Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1734/2023 17.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində X2 icraat aparılan hüquqi şəxs: Şəxs MMC, AZ1130, Bakı şəhəri, Binəqədi rayonu, Heydər Hüseynov küçəsi ev 3 mənzil 33, VÖEN ********** Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 482.2-ci maddələri ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi BBGİ-in Əməliyyat və Təhqiqat idarəsinin təhqiqat şöbəsindən daxil olmuş X2 protokola və ona əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi BBGİ-in Əməliyyat və Təhqiqat idarəsinin təhqiqat şöbəsinin böyük təhqiqatçısı X1 tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 482.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 01 may 2023-cü il tarixli EP № ******* saylı X2 Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. X2 Protokoldan görünür ki,ünvan 1 ünvanda qeydiyyatda olan "xxxx" MMC-in ünvanına xx.xx.2023-cü il tarixdə Çin Xalq Respublikasının “Asiaten Trading CO” şirkətindən 41D40310/41D40410 nömrə nişanlı yük avtomaşınının üzərində olan SLVU ******* nömrəli konteynerdə 07311 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədi ilə daxil olmuş və Bakı Bas Gömrük idarəsində **********8568 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara xx.xx.2023-cü il tarixdə “İpək Yolu” gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı 41D40310/41D40410 nömrə nişanlı yük avtomaşınının üzərində olan SLVU ******* nömrəli konteynerdə daxil olmuş mallara dair Şəxs MMC tərəfindən gömrük orqanına təqdim edilən **********8568 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində göstərilməyən, gömrük orqanına bəyan edilməyən, mal-müşayiət sənədlərində qeyd edilməyən üzərində “XJONG HENG” markalanma göstəricisi olan 430000 ədəd (1058 kq) şar, üzərində “Vırıbus” markalanma göstəricisi olan 30 ədəd böyüklər üçün 3 (üç) təkərli velosiped, üzərində “H20 Electric Scooter" markalanma göstəricisi olan 6 ədəd böyüklər üçün elektrikli skuter, həmçinin, gömrük orqanına düzgün bəyan edilməyən 490 ədəd usaq maşınları üçün batareyalar (HY-HUNAYU markalı 12V 7Ah-10ədəd, 12V 9Ah-400 ədəd. 12V 12Ah-30 ədəd, HUANYUYUAN markalı 36V 4.4Ah-50 ədəd) və üzərində “Scooter” markalanma göstəricisi olan 54 ədəd uşaqlar üçün sadə skuter yükü aşkar edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan üzərində “XJONG HENG” markalanma göstəricisi olan 430000 ədəd şar, üzərində “Vırıbus” markalanma göstəricisi olan 30 ədəd böyüklər üçün 3 (üç) təkərli velosiped, üzərində “H20 Electric Scooter” markalanma göstəricisi olan 6 ədəd böyüklər üçün elektrikli skuter, 490 ədəd uşaq maşınları üçün batareyalar (HY-HUNAYU markalı 12V 7Ah- 10ədəd, 12V 9Ah-400 ədəd, 12V 12Ah-30 ədəd, HUANYUYUAN markalı 36V 4.4Ah-50 ədəd) və üzərində “Scooter” markalanma göstəricisi olan 54 ədəd uşaqlar üçün sadə skuter yükünün qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/0xxxx/004053 nömrəli xx.xx.2023-cü il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2940 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 430000 ədəd (4300 paket) üzərində “XJONG HENG” markalanma göstəricisi olan şarın orta bazar qiymətinin 6450 manat, 30 ədəd üzərində “Vırıbus” markalanma göstəricisi olan böyüklər üçün 3 (üç) təkərli velosipedin orta bazar qiymətinin 6900,00 manat, 6 ədəd üzərində “H20 Electric Scooter” markalanma göstəricisi olan böyüklər üçün elektrikli skuterin orta bazar qiymətinin 4380,00 manat, 490 ədəd üzərində “HY-HUNAYU” markalanma göstəricisi olan uşaq maşınları üçün batareyaların orta bazar qiymətinin 5390,00 manat, 54 ədəd üzərində “Scooter” markalanma göstəricisi olan uşaqlar üçün sadə skuterin orta bazar qiymətinin 810,00 manat, ekspertiza tədqiqatına təqdim edilmiş malların ümumilikdə xx.xx.2023-cü il tarixə orta bazar qiymətinin 23930.00 (iyirmi üç min doqquz yüz otuz) manat olduğu müəyyən edilmişdir. Beləliklə də, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 2 ünvanda qeydiyyatda olan Şəxs MMC tərəfindən gömrük orqanına bəyan edilməyən üzərində “XJONG HENG” markalanma göstəricisi olan 430000 ədəd (1058 kq) şar, üzərində “Vırıbus” markalanma göstəricisi olan 30 ədəd böyüklər üçün 3 (üç) təkərli velosiped, üzərində “H20 Electric Scooter” markalanma göstəricisi olan 6 ədəd böyüklər üçün elektrikli skuter yükünün orta bazar qiyməti 17730,00 (on yeddi min yeddi yüz otuz) manat və gömrük organına düzgün bəyan edilməyən 490 ədəd uşaq maşınları üçün batareyalar, üzərində “Scooter” markalanma göstəricisi olan 54 ədəd uşaqlar üçün sadə skuter yükünün orta bazar qiyməti 6200,00 (altı min iki yüz) manat, ümumilikdə isə malların orta bazar qiyməti 23930,00 (iyirmi üç min doqquz yüz otuz) manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi BBGİ-in Əməliyyat və Təhqiqat idarəsinin təhqiqat şöbəsi və hüquqi şəxs Şəxs MMC nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmişdir. Məhkəmə X2 Protokola Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi BBGİin Əməliyyat və Təhqiqat idarəsinin təhqiqat şöbəsinin və hüquqi şəxs Şəxs MMC-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X2 işin materiallarını yoxlayıb, X2 protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində X2 icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən cəmiyyət inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 34/024/009740 saylı xx.xx.2023-cü il tarixli raportdan, xx.xx.2023-cü il tarixli yoxlama haqqında protokoldan, **********8568 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən və 07311 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədindən görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan "xxxx" MMC-in ünvanına xx.xx.2023-cü il tarixdə Çin Xalq Respublikasının “Asiaten Trading CO” şirkətindən 41D40310/41D40410 nömrə nişanlı yük avtomaşınının üzərində olan SLVU ******* nömrəli konteynerdə 07311 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədi ilə daxil olmuş və Bakı Bas Gömrük idarəsində **********8568 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara xx.xx.2023-cü il tarixdə “İpək Yolu” gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı 41D40310/41D40410 nömrə nişanlı yük avtomaşınının üzərində olan SLVU ******* nömrəli konteynerdə daxil olmuş mallara dair Şəxs MMC tərəfindən gömrük orqanına təqdim edilən **********8568 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində göstərilməyən, gömrük orqanına bəyan edilməyən, malmüşayiət sənədlərində qeyd edilməyən üzərində “XJONG HENG” markalanma göstəricisi olan 430000 ədəd (1058 kq) şar, üzərində “Vırıbus” markalanma göstəricisi olan 30 ədəd böyüklər üçün 3 (üç) təkərli velosiped, üzərində “H20 Electric Scooter" markalanma göstəricisi olan 6 ədəd böyüklər üçün elektrikli skuter, həmçinin, gömrük orqanına düzgün bəyan edilməyən 490 ədəd usaq maşınları üçün batareyalar (HY-HUNAYU markalı 12V 7Ah-10ədəd, 12V 9Ah-400 ədəd. 12V 12Ah-30 ədəd, HUANYUYUAN markalı 36V 4.4Ah- 50 ədəd) və üzərində “Scooter” markalanma göstəricisi olan 54 ədəd uşaqlar üçün sadə skuter yükü aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2940 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 430000 ədəd (4300 paket) üzərində “XJONG HENG” markalanma göstəricisi olan şarın orta bazar qiymətinin 6450 manat, 30 ədəd üzərində “Vırıbus” markalanma göstəricisi olan böyüklər üçün 3 (üç) təkərli velosipedin orta bazar qiymətinin 6900,00 manat, 6 ədəd üzərində “H20 Electric Scooter” markalanma göstəricisi olan böyüklər üçün elektrikli skuterin orta bazar qiymətinin 4380,00 manat, 490 ədəd üzərində “HY-HUNAYU” markalanma göstəricisi olan uşaq maşınları üçün batareyaların orta bazar qiymətinin 5390,00 manat, 54 ədəd üzərində “Scooter” markalanma göstəricisi olan uşaqlar üçün sadə skuterin orta bazar qiymətinin 810,00 manat, ekspertiza tədqiqatına təqdim edilmiş malların ümumilikdə xx.xx.2023-cü il tarixə orta bazar qiymətinin 23930.00 (iyirmi üç min doqquz yüz otuz) manat olduğu müəyyən edilmişdir. Məhkəmə barəsində X2 protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-yə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs MMC-yə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 482.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi X2 protokol, işdə olan hüquqi şəxsin nümayəndəsinin izahatı, habelə digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-in 482.1-ci və 482.2-ci maddələri ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-in məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Azərbaycan Respublikası İXM-nin 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən X2 işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də məhkəmə hüquqi şəxs Şəxs MMC-in daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə tənbeh edilməsini əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin qırx faizi miqdarında - 9572 (doqquz min beş yüz yetmiş iki) manat məbləğdə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-1734/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1734/2023
17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver