Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1716/2020 19.06.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8, 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş materialları baxılmağa hazırlanması zamanı müəyyən etdim: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən Şəxs İXM-in 327.8, 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nin polis mayoru x1 tərəfindən Şəxs barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunarkən İXM-in tələblərinə riayət olunmayaraq iş üzrə zəruri araşdırma aparılmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı x3 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23.04.2020-ci il tarixli qərardan görünür ki, x2 yolnəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və İXM-in 327.8, 327.1 və 327.6-cı maddələri ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ-nin DYPŞ-nə göndərilmişdir. Qeyd olunan qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin TŞnin təhqiqatçısı, polis kapitanı x3 tərəfindən aparılmış araşdırma zamanı məhkəmə-tibb ekspertizası təyin edilərək rəy alınmış və həmin rəyə əsasən x2 baş vermiş yol nəqliyyat hadisəsi zamanı sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “Yüngül” zərər vurmaya aid edilən xəsarətlər alması müəyyən olunmuşdur. Bundan başqa iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ YNH üzrə baş inspektoru, polis mayoru x4 tərəfindən də, yolnəqliyyat hadisələri ekspertizası təyin edilməmiş və Şəxs həmin hadisənin qarşısını almağa texniki imkanı olub-olmaması, eləcə də sonuncunun əməllərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olub-olmaması müəyyən edilmədən Şəxs barəsində İXM-in 327.8, 327.1 və 327.6-cı maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi, iş üzrə Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nin, polis mayoru x1 tərəfindən inzibati araşdırma aparılmayaraq, müvafiq ekspertiza təyin edilməmiş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulubpozulmaması ilə bağlı digər prosessual hərəkətlər yerinə yetirilməmişdir. Halbuki, İXM-in 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları əleyhinə və bu Məcəllənin 227-ci, 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. İXM-in 102.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Göründüyü kimi, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunana inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmayaraq iş üzrə zəruri araşdırmanın aparılmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs İXM-in 327.8, 327.1 və 327.6-cı maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Belə olan halda hesab edirəm ki, Şəxs barəsində tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol natamam olduğundan inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 109.1.6-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə DYPŞ-nə geri qaytarılsın. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-1716/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1716/2020
19.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver