Məhkəmə qərarları › İş №3(001)-1745/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1745/2020

03.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1745/2020 03.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlu, x2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, Protokolu tərtib etmiş orqan Binəqədi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Ələddin Hüseynovun iştirakı ilə xx.xx.1985-ci il tarixdə Yevlax şəhərində doğlumuş,Azərbaycan Respublikasının vətəndaşı halhazırda subay,orta təhsilli, fərdi fəaliyyətlə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 11-ci döngə fərdi yaşayış evində yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ələddin Hüseynov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Binəqədi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Binəqədi rayon icra və probasiya şöbəsinin böyük icra məmuru x4 borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 03 iyul 2020-ci il tarixli protokola əsasən məlum olur ki, Kürdəmir Rayon Məhkəməsinin 14.08.2015-ci il tarixli, 2(041)-301/2015 saylı icra sənədinə əsasən cavabdeh Şəxs övladları x5, x1 üçün hər ay, hər uşağa görə 80 manat olmaqla, cəmi 160 manat pulun tutularaq x6 ödənilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru x4 protokolda göstərilənləri nəzərə alaraq Şəxs oğlunun inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu Şəxs bildirdi ki, o, məhkəmə qərarının icrasından yayınmır, onun maddi vəziyyətini, səmimi peşmaçılığını, təqisirini etiraf etməsini nəzərə alaraq inzibati qaydada ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş üzrə tələbkar x7 məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.Buna görə də, məhkəmə tələbkarın iştirakı olmadan məhkəmə iclasının keçiriməsini mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs oğlunun İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min maanatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Hesab edirəm ki, icra sənədləri üzürsüz səbəbdən icra olunmadığından və icra sənədlərinin icra edilməməsində Şəxs təqsiri sübuta yetirildiyindən, o, inzibati qaydada cəzalandırılmalı, lakin Şəxs şəxsiyyəti, maddi vəziyyətinin ağır olmasını, səmimi peşmançılığı, təqsirini etiraf etməsi və aliment borcunu qismən ödəməsini nəzərə alınaraq o, inzibati qaydada cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs inzibati qaydada tutulmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vəya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar