Məhkəmə qərarları › İş №3(001)-1721/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1721/2020

22.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1721/2020 22.06.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş orqanın nümayəndəsi - Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsinin rəis müavini, İ dərəcəli hüquqşünas X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1983-cü ildə Şəkə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi sahibkarlıqla məşğul olmaqla sürücü kimi fəaliyyət göstərən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərara və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” xx xxx 2020-ci il tarixli 178 saylı Qərarı və “Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” xx xxxx 2020-ci il tarixli 195 nömrəli Qərarı ilə müəyyən edilmiş karantin rejimini pozmuşdur. Belə ki, o, xx.xx.2020-ci il tarixdə özünə məxsus “Ford Tranzit” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Bakı şəhər qeydiyyatında olan müxtəlif vətəndaşlardan pul vəsaitləri alıb onları Bakı şəhərindən Şəki rayonu istiqamətində aparacağına dair razılığa gələrək X1 3 nəfər şəxs üçün cəmi 110 manat, digər şəxslərdən isə müxtəlif məbləğlərdə pul almış, onları Bakı şəhəri Binəqədi rayonu Müşfiq qəsəbəsində yerləşən karantin postuna qədər aparmış, daha sonra karantin qaydalarını pozaraq sonuncuları Şəki rayonu istiqamətində apararkən Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinin gedişatında saxlanılmışdır. Şəxs əməlinə hüquqi qiymət verilərək sonuncu barəsində Azərbaycan Respublikası CM-nin 139-1-ci maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilməklə, Azərbaycan Republikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı məsuliyyətə cəlb edilməsi üçün materillar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Şəxs xx.xx.2020-ci il tarixdə sərnişinləri qanunsuz olaraq Bakı şəhərindən Şəki şəhərinə aparmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” xx xxx 2020-ci il tarixli 178 nömrəli və “Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” x xxxx 2020-ci il tarixli 195 nömrəli qərarlarının 1.2-ci bəndinin tələblərini, yəni Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması dair tələbləri, yəni karantin rejimini pozaraq Azərbaycan Republikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində Azərbaycan Respublikası Baş prokurorunun müavini baş ədliyyə müşaviri Elmar Camalov tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx xxxx 2020-ci il tarixli qərar qəbul edilmiş, baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş orqanın nümayəndəsi - Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsinin rəis müavini, İ dərəcəli hüquqşünas X3 qərarın məzmununa uyğun çıxış edərək, Şəxs inzibati həbs növündə tənbeh edilməsini təklif etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə özünütəqsirli bilərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə özünə məxsus “Ford Tranzit” markalı, **- NZ-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Bakı şəhər qeydiyyatında olan müxtəlif vətəndaşlardan pul vəsaitləri alıb onları Bakı şəhərindən Şəki rayonu istiqamətində apararkən Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.Əməlinə hüquqi qiymət verilərək barəsində Azərbaycan Respublikası CM-nin 139-1-ci maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilməklə, Azərbaycan Republikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı məsuliyyətə cəlb edilməsi üçün materillar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Baş prokurorunun müavini baş ədliyyə müşaviri Elmar Camalov tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx xxxx 2020-ci il tarixli qərar qəbul edilmişdir. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” xx xxx 2020-ci il tarixli 178 saylı Qərarının: 1-ci bəndinə görə 2020-ci il 31 may saat 00:00-dək Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə aşağıdakı məhdudiyyətlər qüvvəsini saxlayır və həmin məhdudiyyətlərdən başqa, digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə verilir: 1.1. yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışın dayandırılması; 1.2. xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna girişçıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması; 1.1-ci yarımbəndinə görə yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışın dayandırılması; 1.2-ci yarımbəndinə görə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” xx xxxx 2020-ci il tarixli 195 nömrəli Qərarının: 1-ci bəndinə görə Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 iyul saat 00:00dək uzadılmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, özünün izahatı, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 211.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə cərimə tənbehinin təyin edilməsini kifayət hesab etmir. Bu qənaətini onunla əsaslandırır ki, o əhalinin həyat və sağlamlığının qorunması üçün tətbiq edilmiş xüsusi karantin rejimini heç bir əsaslı səbəb olmadan pozmuşdur. Odur ki, Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 16:30-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən ELÇİN AĞAYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar