Məhkəmə qərarları › İş №3(001)-1749/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1749/2020

04.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1749/2020 04.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İş № 3(001)-1749/2020 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi hakiminin inzibati xəta haqqında iş üzrə Q Ə R A R İ 04.07.2020-ci il Bakı şəhəri Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Məmmədova İlahə Şükür qızının iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin sahə inspektoru, polis mayoru Məmmədov Əvəz Yusif oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov Ülvi Əliyulla oğlunun, Müdafiəçi – Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Qurbanov Valeh Mahmud oğlunun iştirakı ilə xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azəbaycanlı, «Nur» çörək evində fəhlə işləyən,evli, himayəsində 1 (bir) azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsi, döngə 2, ev 9 ünvanında qeydiyyatda olan və yaşayan Məmmədov Ülvi Əliyulla oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510.1 və 388-1.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov Ülvi Əliyulla oğlu 04.07.2020-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri,Binəqədi rayonu Binəqədi qəsəbəsi Mərkəzi küçədə ucadan ünvansız nalayiq ifadələr işlətmiş, bununla da ictimai qaydanı pozan hərəktlərə yol verərək xırda xuliqanlıq hərəktlərinə yol vermişdir. Bundan başqa,Məmmədov Ülvi Əliyulla oğlu internet iformasiya ehtiyatında (İnstagram hesabında nüfuzlu dövlət xadimi barədə) yayılması qadağan edilən informasiya yerləşdirmişdir. Buna görə də, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis mayoru Məmmədov Əvəz Yusif oğlu tərəfindən 04.07.2020-ci il tarixdə, MN № 0602948, MN 0602949 saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis mayoru Məmmədov Əvəz Yusif oğlu tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov Ülvi Əliyulla oğlu 04.07.2020-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri,Binəqədi rayonu Binəqədi qəsəbəsi Mərkəzi küçədə ucadan ünvansız nalayiq ifadələr işlətmiş, bununla da ictimai qaydanı pozan hərəktlərə yol verərək xırda xuliqanlıq hərəktlərinə yol vermişdir.Bundan başqa,Məmmədov Ülvi Əliyulla oğlu internet iformasiya ehtiyatında (İnstagram hesabında nüfuzlu dövlət xadimi barədə) yayılması qadağan edilən informasiya yerləşdirmişdir.Buna görə də,Məmmədov Ülvi Əliyulla oğlunun inzibati qaydada cəzalanması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan Məmmədov Ülvi Əliyulla oğlu çıxış edərək təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, himayəsində 1(bir) azyaşlı övladının olduğunu nəzərə alaraq barəsində mümkün qədər yüngül inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçi Qurbanov Valeh Mahmud oğlu hüquqlarını müdafiə etdiyi Məmmədov Ülvi Əliyulla oğlunun təqsirini etiraf etdiyini, təqsirini etiraf etdiyini və himayəsində 1(bir) az yaşlı övladının olduğunu nəzərə alaraq barəsində mümkün qədər yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. 0Belə ki, Azərbaycan Respublikası İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmçinin, İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrindən müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Məmmədov Ülvi Əliyulla oğlunun əməlində İXM-nin 510 və 388-1.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov Ülvi Əliyulla oğlunun təqsirini etiraf etməsi, 1(bir) övladının olması və səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən haldır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 388-1.1-ci maddəinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Məmmədov Ülvi Əliyulla oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci və 388-1.1-ci maddələri ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 20 (iyirmi) gün müddətində inzibati həbs təyin olunsun. Həbs etmənin əvvəli, Şəxs inzibati qaydada tutulduğu - 04.07.2020-ci il tarixdən hesablansın. Məmmmədov Ülvi Əliyulla oğlu saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə Bilavasitə tabe olan İnzibati Qaydada həbs edilənlərin saxlama Mərkəzinə yerləşdirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar