Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1736/2025 14.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 13 mart 2025-ci ildə Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesində Binəqədi RPİ-in DYPŞ-in inspektoru Sərxan Kərimovun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in sahə inspektoru X4 tərəfindən 14 mart 2025-ci il tarixli, MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in sahə inspektoru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 13 mart 2025-ci ildə Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesində Binəqədi RPİ-in DYPŞ-in inspektoru Sərxan Kərimovun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs həmin tarixdə və yerdə “BMW” markalı avtomobillə hərəkət etmişdir. Avtomobildə qadağan olunmuş konstruksiya dəyişikliklərin quraşdırıldığını görən Binəqədi RPİ-in DYPŞ-in inspektoru Sərxan Kərimov ona saxla işarəsi vermişdir. Şəxs yaxınlaşan inspektor ona qayda pozuntusu barədə məlumat vermiş, lakin Əsədov X1 RPİin DYPŞ-in inspektoru Sərxan Kərimovla əsassız yerə mübahisə etmiş, avtomobilin sənədlərini təqdim etməkdən və duracağa getməkdən imtina etmişdir. Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmadığına görə inspektorlar əraziyə post patrul xidməti çağırmışlar. Sonra Şəxs 5-ci PB-yə aparılması təmin edilmişdir. Qeyd olunanlara əsasən onun barəsində 14 mart 2025-ci il tarixli, MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 13 mart 2025-ci ildə Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesində “BMW” markalı avtomobillə hərəkət etmişdir. Arxadan yol patrul xidməti avtomobilin uzaq vuran işıqlarla xəbərdarlıq etdiyini görüb avtomobili dayandırmışdır. İnspektor ona yaxınlaşaraq avtomobildə qadağan olunmuş konstruksiya dəyişikliklərin edildiyi bildirmişdir. Həmin dəyişiklikləri o, etməmiş, avtomobili elə vəziyyətdə almışdır. Buna görə inspektorla arasında mübahisə yaranmışdır. Sonra əraziyə post patrul xidməti çağırılmış, onu 5-ci PByə aparmışlar. Polisə tabesizlik göstərməmişdir. Ona görə də özünü təqsirli bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, Binəqədi RPİ DYPŞ-də inspektor vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesində xidmət apararkən vizual olaraq müşahidə etmişdir ki, “BMW” markalı avtomobilin sürücüsü qadağan olunmuş konstruksiya dəyişiklikləri etməklə nəqliyyat vasitəsini idarə edir. Buna görə ona saxla işarəsi vermişdir. Şəxs yaxınlaşaraq qayda pozuntusu barədə məlumat vermişdir. Lakin Şəxs onunla əsassız yerə mübahisə etmiş, avtomobilin sənədlərini təqdim etməkdən və duracağa getməkdən imtina etmişdir. Nalayiq ifadələr işlədən Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmadığına görə əraziyə post patrul xidməti çağırmışlar. Sonra Şəxs 5-ci PB-yə aparılması təmin edilmişdir. Qeyd olunanlara əsasən onun barəsində raport yazaraq qanuni tədbir görülməsini xahiş etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi rayon Polis İdarəsinin DYPŞ-in inspekoru Sərxan Kərimov tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesində xidmət apararkən vizual olaraq müşahidə etmişdir ki, “BMW” markalı avtomobilin sürücüsü qadağan olunmuş konstruksiya dəyişiklikləri etməklə nəqliyyat vasitəsini idarə edir. Buna görə ona saxla işarəsi vermişdir. Şəxs yaxınlaşaraq qayda pozuntusu barədə məlumat vermişdir. Lakin Şəxs onunla əsassız yerə mübahisə etmiş, avtomobilin sənədlərini təqdim etməkdən və duracağa getməkdən imtina etmişdir. Nalayiq ifadələr işlədən Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmadığına görə əraziyə post patrul xidməti çağırmışlar. Sonra Şəxs 5-ci PB-yə aparılması təmin edilmişdir. Qeyd olunanlara əsasən onun barəsində raport yazaraq qanuni tədbir görülməsini xahiş etmişlər. İnzibati xəta haqqında MN seriyalı № ******* saylı xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in sahə inspektoru X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 17:05-də inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-in sahə inspektoru X4 tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN seriyalı № ******* saylı xx.xx.2025-ci il tarixli protokol baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Videomaterialdan görünür ki, Şəxs 13 mart 2025-ci ildə Bakı şəhəri Binəqədi rayonu Binqədi şossesində Binəqədi RPİ-in DYPŞ-in inspektoru Sərxan Kərimovun qanuni tələblərinə qəsdən tabe olmur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. 3-cü maddəsinin ikinci hissəsinin birinci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. 6-cı maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə bu xarakterli inzibati məsuliyyətə cəlb olunmasını məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, ona cərimə tənbehinin təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-in 88.1-ci maddəsinə görə fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılması inzibati qaydada tutma hesab olunur. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-1736/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1736/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver