Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1735/2020 29.06.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, x2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs oğlunun, Müdafiəçi Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkili x6 oğlunun, x7 Əlövsətoviçin etibarnamə üzrə nümayəndəsi Abbaslı Aqil Mövsüm oğlunun, Protokolu tərtib etmiş orqan Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Bəxtiyar İsmayılovun iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Bəxtiyar İsmayılov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Binəqədi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Bəxtiyar İsmayılov tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 20 iyun 2020-ci il tarixli, MN № ******* saylı protokola əsasən məlum olur ki, Xətai rayon Məhkəməsinin 11.06.2015-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 15 600 ABŞ dolları tutularaq iddiaçı Bəşirov Vasif Əlövsətoviçin xeyrinə ödənilməlidir.Ancaq Şəxs borc məbləğini ödəmədiyindən borcu yaranmışdır.Buna görə də, icra məmuru Bəxtiyar İsmayılov tərəfindən icra sənədlərinin icra olunmamasına əsaslanaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək, Şəxs oğlunun İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barəsində qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu Şəxs bildirdi ki, maddi vəziyyəti ağır olduğuna və işləmədiyinə görə məhkəmə qərarını icra edə bilmir.Buna görə də, məhkəmədən ona inzibati qaydada yüngül cəza verilmsini xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili x4 bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin maddi vəziyyəti ağır olduğuna və işləmədiyinə görə məhkəmə qərarını tam icra edə bilmir.Buna görə də, inzibati qaydada ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon icra şöbəsinin icra məmuru Bəxtiyar İsmayılov protokolda göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən x7 Əlövsətoviçin etibarnamə üzrə nümayəndəsi Abbaslı Aqil Mövsüm oğlu protokolda göstərilənləri nəzərə alaraq Şəxs oğlunun inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə (borclunun) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, müdafiəçinin, icra məmurunun və tələbkarın çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs oğlunun İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Hesab edirəm ki, icra sənədinin verilməsindən uzun müddət vaxt keçdiyindən və bu müddət ərzində icra sənədləri üzürsüz səbəbdən uzun müddət icra olunmadığından və icra sənədlərinin icra edilməməsində Şəxs təqsiri sübuta yetirildiyindən,o, inzibati qaydada cəzalandırılmalı və Şəxs şəxsiyyəti, məhkəmə qərarlarının uzun müddətdə icra olunmadığı nəzərə alınaraq o, inzibati qaydada həbs edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on ) gün müddətində inzibati həbs təyin olunsun. Həbsetmənin əvvəli, onun inzibati qaydada tutulduğu vaxtdan, yəni – 28.06.2020-ci il tarixdən hesablansın. Şəxs saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş x1 Bilavasitə tabe olan İnzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə yerləşdirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1735/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1735/2020
29.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver