Məhkəmə qərarları › İş №3(001)-1737/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1737/2020

29.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1737/2020 29.06.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, x2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, Müdafiəçi Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkili Vəkil oğlunun, Tələbkar x3, Protokolu tərtib etmiş orqan Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ələddin Hüseynovun iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, fərdi əməklə (taxsi sürücüsü) məşğul olan,ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ələddin Hüseynov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Binəqədi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Ələddin Hüseynov tərəfindən Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 29 iyun 2020-ci il tarixli, MN № ******* saylı protokola əsasən məlum olur ki, Binəqədi rayon Məhkəməsinin 10.05.2016-cı il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs oğlundan övladı 30.11.2013-cü il təvəllüdlü x4 yetkinlik yaşına catana qədər saxlanılması üçün 21.10.2014-cü ildən başlayaraq 103 manat, icra sənədinə əsasən 154 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı x5 xeyrinə ödənilməlidir. Bundan başqa, həmin prtokola əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3457/2014 saylı, 10.05.2016-cı il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs oğlundan 13 320 manat x3 xeyrinə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 3314/2017 saylı, 19.01.2017-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 1450 manat x6 xeyrinə, Binəqədi rayon Məhkəməsinin 2(001)-2374/2016 saylı, 28 yanvar 2016-cı il tarixli icra sənədinə əsasən 1622 manat ABC Telekom MMC-nin xeyrinə, Binəqədi rayon Məhkəməsinin 2(001)-4754/2015 saylı, 17 aprel 2015-ci il tarixli icra sənədinə əsasən 435 manat FlexCredi MMC-nin xeyrinə ödənilməlidir, ancaq Şəxs oğlu borc məbləğlərini ödəmədiyindən borcu yaranmışdır. Buna görə də, icra məmuru Ələddin Hüseynov tərəfindən icra sənədlərinin icra olunmamasına əsaslanaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barəsində qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu Şəxs oğlu bildirdi ki, maddi vəziyyəti ağır olduğuna və işləmədiyinə görə məhkəmə qərarlarını icra edə bilmir.Buna görə də, məhkəmədən ona inzibati qaydada yüngül cəza verilmsini xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili x9 bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin maddi vəziyyəti ağır olduğuna və işləmədiyinə görə məhkəmə qərarını tam icra edə bilmir.Buna görə də, inzibati qaydada ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon icra şöbəsinin icra məmuru Ələddin Hüseynov protokolda göstərilənləri nəzərə alaraq Şəxs oğlunun inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən tələbkar x7 protokolda göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə (borclunun) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, müdafiəçinin, icra məmurunun və tələbkarın çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs oğlunun İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Hesab edirəm ki, icra sənədlərinin verilməsindən uzun müddət vaxt keçdiyindən və bu müddət ərzində icra sənədləri üzürsüz səbəbdən uzun müddət icra olunmadığından və icra sənədlərinin icra edilməməsində Şəxs oğlunun təqsiri sübuta yetirildiyindən, o, inzibati qaydada cəzalandırılmalı və Şəxs şəxsiyyəti, məhkəmə qərarlarının uzun müddətdə icra olunmadığı nəzərə alınaraq o, inzibati qaydada həbs edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on ) gün müddətində inzibati həbs təyin olunsun. Həbsetmənin əvvəli, onun inzibati qaydada tutulduğu vaxtdan, yəni – 29.06.2020-ci il tarixdən hesablansın. Şəxs oğlu saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş x1 Bilavasitə tabe olan İnzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə yerləşdirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar