Məhkəmə qərarları › İş №3(001)-1727/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1727/2022

13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1727/2022 13.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi – Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2022-ci il tarixdə saat 06.05 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ərazisində dostunun idarə etdiyi «LEXSUS» markalı, ** MF *** markalı avtomobillə sərnişin qismində hərəkətdə olarkən həmin avtomobil DYP əməkdaşları tərəfindən sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi şübhəsi ilə əlaqədar saxlanılmış, bu zaman həmin avtomobildə sərnişin qismində əyləşən Şəxs avtomobil saxlanıldığına görə DYP əməkdaşları ilə əsassız yerə mübahisə etmiş və hadisə yerinə çağrılan və onu sakitləşdirməyə çalışan polis əməkdaşlarının vəzifələrini icra edən zaman onların qanuni tələblərinə tabe olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin polis sahə inspektoru, polis mayoru X6 tərəfindən xx.xx.2022-ci il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim göndərilmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, dostunun idarə etdiyi «LEXSUS» markalı, ** MF *** markalı avtomobildə sərnişin qismində gedərkən DYP əməkdaşları sürücünü əsassız yerə saxlamış və sürücünün içkili olduğunu bildirmiş, o isə dostunu müdafiə edərək onun içki qəbul etmədiyini bildirmiş, buna görə də, polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır.Hal-hazırda, o, əməlindən səmimi peşman olduğunu, polisin göstərişinə tabe olduğunu bildirərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçi X4, hüquqlarını müdafiə etdiyi Şəxs təqsirsiz olduğunu bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X6 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 06.05 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ərazisində dostunun idarə etdiyi «LEXSUS» markalı, ** MF *** markalı avtomobillə sərnişin qismində hərəkətdə olarkən həmin avtomobil DYP əməkdaşları tərəfindən sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi şübhəsi ilə əlaqədar saxlanılmış, bu zaman həmin avtomobildə sərnişin qismində əyləşən Şəxs avtomobil saxlanıldığına görə DYP əməkdaşları ilə əsassız yerə mübahisə etmiş və hadisə yerinə çağrılan və onu sakitləşdirməyə çalışan polis əməkdaşlarının vəzifələrini icra edən zaman onların qanuni tələblərinə tabe olmamışdır.Buna görə də, həmin şəxs Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət olunaraq orada şəxsiyyəti müəyyən olunduqdan sonra müvafiq raport yazılmış və Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu tərtib edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin polis sahə inspektoru, polis mayoru X5, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatını, onun müdafiəçisinin çıxışını dinləyib, iş materiallarını araşdıraraq, hesab edirəm ki, protokol geri qaytarılmalıdır. Belə ki, iş materialları natamam olduğundan, o cümlədən iş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN № ******* saylı protokolda və digər tərtib olunmuş sənədlərdə hadisə yerinin müşahidəsini aparan kameraların görüntülərini və hadisənin birbaşa şahidi olmuş şəxslər barədə məlumatlar protokola əlavə edilmədiyinə görə, həmçinin hadisənin birbaşa şahidi olmuş polis əməkdaşları izahatlarının alınmasından ötrü təqdim edilməməsi səbəbindən protokol ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Çünki, İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Göstərilən bu halları nəzərə alaraq, hesab edirəm ki, Şəxs dərhal məhkəmə iclas zalından azad olunmalı və qeyd edilən çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra işə mahiyyəti üzrə baxılması mümkün ola bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamamlığına görə həmin protokolu tərtib etmiş inzibati orqana geri qaytarılsın. Şəxs inzibati tutulmadan azad edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar