Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1723/2020 23.06.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞnin polis sahə inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, xx xxxxxx 1989-cu ildə Goranboy rayonu Xanqərvənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “xxxxxx” MMC-də mühafizəçi işləyən, Goranboy rayonu Əlirzalı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 2 nömrəli Sovxoz yeni tikilidə kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx xxxx 2020-ci il tarixdə saat 08:40-da Bakı şəhəri Binəqədi rayonu M.Rəsulzadə qəsəbəsi Azadlıq prospektində dəmiryol körpüsünün altında stasionar polis postunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞnin polis sahə inspektoru, polis mayoru X2 tərəfindən MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-in polis sahə inspektoru, polis mayoru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 08:40-da idarə etdiyi “VAZ 21015” minik markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri Binəqədi rayonu M.Rəsulzadə qəsəbəsi Azadlıq prospekti dəmiryol körpüsünün altında stasionar polis postunda müvafiq icazəsi olub-olmamasının yoxlanılması zamanı polis əməkdaşlarının saxla işarəsinə tabe olmamış, xidmətdə olan polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək idarə etdiyi avtomobillə oradan uzaqlaşıb polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünütam təqsirli bilərək göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 08:40-da Bakı şəhəri Binəqədi rayonu M.Rəsulzadə qəsəbəsi Azadlıq prospektində dəmiryol körpüsünün altında stasionar polis postunda polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna səbəb əsəbi halda olması olmuşdur. Əməlindən peşmandır. Bir daha bu kimi xətalara yol verməyəcəkdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, özünün ifadəsi, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 535.1-ci maddəsi ilə tövsüf edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hallar kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən etmir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs təqsirləndirildiyi inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşagıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işin mübahisəsiz hallarına əsasən Şəxs törətdiyi məlum inzibati qayda pozuntusu xarakterinə görə ictimai qayda əleyhinə və öz şəxsiyyətini ona qarşı qanuni tələblərlə çıxış edən şəxslərin fövqündə qoymaqla, qanuni tələbə münasibətdə isə etinasızlıq göstərməklə ifadə olunan qayda pozuntusudur. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə cərimə tənbehinin təyin edilməsini kifayət hesab etmir. Bu qənaətini onunla əsaslandırır ki, cəmiyyətin maraqları şəxsin hüququndan üstündür. Odur ki, Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 09:00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-1723/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1723/2020
23.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver