Məhkəmə qərarları › İş №3(001)-1745/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1745/2022

04.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1745/2022 04.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X4 iclas katibliyi, X1, Bakı şəhəri Pirallahı rayon X10 yol polisi bölməsinin inzibati təcrübə üzrə baş inspektor, polis mayoru X5 iştirakı ilə, X1 Bakı şəhəri Pirallahı rayon X10 yol polisi bölməsinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP 45450039 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə Binəqədi rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 Bakı şəhəri Pirallahı rayon X10 yol polisi bölməsinin əməkdaşının tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP 45450039 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarından şikayət verərək göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, saat 16:01 radələrində idarə etdiyi "X12" markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə təqsirli bilinərək, 50 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur.Bu barədə xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmiş, həmin qərarın ona verilməsi barədə dəfələrlə Bakı şəhər Pirallahı rayon X17 Şöbəsinə müraciət etsə də, ona qərarın surəti xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir.Lakin qərarın surəti ona 2(iki) ay sonra verildiyindən 50 manat inzibati cəriməyə 11 manat dəbbə pulu hesablanaraq, ödənilməli məbləğ 61 manat hesablanmışdır.İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanlar və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir.O, xx.xx.2022-ci il tarixdə saat 16:01 radələrində idarə etdiyi "X12" markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən nəqliyyat vasitəsinin Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanlar və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan hissəsinin olmaması, nasaz olan hər hansı hissə Polis əməkdaşı tərəfindən aşkar edilməmişdir.Hazırda da avtomobilinin nasaz olan hər hansı hissəsi yoxdur.Lakin Bakı şəhəri Piralları rayon X10 yol polisi bölməsinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP 45450039 saylı inzibati xəta haqqında iş üzrə protokol və həmin protokol əsasında qəbul edilmiş qərarla 50 manat məbləğində inzibati cərimə edilmişdir. Şikayətçi göstərmişdir ki, AR İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Şikayətçi göstərmişdir ki, AR İXM-nin 38.1-ci bəndinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər.Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Şikayətçi yuxarıda göstərilənləri və AR İXM-nin tələblərini rəhbər tutaraq məhkəmədən Bakı şəhəri Bakı şəhəri Piralları rayon X10 yol polisi bölməsinin əməkdaşının tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP 45450039 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X2 şikayətində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Pirallahı rayon X10 yol polisi bölməsinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarının ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Pirallahı rayon X10 yol polisi bölməsinin inzibati təcrübə üzrə baş inspektor, polis mayoru X7 bildirmişdir ki, vətəndaş Səid Əhmədovun “102”zəng xidmətin daxil olmuş müraciəti əsasında ətraflı araşdırma aparılmış və araşdırmanın nəticəsi barədə, yəni onun barəsində tərtib edilmiş protokolun əsaslı olaraq tərtib edilməsi barədə vətəndaşa məlumat verilmişdir.Buna görə də, şikayət əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Pirallahı rayon X10 yol polisi bölməsinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokoluna əsasən məlum olur ki, X2 Azərbaycan Rsepublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində göstərilən tələbləri pozduğuna görə 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş YPX-nın baş inspektoru, polis baş serjantı X3 izahatına əsasən məlum olur ki, yük avtomobilinin arxa bort nömrəsi təkrar olmadığına görə o, sürücü Səid Əhmədov barəsində AR İXM-nin 342.5-ci maddəsi ilə protokol tərtib etmişdir. Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinin tələbinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən,Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd edilməlidir.Belə ki, Bakı şəhəri Pirallahı rayon X10 yol polisi bölməsinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP 45450039 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarına əsasən məlum olur ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində göstərilən tələbləri pozduğuna görə 50 manat məbləğində cərimə edilmişdir.Belə ki, iş materiallarını nəzərdən keçirərkən aydın olur ki, şikayətçi Səid Əhmədovun idarə etdiyi yük avtomobilinin kuzosunun arxa divarında təkrar dövlət qeydiyyat nişanının rəqəmləri və hərfləri olmadığına görə polis əməkdaşı onun barəsində haqlı olaraq Azərbaycan Respublikasının İXM-nin 342.5-ci maddəsi ilə protokol tərtib etmişdir.Eləcə də, X1 “102” xidməti zəng mərkəzinə etdiyi müraciət əsasında aparılan araşdırmaya əsasən də məlum olur ki, vətəndaş Səid Əhmədov tərəfindən Azərbaycan Respublikasının İXM-nin 342.5-ci maddəsinin tələblərinin pozulmuşdur. Belə ki, “X11” Azərbaycan Respublikasının Qanunun 1 saylı əlavəsinin 7-ci hissəsinin 10-cu bəndində göstərilmişdir ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının standartın tələblərinə cavab vermədikdə, dövlət qeydiyyat nişanlarının rəqəmləri və hərfləri yük daşıyan avtomobillərinin, qoşquların (minik avtomobillərinin və motosikletlərin qoşqularından başqa) və avtobusların (xüsusi kiçik avtobuslardan başqa) kuzovunun arxa divarında təkrar və rəqəmlərin hündürlüyü ən azı 300 mm, eni azı 120 mm, cizginin qalınlığı 30 mm, hərflərin ölçüsü rəqəmlərin 2/3-si qədər olunmadıqda, tramvay və trolleybuslarda müvafiq idarələrin verdikləri dövlət qeydiyyat nişanları yazılmadıqda nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinin səbəblərindəndir.Buna görə də, məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Pirallahı rayon X10 yol polisi bölməsinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP 45450039 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Pirallahı rayon X10 yol polisi bölməsinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP 45450039 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət rədd edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar