir, lakin vəsiqəni təqdim etməmişdir.O, görmüşdür ki, İlham Əhmədovu zorla avtomobilə mindirirlər.X9 İlhamın yanına gəldiyini və onun həbsinə etiraz etdiyini görmüşdür.O zaman Qiyası da həbs etmişdirlər.O, polislərin həm də Sənay Qəhrəmanlının səsini eşitmişdir.O, səkinin ortasında dayandığı üçün geri çəkilmiş, diqqət etmişdir ki, qaydaları pozmasın. Polislər bir neçə şəxs toplaşanda onlara yaxın durub dağıtmağa çalışırdılar, halbuki özləri qaydalan pozurdular.Birdən bir polis yenidən ona yaxınlaşıb ona bildirmişdir ki, karantin qaydalarını pozur.Bu şəxs onu itələyirdi.O, polisdən vəsiqəsini tələb edəndə, digər bir şəxs bildirmişdir ki, artıq o, 2-ci dəfədir ki, qaydaları pozur.O israrla soruşmuşdur ki, onu niyə aparırlar.Bu vaxt digər bir polis göstəriş vermişdir ki, aparın bunu.Onun iki tərəfindən qolundan tutmuşdurlar.Bir şəxs isə başını da tutmuşdur.Onu maşına aparanda elə bilmişdir ki, yıxılacaq.Halbuki, ondan maşına minməyini istəsəydilər, özü oturacaqdı.Onu maşına mindirdilər.Lakin onu tutan şəxslər minmədilər.O yolda onu aparan sürücüdən hara aparıldığını, nə üçün həbs olunduğumu soruşmuşdur.O, isə cavabında demişdir ki, onun nədə ittiham olunduğumu bilmək hüququ var. Lakin bu şəxs ona demişdir ki, sakit ol.Sonra, onu Nərimanov rayon 18-ci PB-nə gətirmişdirlər.Girişdə əşyalarını, telefonunu mülki gevimli və digər bir formalı şəxs istəmişdir.O,bildirmişdir ki, kim olduğunu deməmiş əşyalarını, telefonunu verməyəcək, formada olan hündürboylu polis israr etdiyini görəndə bildirmişdir ki, indi onu vuracaq.Bu zaman dəhlizdə gözləyən müraciətçilərdən biri gəlib ona demişdir ki, hamı burdadır. Problem yaranmaması üçün telefonunu versin.O məcbur qalıb telefonunu vermişdir.Lakin ona ailəsilə əlaqə saxlamağı, onları məlumatlandırmağı təklif etməmişdirlər.Girişdən solda 3-cü qapıya onları aparmışdırlar.İçəri girəndə görmüşdür ki, digər iştirakçılardan da bəziləri bura gətirilib Vüqar adlı iştirakçını sonradan gətirmişdirlər.Bu otaqda onların anket məlumatlarını almışdırlar.Bir neçə dəqiqə sonra rəisin kabinetinə 3-3, bəzilərini tək aparmağa başladırlar.X14 və Rüstəm İsmayılbəyli birlikdə aparmışdırlar.Burda onların nə üçün nazirliyin qabağına yığışdıqları, nə istədikləri kimi məlumatları soruşurdular. Sonra onları birinci otağa aparmışdırlar. Qiyası bir polis danlamışdır.Daha sonra gəldikləri otağa geri qayıtmışdırlar.Hər kəs sorğu-sual edildikdən sonra onları 1-ci mərtəbədə ara məsafəsi saxlamaqla ayaqda saxlamışdırlar.Onları bir-bir otaqlara çağırıb, protokol tərtib etmişdirlər.O, içəri girəndə ona hansı inzibati pozuntunu törətdiyi bildirilmədən demişdirlər ki, imza çəksin.O, da, məcbur qalıb qol çəkmişdir.Otaqdan çıxanda görmüşdür ki, barəsində guya karantin qaydalarını pozmağı səbəbi ilə protokol tərtib edilmiş və 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçi yuxarıda göstərilənələri, Azərbaycan Respublikası Konstitusiyasının 12, 24, 25, 26, 27, 28, 31, 46, 47. 60, 61, 63, 67, 71 –ci maddələrini, İXM-nin 61.1, 75, 100.4, 100.2, 101.1-ci maddələrini və İnsan hüquqlarının və əsasə azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 5-ci maddəsinin tələbni rəhbər tutaraq X3 İXM 211-ci maddəsində göstərilən əməli törətməsi barədə qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın (bəraətverici əsaslarla) ləğv edilməsini, X4 qanunsuz lıəbs edən və barəsində protokol tərtib edən Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları barədə xüsusi qərar qəbul edilməsini, X3 Konvensiyanın 3, 5, 11 və 1 saylı Protokolun 2-ci maddəsində göstərilən hüquqlarının pozuntusunun göstərilən hüquqlarının pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən şikayətçi X5 və müdafiəçisi Sadıqova Zibeydə Söhbət qızı şikayətdə göstərilənləri nəzərə alaraq şikayətin təmin olunmasını məhkəmədən xahiş etdilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir.Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini və onun müdafiəçisini dinləyib və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin məcəllənin 130.2-ci maddəsinə əsasən,Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır.Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı protokol və həmin protokol əsasında qəbul edilmiş qərara əsasən məlum olur ki, X1 rejimi qaydalarını pozduğuna görə əsaslı olaraq İXM-nin 211.1-ci maddəsi ilə 100 manat cərimə edilmişdir.Belə ki, o, bir qrup tələbə ilə Event elanına qoşularaq Covid-19 pandemiyası ilə bağlı elan olunmuş karantin rejimi qaydalarının ziddinə olaraq xx xxxx 2020-ci ildə saat 14-də bir qrup tələbə ilə birlikdə Təhsil Nazirliyinin qarşısına gəlib, "ödənişi ləğv et", "imtahanları ləğv et" şüarı adı altında etiraz toplantısı keçirməyə cəhd etmişdir.Halbuki, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir.Buna görə də, məhkəmə hesab edir ki, şikayətçi X3 Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardan verdiyi şikayət və protokol tərtib edən Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları barədə xüsusi qərar qəbul edilməsi tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayətçi X3 Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardan verdiyi şikayət əsassız olduğundan rədd edilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apallyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1699/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1699/2020
26.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver