Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1711/2020 18.06.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, x5 qızının iclas katibliyi, Protokolu tərtib etmiş orqan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru Kamran Hüseynzadənin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi –Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili x2 iştirakı ilə xx.xx.1984-cü il tarixdə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan,2-ci qrup əlil, məcburi köçkün, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında protokola və iş materiallarına əsasən məlum olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 17.06.2020-ci il tarixdə saat 19:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu C.Xəndan küçəsində yol hərəkəti qaydalarını, üfiqi nişanlanma xəttinin tələbini pozduğuna görə BPİ-nin DYPİ-nin YPX inspektoru x4 tərəfindən saxlanılmış, lakin o polis əməkdaşı ilə kobud davranaraq, mübahisə yaratmış, bununla da polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır.Buna görə də, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru Kamran Hüseynzadə tərəfindən 18.06.2020-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında ifadə verən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs çıxış edərək əməlində inzibati xəta tərkibinin olmadığını bildirərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs müdafiəçisi çıxış edərək hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını bildirərək onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru Kamran Hüseynzadə tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 17.06.2020-ci il tarixdə saat 19:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu C.Xəndan küçəsində yol hərəkəti qaydalarını, üfiqi nişanlanma xəttinin tələbini pozduğuna görə BPİnin DYPİ-nin YPX inspektoru x4 tərəfindən saxlanılmış, lakin o polis əməkdaşı ilə kobud davranaraq, mübahisə yaratmış, bununla da polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır.Buna görə də, o, məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati qaydada cəzalanmasını məhkəmədən xahiş etdi. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində ikinci qrup əlil olmasını və məcburi köçkün olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Həmçinin, nəzərə alınmalıdır ki, İXM-nin 30.2-ci maddəsinə əsasən … birinci və ikinci qrup əlillərə inzibati həbs qismində inzibati cəza tətbiq edilə bilməz.İş materiallarında olan əllilik vəsiqəsinə əsasən məlum olur ki, x3 ikinci qrup əlildir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 0, 200 (iki yüz) manat cərimə edilsin. Şəxs inzibati tutulmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1711/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1711/2020
18.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver