Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1741/2020 30.06.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlu, Bağırlı Günay Suliddin qızının iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Rəhimov Vüsal Hüseynxan oğlunun, onun müdafiəçisi Hüseynov Faiq Filman oğlunun , Protokolu tərtib etmiş orqan Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Nəbi Allahverdiyevin iştirakı ilə xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2(iki) azyaşlı övladıolan, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi ev 1, mənzil 13 ünvanında qeydiyyatda olan və yaşayan Rəhimov Vüsal Hüseynxan oğlunun barəsində, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Binəqədi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Faiq Ələkbərov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Binəqədi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Faiq Ələkbərovun icra sənədi üzrə borclu Rəhimov Vüsal Hüseynxan oğlunun İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və əlavə edilmiş materiallarda olan icra işindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 03.04.2017-ci il tarixli 2(005)- 1206/2017 saylı icra vərəqəsinə əsasən Rəhimov Vüsal Hüseynxan oğlundan 3 030 manat pulun tutularaq Məmmədov İrşad Aydın oğlunun xeyrinə ödənilməsi müəyyən edilmişdir.Lakin borclu Rəhimov Vüsal Hüseynxan oğlu üzrlü səbəblər olmadan icra sənədini icra etməmişdir. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Nəbi Allahverdiyev bildirdi ki, borclu Rəhimov Vüsal Hüseynxan oğlu Nərimanov Rayon Məhkəməsinin 03.04.2017-ci il tarixli 2(005)-1206/2017 saylı icra vərəqəsinin icrası ilə bildiriş göndərilərək icra şöbəsinə gələrək borcun ödənilməsi ilə bağlı izahatı alınaraq xəbərdarlıq edilsə də, borcu ödəməkdən və icra vərəqəsini icra etməkdən yayınmışdır.Hal-hazırda, Rəhimov Vüsal Hüseynxan oğlunun borcu yaranmışdır. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Rəhimov Vüsal Hüseynxan oğlu bildirdi ki, Nərimanov Rayon Məhkəməsinin 03.04.2017-ci il tarixli, 2(005)-1206/2017 saylı qiyabi qətnaməsi ilə Rəhimov Vüsal Hüseynxan oğlundan 3 030 manat pulun tutularaq Məmmədov İrşad Aydın oğlunun xeyrinə ödənilməsi qət edilmişdir.Qiyabi qətnamənin çıxarılmasından onun xəbəri olmamışdır.Hazırda Nərimanov Rayon Məhkəməsinin 03.04.2017-ci il tarixli, 2(005)-1206/2017 saylı qiyabi qətnaməsinin ləğvi üçün məhkəməyə müraciət etmişdir.Həmçinin qətnamənin icrası ilə bağlı bildiriş ona təqdim edilməmişdir.Bundan başqa, tələbkar Məmmədov İrşad Aydın oğlu vəfat etmişdir, həmin borcu hüquqi varislərinin tələb etməsi barədə onda məlumat yoxdur.Həmçinin, o, həmin borcdan 600 manat vəsaiti ödəmişdir.Buna görə də, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Hüseynov Faiq Filman oğlu hüquqlarını müdafiə etdiyi Rəhimov Vüsal Hüseynxan oğlunun izahatına uyğun çıxış edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İcraçı Nəbi Allahverdiyevin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, onun müdafiəçisinin çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edirəm ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, təqdim olunmuş sənədlərdən və icra işindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 03.04.2017-ci il tarixli 2(005)-1206/2017 saylı qiyabi qətnaməsi ilə Rəhimov Vüsal Hüseynxan oğlundan 3 030 manat pulun tutularaq Məmmədov İrşad Aydın oğlunun xeyrinə ödənilməsi qət edilmişdir.Rəhimov Vüsal Hüseynxan oğlunun Nərimanov Rayon Məhkəməsinin 03.04.2017-ci il tarixli 2(005)- 1206/2017 saylı qiyabi qətnaməsindən xəbəri olmamışdır, yəni iş materiallarında qiyabi qətnamənin borcluya rəsmi qaydada təqdim olunduğunu təsdiq edən sənəd mövcud deyildir.Hazırda, borclu Nərimanov Rayon Məhkəməsinin 03.04.2017-ci il tarixli, 2(005)-1206/2017 saylı qiyabi qətnaməsinin ləğvi üçün məhkəməyə müraciət etmişdir.Həmçinin, qətnamənin könüllü icra edilməsi barədə bildiriş borcluya təqdim edilməmişdir.Bundan başqa, borclu ümumi borcdan 600 manat ödəmişdir. Bu isə onu göstərir ki, Rəhimov Vüsal Hüseynxan oğlunun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi mövcud deyildir. Belə olan halda Rəhimov Vüsal Hüseynxan oğlu istinad edilən inzibati xətanı törətməkdə təqsirsiz hesab edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən bu nəticəyə gəlirəm ki, Rəhimov Vüsal Hüseynxan oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirsiz hesab edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu və 528.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Rəhimov Vüsal Hüseynxan oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibat xətanı törətməkdə təqsirsiz hesab edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1741/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1741/2020
30.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver