Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1739/2020 29.06.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, x1 iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin sahə inspektoru, polis mayoru Muradov Şöhrət Nəriman oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi – Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil oğlunun iştirakı ilə xx.xx.1995-ci ildə Kürdəmir rayonu, Ərəbqubalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, işləməyən, Kürdəmir rayonu, Ərəbqubalı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi nömrəsiz evdə yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 25.06.2020-ci il tarixdə Bakı şəhəri, Sulutəpə qəsəbəsində yaşayan Xəlilov İlkinə məxsus velosipedi və 26.06.2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi döngə 44 ünvanında yerləşən 5 saylı həyətyanı sahəsi olan fərdi yaşayış evinin həyətində bir baş xırda buynuzlu heyvanı oğurlamaqla talamışdır. Bu əməlləri ilə o, İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin hadisələr ilə əlaqədar 29.06.2020-ci il tarixli, MN № 0648006, ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilmişdir. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin sahə inspektoru, polis mayoru Muradov Şöhrət Nəriman oğlu tərəfindən tərtib edilmiş 29.06.2020-ci il tarixli protokollara uyğun izahat verərək bildirdi ki, Şəxs 25.06.2020-ci il tarixdə Sulutəpə qəsəbəsində yaşayan Xəlilov İlkinə məxsus velosipedi, 26.06.2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi döngə 44 ünvanında yerləşən 5 saylı həyətyanı sahəsi olan fərdi yaşayış evinin həyətində bir baş xırda buynuzlu heyvanı oğurlamışdır. Bu faktlar Şəxs öz izahatı ilə təsdiq edilir.İnzibati işlər bir icraatda birləşdirilmişdir.Bununla əlaqədar olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq, Şəxs barəsində İXM-nin 227-ci maddədə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Hazırda o, protokolu müdafiə edir və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, himayəsində 2 (iki) azyaşlı övladının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs Şəxs barəsində etdiyi əməli etiraf etməsini, səmimi peşmançılığını, himayəsində 2 (iki) az yaşlı övladının olmasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, onun müdafiəçisinin çıxışlarını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi onun təqsirini etiraf etməsi, əməlindən səmimi peşman olmasını, himayəsində 2 azyaşlı övladının olmasını nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin səxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən hallın mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs İXM-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli, barəsində inzibati ictimai iş növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 30, 31.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu və 227-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 160 (bir yüz altmış) saat ictimai işlər cəzası təyin olunsun. Şəxs inzibati qaydada tutmadan azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1739/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1739/2020
29.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver