Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1742/2020 01.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından QƏRAR BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri İş № 3(001)-1742/2020 01.07.2020-ci il Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Məmmədova İ̇lahə Şükür qızının iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) İ̇brahimov Rafayıl Kərim oğlunun, Müdafiəçi Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkili Məmmədov Fuad Oruc oğlunun, Tələbkar Kərimova Samirə Oqtay qızının, Protokolu tərtib etmiş orqan Binəqədi rayon İ̇cra və Probasiya Şöbəsinin icra məmuru Ələddin Hüseynovun iştirakı ilə, 01.02.1965-ci il tarixdə Ağdam rayonu Suma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, hal-hazırda subay, himayəsində 1 (bir) azyaşlı övladı olan, Ağdam rayonu Suma kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi məhəllə 3066 ev 40A mənzil 81 ünvanda yaşayan İ̇brahimov Rafayıl Kərim oğlunun Azərbaycan Respublikası İ̇XM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Binəqədi rayon İ̇cra və Probasiya Şöbəsinin icra məmuru Ələddin Hüseynov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Binəqədi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i : Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Ələddin Hüseynov tərəfindən Azərbaycan Respublikası İ̇XM-nin 528.1-ci maddəsi ilə İ̇brahimov Rafayıl Kərim oğlunun inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. İ̇nzibati xəta haqqında 01 iyul 2020ci il tarixli, MN № 0390313 saylı protokola əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 2(001)- 4745/2019 sayl icra vərəqəsinə əsasən 13 may 2019-cu il tarixdən başlayaraq, cavabdeh İ̇brahimov Rafayıl Kərim oğlundan 05 noyabr 2011-ci il təvəllüdlü İ̇brahimli Əli Rafayıl oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Kərimova Samirə Oqtay qızına ödənilməlidir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – (borclu) İ̇brahimov Rafayıl Kərim oğlu bildirdi ki, maddi vəziyyəti ağır olduğuna və hal-hazırda işləmədiyinə görə məhkəmə qərarını icra edə bilmir.Buna görə də, məhkəmədən ona inzibati qaydada yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Məmmədov Fuad Oruc oğlu bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin maddi vəziyyəti ağır olduğuna və işləmədiyinə görə məhkəmə qərarını tam icra edə bilmir.Buna görə də, məhkəmədən inzibati qaydada ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən tələbkar Kərimova Samirə Oqtay qızı borclunun maddi imkanı olduğu halda 4 ay ərzində aliment borcunu ödəmədiyini nəzərə alaraq borclu İ̇brahimov Rafayıl Kərim oğlunun ciddi şəkildə cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon icra şöbəsinin icra məmuru Ələddin Hüseynov 4 ay ərzində borclunun aliment borcunu ödəmədiyini və bunun nəticəsində tələbkarın çoxsaylı şikayətlərini və protokolda göstərilənləri nəzərə alaraq İ̇brahimov Rafayıl Kərim oğlunun inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə (borclunun) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, müdafiəçini, icra məmurunun çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İ̇brahimov Rafayıl Kərim oğlunun İ̇XM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Beləki, Azərbaycan Respublikası İ̇XM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İ̇XM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İ̇XMnin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, icra sənədi üzrə sonuncu dəfə ödənişdən 4 aydan artıq vaxt keçməsinə baxmayaraq bu müddət ərzində icra sənədi üzürsüz səbəbdən uzun müddət icra olunmamış, borclu R.İ̇brahimovun evini kirayə verməsindən aylıq qazancının (təxminən 200 manat) olmasına və özünün gündəlik işlərdən qazancının olmasına baxmayaraq icra sənədinin icra edilməməsində İ̇brahimov Rafayıl Kərim oğlunun təqsiri sübuta yetirilmişdir. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) İ̇brahimov Rafayıl Kərim oğlunun şəxsiyyətini, məhkəmə qərarının uzun müddət, yəni təxminən 4 aydan artıq müddətdə icra olunmadığını və nəticədə bunun aliment almalı olan uşağı uzun müddət maddi sıxıntıya məruz qoyduğunu, nəticədə bunun tələbkarın çoxsaylı əsaslı şikayətlərinə səbəb olduğunu, son dövrlər aliment borclarının öədənilməsindən borcluların müxtəlif bəhanələrlə əsassız yerə imtina etdiklərini, nəticədə alimentə dair icra sənədlərinin icrası ilə bağlı çoxsaylı problemlərin yarandığını nəzərə alaraq, bu sahədə dönüş yaradılması məqsədilə məhkəmə bu kateqoriyadan olan işlər üzrə cəza siyasətinin sərtləşdirilməsini məqsədəuyğun hesab edir.Buna görə də, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən borclu İ̇brahimov Rafayıl Kərim inzibati qaydada həbs edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İ̇XM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İ̇brahimov Rafayıl Kərim oğlu Azərbaycan Respublikası İ̇XM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 10 (on ) gün müddətində inzibati həbs təyin olunsun. Həbsetmənin əvvəli, onun inzibati qaydada tutulduğu vaxtdan, yəni – 01.07.2020-ci il tarixdən hesablansın. İ̇brahimov Rafayıl Kərim oğlu saxlanılması üçün Azərbaycan Respublikası Daxili İ̇şlər Nazirliyi Baş İ̇ctimai Təhlükəsizlik İ̇darəsinə Bilavasitə tabe olan İ̇nzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə yerləşdirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-1742/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1742/2020
01.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver