Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1712/2020 10.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 nümayəndəsi və vəkili X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X13 tərəfindən tərtib edilmiş TP3408713 saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: X4 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X13 tərəfindən tərtib edilmiş TP3408713 saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. S.A.Rəsulov həmçinin ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə də müraciət edərək şikayət etmək müddətinin ötürülməsini üzürlü hesab edərək müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx xxxxxxx 2019-cu il tarixdə təxminən 21:00- 21:10 radələrində mülkiyyətində olan "Toyota Prado" markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobillə "20-ci dairə" adlanan ərazidə **-YP-*** d/q nömrəli avtomaşını idarə edən yol-patrul xidməti əməkdaşı ona yaxınlaşaraq qayda pozuntusu etdiyini demiş və ondan sərxoş olub-olmadığını soruşmuşdur. O, həmin şəxsə heç bir qayda pozuntusu törətmədiyini və sərxoş olmadığını bildirmişdir. Bundan sonra həmin şəxs ondan müayinədən keçmək üçün həkimə getməli olduğunu bildirmiş və o, da razılaşmışdır. Onlar, Bakı şəhəri Cəfər Cabarlı küçəsində yerləşən tibbi, müayinə yerinə getmişlər və orada olan alkotester aparatın üflədikdən sonra guya onda 0.5% spirt aşkarlandığı bildirilmişdir. Lakin o, bununla razılaşmamış və tərtib edilən 2/8511 nömrəli müayinə aktında qeydini yazaraq həmin aktla razı olmadığını və yenidən qan və sidikdən tibbi müayinə edilməsini tələb etmişdir. Onuda bildirmişdir ki, o, həmçinin həmin alkotester aparatının sonuncu dövlət texniki baxışından keçirilməsi barədə müvafiq sənədin surəti ilə tanış edilməyinidə xahiş etmişdir. Lakin hər iki tələbdən imtina edilmişdir. Bundan sonra yol-patrul xidməti əməkdaşları tərəfindən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokoldada içkili olmadığı barədə müvafiq qeydini aparmışdır. Bakı şəhər Dövlət X12 öz hüquqlarından sui-istifadə edərək onu sürücülük hüququdan məhrum etmək məqsədilə barəsində qanunsuz qəbul edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün tez-tələsik Bakı şəhər Yasamal Rayon Məhkəməsinə göndərmişlər. Ancaq Bakı şəhər Yasamal Rayon Məhkəməsinin hakimi cənab Hüseyn Səfərov AR DİN-yi və Bakı şəhər Dövlət X7 fərqli olaraq insan və vətəndaş hüquqlarına dəyər verdiyindən, öz vəzifəsini layiqincə yerinə yetirdiyindən və həmçinin obyektiv araşdırma apardığından Bakı şəhər Dövlət X8 ilk cəhdi uğursuzluqla nəticələnmişdir. Belə ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin hakimi cənab Hüseyn Səfərov tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, 3(004)-2983/2019 saylı qərar ilə inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərin Bakı şəhər Baş Polis idarəsi Dövlət Polis İdarəsinə geri qaytarılması, protokol tərtib etmiş orqanın diqqətinin İXM-in 43.3-cü maddəsinin tələblərinə və «Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2015-ci il -ixli Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanının 6-cı bəndinin tələblərinə əməl etməyə cəlb edilməsi qərara alınmışdır. Bundan sonra dəfələrlə etdiyi eyni məzmunlu müraciətlərdən sonra nəhayətki xx.xx.2020-ci il tarixdə Bakı şəhər Baş Polis idarəsi Dövlət X13 tərəfindən göndərilmiş 046-3076/3R-3220 nömrəli məktubla "inzibati tənbeh vermə haqqında" TP3408713 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı rəsmi şəkildə əldə edə bilmişdir. Şikayət vermiş şəxs qeyd edilənlərə əsasən məhkəmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X13 tərəfindən tərtib edilmiş TP3408713 saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətin baxılmasında iştirak etməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi DYPİ-yə məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X3 nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan İXP ******* saylı xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan TP3408713 saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2019-cu il tarixində saat 21:00-da “Toyota Land-Cruiser-Prado minik markalı ** NB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə. Barəsində 400 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 3(004)-2983/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, X4 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhər Baş Polis İdarəsi Dövlət X5 daxil olmuş xəta haqqında xx.xx.2019-cu il tarixdə tərtib edilmiş İXP ******* saylı protokol Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X9 geri qaytarılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 3(001)-880/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 Bakı şəhər Baş Polis İdarəsinin TP seriyalı ******* saylı xx.xx.2019-cu il tarixli qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsi Dövlət X12 tərəfindən S.Rəsulova ünvanlanmış xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli məktublardan görünür ki, müraciətə baxılmış, müraciətlə bağlı ona DYP-nin xidməti fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələbləri barədə ətraflı məlumatlar verilmiş, araşdırma zamanı yol verildiyi inzibati xətanın aşkar olunması və sənədləşməsində DYP əməkdaşları tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Araşdırmadan narazı qaldığı halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qabununun 6-cı maddəsinə əsasən məhkəməyə şikayət vermək hüququnun olduğu bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X3 şikayəti təmin edilərək inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.3-cü maddəsinə əsasən sürücü saxlanıldığı zaman nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən isə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Lakin X1 zaman tibbi müayinəyə göndərilməyi haqqında protokol ümumiyyətlə tərtib edilməmiş, izahat vermək və protokolun məzmunu barədə öz mülahizəsini təqdim etmək hüququ məhdudlaşdırılmışdır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalari"mn 2.7-ci bəndinin və inzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, həmin Qaydaların 2.7-ci bəndinə və həmçinin qüvvədə olan inzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, həmin şəxs tibbi müayinəyə göndərilir. Lakin o hətta öz vəsaiti hesabına tibbi müayinədən keçməyi tələb etsədə əsassız olaraq və heç bir səbəb göstərilmədən müraciətindən imtina olunmuşdur. Bundan başqa Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinin tələbinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. Lakin nə "Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında" 2/8511 nömrəli xx.xx.2019-cu il tarixli, nə də və inzibati xəta haqqında İXP ******* nömrəli xx.xx.2019-cu il tarixli protokolda onun içkili olduğunu "müəyyən edən" alkotester aparatının' son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməmişdir. Göründüyü kimi inzibati xəta haqqında İXP ******* nömrəli xx.xx.2019-cu il tarixli protokol və idarəsinin "inzibati tənbeh vermə haqqında" TP3408713 nömrəli, xx.xx.2019cu il tarixli qərar əsassız olmaqla bərabər, həmçinin AR İXM-nin 69.2, 96.2, 96.3, 96.5, 100.1.8-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları'”nın 2.7-ci bəndinin tələblərinə zidd qəbul edildiyi üçün ləğv olunmalıdır. Azərbaycan Respublikası İXM-in 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Göründüyü kimi sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburi olduğu halda hal şahidləri dəvət olunmamış, sənədləşmə onların iştirakı olmadan aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsində qeyd olunur ki, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələblərinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd olunur ki, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərardan şikayət vermə müddəti üzürlü səbəbdən buraxıldığından şikayət məhkəmənin icraatına qəbul edilərək baxılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb proses iştirakçısını dinləyib belə qənaətə gəlir ki, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tərtib edilmiş inxibati xəta haqqında protokl iş üzrə əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan qəbul edildiyindən inzibai xəta haqqında qərar ləğv edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X12 tərəfindən tərtib edilmiş TP3408713 saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şikayət təmin edilsin. X3 inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X12 tərəfindən tərtib edilmiş TP3408713 saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-1712/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1712/2020
10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver