Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1709/2020 15.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Bağırlı Günay Suliddin qızının katibliyi ilə xx.xx.1954-cü ildə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ Dövlət x3 daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət x3 daxil olmuş AP ******* saylı, 29.05.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək yol hərəkəti qaydaları əlehinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət x5 və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət x4 nümayəndəsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdirlər.Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət x4 nümayəndəsinin və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Şəxs tərəfindən məhkəməyə təqdim olunmuş Binəqədi rayon DYPŞ-nin çıxarışından görünür ki, Şəxs tərəfindən bütün cərimə məbləğlərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin büdcəsinə ödəmişdir. Bu da onu göstərir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Dövlət Yol Polis İdarəsinin polis baş leytenantı x1 tərəfindən tərtib edilmiş AP ******* saylı, 29.05.2020-ci il tarixli protokoluna əsasən Şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. İXM-nin 529-cu maddəsinin qeydinin 1-ci bəndinə əsasən 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pullunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 110, 114-117, 128-130 və 529.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli hesab edilərək, inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1709/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1709/2020
15.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver