Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1730/2024 27.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-in sahə inspektoru, polis mayoru X2, Müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.2006-cı ildə Şabran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, saç ustası işləyən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu yeni massivdə yaşayan (tel:077 350-67-00) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-in 40-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 25 fevral 2024-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq istehlak etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-in sahə inspektoru, polis mayoru X3 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 40-cı PBin sahə inspektoru, polis mayoru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-in əməkdaşları ərazidə olarkən Şəxs özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Söhbət zamanı Şəxs narkotik vasitənin təsiri altında olması şübhə doğurduğu üçün o, narkoloji mərkəzə aparılmış, həmin Mərkəzin rəyinə əsasən ondan götürülmüş sidik nümunəsində narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilmişdir. Sorğu-sual zamanı Şəxs bildirmişdir ki, 25 fevral 2024-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində narkotik vasitə hesab edilən qurudulmuş marixuanadan istifadə etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə özünü tam təqsirli bilərək izahatında göstərmişdir ki, 25 fevral 2024-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində narkotik vasitə hesab edilən qurudulmuş marixuananı çəkmə yolu ilə istifadə etmişdir. Polis əməkdaşları onun vəziyyətindən şübhələndiyi üçün yoxlama məqsədilə narkoloji tibb müəssisəsinə aparmışlar. Həmin Mərkəzin rəyinə əsasən ondan götürülmüş sidik nümunəsində heroin aşkar edilmişdir. Əməlindən peşmandır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ambulator X1 dair 1259 saylı, 26 fevral 2024-cü il tarixli rəydən görünür ki, müayinə zamanı Şəxs narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Eyni zamanda ondan götürülmüş sidik nümunəsində THC aşkar edilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 15:10-da inzibati qaydada tutulmuşdur. Şəxs Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-in rəisinə verdiyi izahatından görünür ki, o 25 fevral 2024-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz istehlak etdiyini etiraf etmişdir. MN seriyalı № ******* nömrəli 27 fevral 2024-cü il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə protokol tərtib edilmişdir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahı”larına əsasən qurudulmuş marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitədir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün izahatı ilə yanaşı, müayinə aktları, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 206-cı maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə inzibati xətanın yetkinlik yaşına çatmayan tərəfindən törədilməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs yetkinlik yaşına çatmadığını nəzərə alaraq hesab edir ki, ona cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... Həmçinin qeyd edilməlidir ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Vəkil iş üzrə Abasov X4 cəmi 2 (iki) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclasda iştirak etmiş, iş materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abasov X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat cərimə edilsin. Abasov X4 göstərdiyi cəmi 2 (iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 12 (on iki) manat ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-1730/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1730/2024
27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver