Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1720/2020 22.06.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-in 4-cü PŞ-in sahə inspektoru polis mayoru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 206-cı maddəsi ilə tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərəbaxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi RPİ-in 4-cü PŞ-in sahə inspektoru polis mayoru X2 tərəfindən vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 206-cı maddəsi ilə xx xxxx 2020-ci il tarixli MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün həmin tarixdə Bakı şəhəriBinəqədi rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasəninzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Məhkəmədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayır. xx xxxx 2020-ci il tarixdə keçirilmiş tibbi müayinə zamanı ondan götürülmüş nümunələrdə aşkar edilmiş narkotik vasitəni xx xxxx 2020-ci il tarixdə saat 09 radələrində yaşadığı ünvan 2 ünvanda istifadə etmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 09:30-da ünvan 2 ünvanda narkotik vasitədən istifadə etmişdir. Belə olan halda, Bakı şəhəri Binəqədi RPİ-in 4-cü Poliş Şöbəsi sözügedən inzibati xəta haqqında protokolu baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə deyil, aidiyyətı üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə təqdim etməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. Həmin Məcəllənin 109.1 və 109.1.7-ci maddələrinin tələbinə görə əgər işə baxılması hakimin səlahiyyətinə aid deyildirsə inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sözügedən inzibati xəta haqqında protokolbaxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə təqdim edilsə də, həmin işə baxılması Binəqədi rayon Məhkəməsi hakiminin səlahiyyətinə aid deyil. Beləliklə də, təsvir olunanlarla əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi RPİ-in 4-cü PŞ-in sahə inspektoru polis mayoru X2 tərəfindən vətəndaş Şəxs barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokola baxılması Binəqədi rayon məhkəməsi hakiminin səlahiyyətinə aid olmadığından baxılması üçün aidiyyəti üzrə Nərimanov rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Bakı şəhəri Binəqədi RPİ-in 4-cü PŞ-in sahə inspektoru polis mayoru X2 tərəfindən vətəndaş Şəxs barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilsin. Hakim: Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-1720/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1720/2020
22.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver