Məhkəmə qərarları › İş №3(001)-1732/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1732/2023

23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1732/2023 23.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Sabunçu rayon X10 Şöbəsinin YNH inspektoru, polis leytenantı X2, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə müraciət edərək, barəsində Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəfindən heç bir yol-hərəkəti qaydası pozulmamış və barəsində qanunsuz olaraq inzibati tənbeh tətbiq etmə barədə qərar çıxarılmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə Rüstəm Rüstəmov küçəsi ilə hərəkət edərkən ara küçədən avtomobil çıxmış və yol-nəqliyyat hadisəsi baş vermişdir. Sabunçu rayon X11 Şöbəsinin polis leytenantı X4 hadisə yerin gəlmiş və bütün sənədləri götürərək onu Sabunçu rayon X11 Şöbəsinə dəvət etmişdir. Daha sonra onun iştirakı olmadan barəsində hadisə ilə əlaqəsi olmayan protokol tərtib etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, zərər çəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salınması haqqında ondan vəsatət daxil olmamışdıır. Məhkəmə qeyd edilənlərə əsasən zərər çəkmiş şəxsin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş protokol əsassızdır. Belə ki, o, Sabunçu rayonu, Rüstəm Rüstəmov küçəsindən dairə daxil olaraq birinci çıxışdan Ramiz Qəmbərov küçəsi ilə hərəkət edən zaman “Şərq küçəsi” kimi bildiyi ara küçədən “Kia Sorento minik” markalı, **- FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi çıxaraq onun idarə etdiyi “Volkswagen Jetta minik” markalı, **-CJ-*** dövlət qeydiyyatlı avtomobillə toqquşmuşdur. Lakin o düz yolu ilə getdiyindən baş vermiş yol nəqliyyat hadisəsində ara yoldan, yəni “Şərq” küçəsindən çıxan nəqliyyat vasitəsinin sürücüsünün onu gözləməli olduğunu qeyd etmişdir. Lakin yoldan “Kia Sorento minik” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücü onun keçməsini gözləməmiş, anidən hərəkət edərək onun avtomobili ilə toqquşmuşdur. Həmin nəqliyyat vasitəsi ara küçədən çıxaraq sola dönərkən onunla toqquşmuşdur. Onun hərəkət etdiyi Ramiz Qənbərov küçəsində hərəkət intensivliyi daha sıxdır və o idarə etdiyi nəqliyyat vasitəsini yolun ortasında qəflətən saxlayaraq ara küçədən çxan nəqliyyat vasitəsinə yol verməsi qəza şəraiti yaradar. Əlavə olaraq “Kia Sorento minik” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürcüsü ara küçədən çıxarkən nəqliyyat vasitəsini saxladığını və yolun sağ tərəfə baxdığını, lakin anidən hərəkət edərək sola dönmək istəyəndə onun yoluna çıxdığını bildirmişdir. Buna baxmayaraq Sabunçu rayon X10 Şöbəsinin YNH inspektoru, polis leytenantı X4 əsassız olaraq onun barəsində protokol tərtib etmişdir. İnspektora hadisənin Ramiz Qənbərov küçəsində baş verməsini bildirsə də tərtib edilmiş protokolda hadisənin baş vermə yeri kimi Ramiz Qənbərov küçəsi deyil, xeyli kənarda yerləşən Rüstəm Rüstəmov küçəsi olaraq göstərilmişdir. Hesab edir ki, göstərilənlərə əsasən xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın əsassız hesab edilərək ləğv edilməlidir. Ona verilmiş suallara cavab olaraq həmin X5masını inspektora bildirmiş, lakin polis əməkdaşları həmin küçənin Rüstəm Rüstəmov adlandığını bildirmişdir. Məhkəmə iclasında Sabunçu rayon X10 Şöbəsinin YNH inspektoru, polis leytenantı X4 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsaslı olaraq tərtib edilmişdir. Ona görə də məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfindən ona hadisənin baş verdiyi küçənin faktiki olaraq Ramiz Qəmbərov küçəsi olmasını əks etdirən “Google Maps” sistemindən olan çıxarış təqdim edildikdən sonra müvafiq dəqiqləşdirmənin zəruri olmasını bildirmişdir. Məhkəmə tərəfindən ona İXM-nin 327.1-ci maddəsinin dizposiziyası sadalanmış, İXM-nin 327.1-ci maddəsinin dizpozisiyasında göstərilmiş hansı hərəkət nəticəsində X1 barəsində qeyd edilən maddə ilə protokol tərtib edildiyini əsaslandıra bilməmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli, 2/10356 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X3 hadisə zamanı ayıq olmuş, sərxoşluğu müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs Bakı şəhəri Sabunçu RPİ DYPŞ-də araşdırma zamanı verdiyi izahatında xx.xx.2023-cü il tarixdə saat 12:00-da idarə etdiyi Kia Sorento minik” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Su tikinti yolu ilə hərəkət edərək R.Rüstəmov küçəsinə çıxarkən həmin küçədə hərəkət edən “Volkswagen Jetta minik” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşduğunu bildrimişdir. Tərtib edilmiş “Yol nəqliyyat hadisəsinin sxemi”ndən görünür ki, hadisə R.Rüstəmov küçəsi ilə hərəkət edən “Volkswagen Jetta minik” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şərq küçəsi ilə hərəkət edən Kia Sorento minik” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin həmin küçələrin kəsiməsində baş vermişdir. Məhkəmə, şikayət vermiş şəxsi və inzibati xəta haqqında prototokol tərtib edmiş inspektoru dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhər Sabunçu rayon Polis İdarəsi DYPŞ tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. X3 müraciətində və izahatında heç bir inzibati xəta törətmədiyini, eyni zamanda barəsində aparılan icraatla razı olmamasını bildirməsinə baxmayaraq onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X1 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata dair etirazının olması onun qanunvericiliyin tələblərindən irəli gələn hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Çünki inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Səlahiyyətli orqan tərəfindən isə müvafiq sübutlar əldə edilmədən, işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırilmadan, hadisənin baş vermə yeri düzgün müəyyən edilmədən və rəsmiləşdirilmədən X3 barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda protokolun Sabunçu rayonu, R.Rüstəmov küçəsində (hadisənin baş vermə yerində) tərtib edildiyi göstərilsə də, məhkəmə araşdırması zamanı hadisənin baş vermə yerinin Ramiz Qəmbərov küçəsində baş verməsi müəyyən edilmişdir. Bundan başqa inspektor tərəfindən qeyd edilən yolda baş yol nişanının olub-olmaması, hərəkət üstünlüyünün kimdə olması, həmin yollarıdakı hərəkət intensivliyi, yol nəqliyyat hadisəsinin iştirakçılarının avromobilləri idarə edərəkən hərəkət sürətləri, hadisənin qarşısını almaq üçün texniki imkanlarının olub-olmaması, “Kia Sorento minik” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hansı küçə ilə hərəkət etməsi və onun hansı istiqamətə dönməsi (X3 izahatında “Kia Sorento minik” markalı nəqliyyat vasitəsinin Şərq küçəsindən çıxaraq onunla toqquşmasını bildirməsinə baxmayaraq, həmin nəqliyyat vasitəsinin sürücüsü “Su tikinti yolu” ilə hərəkət edərək R.Rüstəmov küçəsinə çıxarkən toqquşduğunu bildirmişdir) üzrə heç bir araşdırma aparılmamışdır. Bununla yanaşı İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə məsuliyyət nəzərdə tutulur. Lakin protokol tərtib etmiş Sabunçu rayon X10 Şöbəsinin YNH inspektoru, polis leytenantı X4 ona verilmiş X3 tərəfindən İXM-nin 327.1-ci maddəsinin dizpozisiyasında göstərilən hansı hərəkətlə inzibati xəta törətməsi barədə suala hər hansı əsaslandırılmış cavab verə bilməmişdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında protokol tərtib və qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar (yuxarıda sadlananlar) araşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Beləliklə məhkəmə, şikayət vermiş şəxs X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X3 inzibati tənbeh olunmasına dair Bakı şəhər Sabunçu rayon Polis İdarəsi DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və yuxarıda sadalanan işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 inzibati tənbeh olunmasına dair Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Dövlət X9 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar