Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1719/2022 14.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X5 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs Faiq qızının , X1, Protokolu tərtib etmiş orqan Binəqədi rayon icra şöbəsinin icra məmuru X2 iştirakı ilə xx.xx.1994-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Rahat Supermarketdə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Binəqədi rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Binəqədi rayon icra şöbəsinin icra məmuru Məhəmməd Qaragözov icra sənədi üzrə borclu Şəxs Faiq qızının AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. Tərtib edilmiş inzibati protokoldan və ona əlavə edilmiş materiallardan və icra işindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2665/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 16 809 manat məbləğində pul tutularaq tələbkar X6 ödənilməsi müəyyən edilmişdir.Borclu icra sənədini 10 (on) gün ərzində icra etməsinə dair bildiriş göndərilməsinə baxmayaraq, o, icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında çıxış edən protokolu tərtib etmiş orqan Binəqədi rayon icra şöbəsinin icra məmuru Məhəmməd Qaragözov izahatında bildirdi ki, borclu Şəxs - Binəqədi rayon Məhkəməsinin 2(001)-2665/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini icra etməkdən qərəzli şəkildə yayınır. Buna görə də, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, Binəqədi rayon Məhkəməsinin 2(001)-2665/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini qərəzli olaraq icra etməkdən yayınmır.Belə ki, maddi vəziyyəti ilə əlaqədar olaraq icra sənədində göstərilən məbləği birdəfəyə tam icra edə bilmədiyini, icra sənədini hissə-hissə ödəməyə razı olduğunu bildirmişdir.O, bütün göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən tələbkar X7 bildirmişdir ki, o, icra sənədinin icrasının hissəhissə ödənilməsinə razı deyildir. Borcun bir qismi ödəniləcəyi təqdirdə borclu ilə razılığa gələ bilər. Buna görə də, Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Protokolu tərtib edən icra məmurunu, borclunun və tələbkarın çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edirəm ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2665/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən məlum olur ki, borclu Şəxs 16 809 manat məbləğində pul tutularaq tələbkar X6 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-1719/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən məlum olur ki, Şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmçinin, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1763/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-1719/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş və Bakı Binəqədi rayon Məhkəməsinin 3(001)-1719/2022 saylı, xx.xx.2022-ci tarixli qərarı ləğv edilmiş və yenidən baxılması üçün Məhkəməyə göndərilmişdir. İş materiallarında olan Binəqədi rayon Məhkəməsinin 8(001)-563/2022 saylı, xx.xx.2022ci il tarixli qərarına əsasən məlum olur ki, Şəxs “qətnamənin hissə-hissə icra edilməsi barədə” ərizəsi geri qaytarılmışdır. İş materiallarında olan qəbzlərə əsasən məlum olur ki, borcu Şəxs tərəfindən 500 (beş yüz) manat məbləğində pul ******************** hesab nömrəsinə köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.Belə ki, məhkəmə baxışı zamanı borclunun icra sənədinin icrasından qərəzli şəkildə yayınması təsdiq olunmamışdır, həmçinin iş materiallarında olan qəbzlərə əsasən borclu tərəfindən icra sənədinin hissə-hissə icra edildiyi müəyyən olunmuşdur.Buna görə də, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 40, 43, 48-51, 53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində tərəflər Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verə bilərlər. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1719/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1719/2022
14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver