Məhkəmə qərarları › İş №3(001)-1735/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1735/2023

17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1735/2023 17.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 482.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 482.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 00100-00990/23 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 00100- 00990/23 nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların arasında bəyan edilməmiş mallar aşkar edilmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 482.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada proses iştirakçılarına məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli yoxlama haqqında protokoldan görünür ki, “Azglobal İnternational" MMC-nin adına Çin Xalq Respublikasından 34AB611/34AB612 dövlət nömrə nişanlı avtomaşının üzərindəki CAİU9359734 nömrəli konteynerdə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********5860 saylı GB ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirilmiş, yoxlama zamanı, 34AB611/34AB612 dövlət nömrə nişanlı avtomaşının üzərindəki CAİU9359734 nömrəli konteynerdə daxıl olmuş və yükə aid gömrük orqanına təqdim olunmuş **********5860 saylı gömrük bəyannaməsində bəyan edilməyən 400 ədəd (400 kq ) datçikli velosiped nasosu və 1000 ədəd (600 kq) sadə velosiped nasosu aşkar edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 28 aprel 2023-cü il tarixli, 9/2939 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2 adda malların ümumilikdə xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti 6500 manat təşkil edir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 00100-00990/23 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına xx.xx.2023-cü il tarixdə Çin Xalq Respublikasının “X2 X4 İNC” şirkətindən 34AB611/34AB612 nömrə nişanlı yük avtomaşınının üzərində olan CAİU ******* nömrəli konteynerdə 005802 nömrəli 16.01,2023-cü il tarixli invovs sənədi ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********5860 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara xx.xx.2023-cü il tarixdə “İpək Yolu” gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı 34AB611/34AB612 nömrə nişanlı yük avtomaşınının üzərində olan CAİU ******* nömrəli konteynerdə daxil olmuş mallara dair Şəxs MMC tərəfindən gömrük orqanına təqdim edilən **********5860 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində göstərilməyən, gömrük orqanına bəyan edilməyən, malmüşayiət sənədlərində qeyd edilməyən üzərində “LYCZTing” markalanma göstəricisi olan 400 ədəd hava təzyiq göstəricin (datçikli) nasos və üzərində “DUPO HACOC” markalanma göstəricisi olan 1000 ədəd sadə nasos yükü aşkar edilmişdir. aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən gömrük orqanına bəyan edilməyən üzərində “LYCZTing” markalanma göstəricisi olan 400 ədəd hava təzyiq göstəricili (datçikli) nasos və üzərində “DUPO HACOC” markalanma göstəricisi olan 1000 ədəd sadə nasos yükünün ümumilikdə orta bazar qiyməti 6500.00 (altı min beş yüz) manat təşkil edir. Nəticədə “Azglobal İnternational" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-in 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Həmçinin həmin protokoldan görünür ki, “Azglobal İnternational" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 izahatında göstərmişdir ki, nümayəndəsi olduğu MMC Çin Xalq Respublikasından velosiped, skuter. onların ehtiyat hissələri, uşaqlar üçün oyuncaqlar yükünü idxal edir, sonradan həmin malların daxili bazarda topdan və pərakəndə satışını həyata keçirir, xx.xx.2023-cü il tarixdə Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından 34AB611/34AB612 nömrə nişanlı yük avtomaşınının üzərində olan CAİU ******* nömrəli konteynerdə velosiped üçün rezin təkərlər və velosiped üçün ehtiyat hissələri yükü daxil olmuş, həmin mallar Bakı Baş Gömrük İdarəsində **********5860 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, ödənişləri həyata keçirilmiş, həmin mallar Şəxs MMC və Çin Xalq Respublikasının “X2 X4 İNC” şirkəti arasında bağlanmış TN566 nömrəli xx.xx.2021-ci il tarixli müqavilə əsasında idxal edilmiş, 34AB611/34AB612 nömrə nişanlı yük avtomaşınının üzərində olan CAİU ******* nömrəli konteynerdə idxal edilmiş mallara görə qarsı tərəfə ödənişlər qabaqcadan tam səkildə həyata keçirilmiş, 400 ədəd hava təzyiq göstəricili (datçikli) velosiped nasosu və 1000 ədəd sadə velosiped nasosu yükü Şəxs MMC tərəfindən sifariş edilmiş, şirkətin özünə məxsusdur, həmin mallar gömrük orqanına təqdim edilmiş **********5860 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin 2-ci mal mövqeyində “velosiped üçün ehtiyat hissələri” yükü altında bəyan edilmiş, həmin mallar qeyd edilən mal mövqeyinə daxil edilmiş, Cin Xalq Respublikasının “X2 X4 İNC” şirkətindən 34AB611/34AB612 nömrə nişanlı yük avtomaşınının üzərində olan CAİU ******* nömrəli konteynerdə daxil olmuş mallar yükü göndərən şirkət tərəfindən göndərilmiş mal-müşayiət sənədləri əsasında gömrük orqanına bəyan edilmiş və həmin mallara dair **********5860 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi tərtib edilmiş, göndərilmiş 005802 nömrəli 16.01,2023-cü il tarixli invoys sənədində velosiped nasosları yükü “velosiped üçün ehtiyat hissələrinə” daxil edildiyi səbəbindən həmin mallar gömrük bəyannaməsində “velosiped üçün ehtiyat hissələri” yükü altında bəyan edilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 148.3.1-ci maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək bəyannaməçinin vəzifəsidir. İXM-in 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan iş materiallarından, müəyyən edilmişdir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların arasında bəyan edilməmiş mallar aşkar edilmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların bəyan edilməməsi iş materialları ilə öz təsdiqini tapmış və Şəxs MMC-nin İXM-in 482.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə, Şəxs İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 6500 (altı min beş yüz) manat dəyərində malların dəyərinin 40 (qırx) faizi miqdarında olan 2600 (iki min altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar