Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1767/2020 14.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş X2 barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair inzibati xəta haqqında protokola baxaraq, m ü ə y y ə n e t d i m: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati işi daxil olmuşdur. Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X3 məhkəməyə müraciət edərək, X1 barəsində təqdim olunmuş inzibati xəta haqqında protokolun baxılmasının geri qaytarılmasını xahiş etmişdir. Belə ki, inzibati xətaya səbəb olan hallar aradan qaldırılmışdır. Məhkəmə hesab edir ki, icra məmurunun ərizəsi təmin edilməli, X1 barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 109 və 114-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizə təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Binəqədi rayon İcra Şöbəsinə geri qaytarılsın. Qərardaddan 10 günə Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-1767/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1767/2020
14.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver