Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1714/2022 04.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin polis baş leytenantı X3 xx.xx.2022-ci il tarixli, TB ******* saylı qərarından verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : X2 Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin polis baş leytenantı X3 xx.xx.2022-ci il tarixli, TB ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, 28 may küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində Yol Patrul inspektoru saxlamış və o, inzibati xəta etmədiyi halda barəsində protokol tərtib etmişdir, xəta törətmədiyini polis əməkdaşına başa salmağa salışsa da ona inzibati xəta haqqında protokol tərtib olunmuşdur.O da «ASAN PAY» vasitəsilə öz şikayətini bildirmişdir.Bir neçə gündən sonra ona BDYP idarəsindən bir polis zəng vurmuşdur.O, həmin polis əməkdaşına başa salmağa çalışmışdır ki, onun günahı yoxdur.Video görüntülərə baxıb həqiqətən görmüşdür ki, o, bu xətanı etməmişdir.Polis əməkdaşı ona bildirmişdir ki, o, səhv edib.Cavabında o, polisə demişdir ki, niyə səhv protokol yazır ki, diqqətli olsun, zəng edən polis inspektoru ona böhtan ataraq demişdir ki, o, da güya video görüntüyə baxmışdır, «sən manevr qaydasını pozmusan».Cavabında o da demişdir ki, inzibati xəta haqqında protokol ilə razı deyil və məhkəməyə müraciət edəcək.O, da cavabında demişdir ki, ona yazılmış protokolu ləğv edəcək, buna görə də protokolu qərarsız etmişdir ki, məhkəməyə müraciət edə bilməsin.Bu hadisənin üstündən 8 ay keçdikdən sonra ona qərarsız saxladıqları protokolu ona təqdim etmədən və ona məlumat belə vermədən inzibati xəta haqqında qərar qəbul etmişdir.O, yalnız xx.xx.2022ci ildə protokolu və həmin protokol əsasında qəbul eilmiş qərarı BDYP-dən götürmüşdür. X2 yuxarıda göstərilənləri nəzərə alaraq Bakı şəhəri DYPİ-nin polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TB ******* saylı qərarın ləğv edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X2 yuxarıda göstərilənləri nəzərə alaraq Bakı şəhəri DYPİnin polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TB ******* saylı qərarın ləğv edilməsi məhkəmədən xahiş etdi. Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsi inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir.Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ-nin polis baş leytenantı X6 tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, X7 Azərbaycan Respublikası İXM-nin 327.1cü maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə -qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxan hakim bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edə bilər. Həmin Məcəllənin İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: - 135.1.1.hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; - 135.1.6.bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane törədəcək dərəcədə pozulması. Məhkəmə hesab edir ki, şikayət təmin olunmalıdır.Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ-nin polis baş leytenantı X6 tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, X7 Azərbaycan Respublikası İXM-nin 327.1-cü maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat cərimə edilmişdir.Məhkəmə baxışı zamanı inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi 01 oktyabr 2021-ci il tarixdə baş versə də, inzibati xəta haqqında qərar, 07 ay 17 gün sonra, yəni 18 may 2022-ci il tarixdə tərtib edilmişdir.Halbuki, İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İXM-nin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir.İXMnin 101.3-ci maddəsinə əsasən İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir.İXM-nin 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır.Beləliklə də, müəyyən edilir ki, inzibati xəta haqqında protokol vaxtında tərtib edilməmiş, habelə səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamış və bu Məcəllə ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane törədəcək dərəcədə pozulmuşdur.Belə ki, İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxan hakim bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edə bilər.Həmin Məcəllənin İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1.hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6.bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane törədəcək dərəcədə pozulması.Buna görə də, hesab edirəm ki, şikayət təmin olunmalı, Bakı şəhəri DYPİ-nin polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TB ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında işə yenidən baxılması üçün səlahiyyətli orqana, yəni Bakı şəhəri DYPİ-yə göndərilməlidir. Həmçinin, hesab edirəm ki, inzibati xəta haqqında qərar şikayətçiyə gec təqdim edildiyindən, şikayətçi prosessual müdəti buraxmamışdır.Belə ki, İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TB ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında işə yenidən baxılması üçün səlahiyyətli orqana, yəni Bakı şəhəri DYPİ-yə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş Binəqədi rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1714/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1714/2022
04.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver