Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1725/2020 24.06.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1972-ci ildə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Balaxanı yolunun üstü deyilən ünvanda nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” xx xxx 2020-ci il tarixli 189 saylı Qərarı ilə müəyyən edilmiş karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmuş, bununla bağlı onu qaydalara əməl etməyə dəvət edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri Binəqədi rayonu “Dərnəgül” metrostansiyasının yaxınlığındakı avtobus dayanacağında, çoxsaylı insanların əhatəsində dayanarkən tənəffüs yollarını qoruyan tibbi maskadan istifadə etmədiyi üçün polis əməkdaşı X2 ona yaxınlaşıb ictimai nəqliyyat dayanacaqlarında tibbi maskadan istifadə edilməsinin zəruriliyini nəzərinə çatdırdıqda, Şəxs ona etiraz etmiş, tibbi maskası olduğu halda nümayişkaranə şəkildə tibbi maskadan istifadə etməyəcəyini bildirərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” xx xxx 2020-ci il tarixli 189 saylı Qərarının 1.7-ci və 1.8-ci bəndlərinin tələblərini pozmuş, onu həmin qaydalara əməl etməyə dəvət edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X2 tərəfindən MN seriyalı № ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri Binəqədi rayonu “Dərnəgül” metrostansiyasının yaxınlığında xidmətdə olarkən bir nəfər şəxsin avtobus dayanacağında, çoxsaylı insanların əhatəsində dayanıb tənəffüs yollarını qoruyan tibbi maskadan istifadə etmədiyi görüb ona yaxınlaşmış, özünü təqdim edərək həmin şəxsin Şəxs olduğunu aydınlaşdırdıqdan sonra ona ictimai nəqliyyat dayanacaqlarında tibbi maskadan istifadə edilməsinin zəruriliyini bildirib tibbi maskadan istifadə etməsini tələb etmişdir. Şəxs cibində tibbi maska olduğunu, lakin ondan istifadə etməyəcəyini nümayişkaranə şəkildə bildirmişdir. Onu intizama dəvət etsə də, tabesizlik göstərməyə davam etmişdir. Qeyd olunanlara əsasən Şəxs xx xxxx 2020-ci il tarixdə idarəyə dəvət edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci və 535.1-ci maddələri ilə özünütəqsirli bilərək göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri Binəqədi rayonu “Dərnəgül” metrostansiyasının yaxınlığındakı avtobus dayanacağında, çoxsaylı insanların əhatəsində dayanarkən tənəffüs yollarını qoruyan tibbi maskadan istifadə etmədiyi üçün polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim etmiş, ictimai nəqliyyat dayanacaqlarında tibbi maskadan istifadə edilməsinin zəruriliyini nəzərinə çatdırmışdır. Cibində tibbi maska olsa da, ondan istifadə etməyə etiraz etmiş, tibbi maskadan istifadə etməyəcəyini bildirmişdir. Əməlindən peşmandır. Əsəbi olduğu üçün belə bir hərəkətə yol vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” xx xxx 2020-ci il tarixli 189 saylı Qərarının: 1-ci bəndinə görə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.7-ci yarımbəndinə görə ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə. 1.8-ci yarımbəndinə görə insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. 3-cü bəndinə görə bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əməllərə qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, özünün izahatı, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 211.2-ci və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə cərimə tənbehinin təyin edilməsini kifayət hesab etmir. Bu qənaətini onunla əsaslandırır ki, o əhalinin həyat və sağlamlığının qorunması üçün tətbiq edilmiş xüsusi karantin rejimini heç bir əsaslı səbəb olmadan pozmuş, onu qaydalara əməl etməyə dəvət edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs daha ciddi inzibati xətaya görə, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiya çərçivəsində tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 16:40-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən ELÇİN AĞAYEV
Məhkəmə qərarları › İş №3(001)-1725/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1725/2020
24.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver