Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1740/2025 15.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X2, X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X11 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış şikayət vermiş şəxsin iştirakı olmadan məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən AZLƏND PLAZA MMC-nin direktoru Tağıyev Bəhruz barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinin tələblərinin pozulması ilə xx.xx.2025-ci il tarixli, MN ******* protokol tərtib edilmiş və xx.xx.2025-ci il tarixdə MN ******* nömrəli qərarla 700 manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, tərtib edilmiş sözügedən protokol ilə razılaşmayaraq məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. X9 ilə “AZLƏND PLAZA MMC” arasında xx.xx.2024-cü il tarixindən etibarən əmək müqaviləsi imzalanmışdır. Bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cii il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən xitam verilmişdir. X5 müəssisə tərəfindən müəyyən edilmiş əmək haqqı və.s ödənişlər tam olaraq vaxtlı vaxtında ödənilmişdir. Həmçinin tərəflər arasında imzalanmış müqaviləyə xitam verilən zaman X5 ödənilməli olan əmək haqqı, son haqq-hesab və işdən çıxma ərizəsinin bir nüsxəsi təqdim edilmişdir. Bu barədə ərizə sözügedən şəxs tərəfindən 22 oktyabr 2025-ci il tarixində imzalanmışdır. Lakin sözügedən şəxs tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə müraciət edilərək və yalan məlumatlar verərək guya onların İXM-nin 192.4 -cü maddəsinin tələblərini pozduğunu, fəaliyyətlərinin qanunamüvafiq olmadığını bildirmişdir. Bir digər hall isə ondan ibarətdir ki, səlahiyyətli orqan tərəfindən işin faktiki halları araşdırılmadan və hər hansı bir mötəbər sübutlar olmadan “AZLƏND PLAZA MMC”-nin direktoru Tağıyev Bəhruz oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinin tələblərinin pozulması ilə xx.xx.2025-ci il tarixli, MN ******* protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin müfəttişi X10 qərəzli mövqe tutaraq işin faktiki hallarını araşdırmadan ədalətsiz protokol yazmışdır. Əgər həmin sözügedən xətanın törədilməsi barədə mötəbər sayıla biləcək sübutlar səlahiyytəli orqan və ya sözügedən şəxs X3 mövcuddursa həmin sənədlərin təqdim edilməsini xahiş edir. Göstərilənlərə əsasən, məhkəmədən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X7 bildirmişdir ki, X9 xx.xx.2024-cü il tarixində işdən çıxsa da, həmin şəxsə son haqq hesab xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Yəni, burada hər hansı bir riyazi hesablamalar nəticəsində yol verilən nöqsandan söhbət getmir. X1 əmək haqqı ödənişi də gec olmuşdur. Odur ki, qəbul edilmiş qərar tam qanuni olaraq qəbul edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X9 ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində AR ƏM-nin 68.2 “a” maddəsinə əsasən xitam verilmiş, lakin son haqq hesab gecikdirilərək xx.xx.2024-cü il tarixində ödənilmişdir. Odur ki, İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzabati xətanın törədilməsi qənaətinə gəlinmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat inzibati cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli X9 tərəfindən verilmiş ərizədən görünür ki, X9 xx.xx.2024-cü il tarixdən etibarən "xxxx" MMC-yə operator peşəsinə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, X9 ilə işəgötürən X11 arasında müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli X9 tərəfindən verilmiş ərizədən görünür ki, X9 xx.xx.2024-cü il tarixdən azad edilməsini xahiş etmişdir. "xxxx" ASC tərəfindən verilmiş əmək haqqı üzrə çıxarışdan görünür ki, xx.xx.2024cü il tarixdə X6 315.88 AZN əmək haqqı ödənilmişdir. "xxxx" ASC tərəfindən verilmiş əmək haqqı üzrə çıxarışdan görünür ki, xx.xx.2024cü il tarixdə X6 40 AZN son haqq hesab ödənilmişdir. Məhkəmə, şikayəti və ona əlavə edilmiş sənədləri, səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X8 şikayəti rədd edilməlidir. Belə ki, İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində müəyyən edilmişdir. Həmin Məcəllənin 134-cü maddəsində isə bu əsaslara müvafiq olaraq səlahiyyətli orqan (vəzifəli şəxs) və ya məhkəmə tərəfindən qəbul edilə biləcək qərarların tam siyahısı göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinə müvafiq olaraq, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, nəticələrin işin faktiki hallarına uyğun olmaması, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması, inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların müəyyən olunması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Hazırki iş üzrə qeyd edilməlidir ki, İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işçi işdən çıxdığı gün ona son haqqhesab ödənilməlidir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X9 xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə operator vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2024cü il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. X4 əmək haqqı xx.xx.2024-cü il tarixdə, son haqq hesab isə xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Halbuki, X5 edilməli olan həmin ödəmələr sonuncunun işdən azad edildiyi gün, yəni xx.xx.2024-cü il tarixdə ödənilməli idi. Buna baxmayaraq, işəgötürən tərəfindən sözügedən ödəmələr gec ödənilməklə qanunvericiliyin sadalanan tələbləri pozulmuş, nəticədə X11 tərəfindən İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Odur ki, onun barəsində inzibati tənbeh vermə haqqında qərar qanuni olaraq qəbul edilmişdir. X5 əmək haqqı və son haqq-hesabın gecikdirilərək ödənilməsi "xxxx" ASC tərəfindən verilmiş əmək haqqı üzrə çıxarışlar, inzibati xəta haqqında protokol və digər sənədlərlə öz təsdiqini tapır. Göstərilənlərə əsasən məhkəmə X11 İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsaslı olması, şikayətin isə əsassız olması qənaətinə gəlinmişdir. Bununla da, şikayətin təmin edilməsi və qeyd edilən qərarın ləğv edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir. Bundan başqa məhkəmə X9 tərəfindən imza edilmiş xx.xx.2024-cü il tarixli ərizəyə münasibətdə qeyd edir ki, həmin ərizənin ümumi məmzumunu komputerlə tərtib edilmiş, müraciət edən şəxsin vəzifəsi, ad, soyad, ata adı və ərizənin imzalanma tarixi üçün qrafalar qoyularaq həmin hissələr əlyazma ilə yazılması həmin nümunənin şablon olaraq hazırlanmasını və mütəmadi olaraq istifadə edildiyinə dəlalət edir. Həmin ərizədə komputerlə yazılaraq çap edilmiş hissədə “Mənə çatacaq əmək haqqını, son haqq hesabı, işdən çıxma əmrinin surətini aldım və heç bir tələbim yoxdur” qeyd edilsə də "xxxx" ASC tərəfindən verilmiş çıxarışlardan görünür ki, "xxxx" MMC tərəfindən X4 oktayabr ayı üzrə 315.88 manat əmək haqqısı xx.xx.202025-ci il tarixdə, son haqq-hesabı isə işdən azad edildiyi xx.xx.2024-cü il tarixdə deyil, xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Qeyd edilənlərə əsasən X9 tərəfindən imza edilmiş xx.xx.2024-cü il tarixli ərizəyə əsasən ona çatacaq son haqq hesabın işdən çıxdığı gün ona onadnilməsi qənatinə gəlmək mümkün deyildir və həmin ərizə son haqq hesabın xx.xx.2024-cü il tarixdə ödənilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında qərardan verdiyi şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X11 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq tətbiq edilməsi haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-1740/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1740/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver