Məhkəmə qərarları › İş №3(001)-1770/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1770/2020

15.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1770/2020 15.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, Müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1990-ci ildə Beyləqan rayonu, Təzəkənd kəndində doğulmuş, müvəqqəti olaraq işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, faktiki olaraq məcburi köçkün kimi ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdim: Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsi Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında material onunla əsaslandırılmışdır ki,Beyləqan Rayon Məhkəmsinin xx xxxx 2017-ci il tarixli məhkəmə əmrinə əsasən Beyləqan rayonu, Bolsulu kəndində yerləşən, N saylı hərbi hissədə qulluq edən xx.xx.1990-cı ildə doğulan Şəxs 2000 manat borc və ödənilmiş 21 manat dövllət rüsumu alınaraq tələbkar, xx.xx.1965-ci ildə doğulmuş X2 verilməsi əmr edilmişdir. Hazırda Şəxs borcun ödəməsindən yayınır. Qeyd olunanlara əsasən icra məmuru X1 Röyal Polad oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayon icra və probasiyası şöbəsinin icra məmuru X6 məhkəmə prosesində verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətdiyi üçün barəsində protokol tərtib olunduğunu, onun inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədi üzrə tələbkara əlbəəl sənədsiz şəkildə ödəniş etdiyini bildirmişdir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Vəkil hüquqlarını müdayiə etdiyi Şəxs əməlində qərəzli olaraq borcunu ödəməkdən yayınmasına dain inzibai xəta tərkibinin olmadığı bildirmişdir. Belə ki, Şəxs tərəfindən tələbkara əlbəəl pul verilməsini və bu barədə tələbkarın izahatının alınmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq proses iştirakçılarını dinləyib iş materiallarını nəzərdən keçirərək bu qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə əsas yoxdur. İş materiallarında olan Beyləqan Rayon Məhkəmsinin xx xxxx 2017-ci il tarixli məhkəmə əmrinə əsasən Beyləqan rayonu, Bolsulu kəndində yerləşən, N saylı hərbi hissədə qulluq edən xx.xx.1990-cı ildə doğulan Şəxs 2000 manat borc və ödənilmiş 21 manat dövllət rüsumu alınaraq tələbkar, xx.xx.1965-ci ildə doğulmuş X2 verilməsi əmr edilmişdir. Bakı şəhəri Beyləqan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru M.Əsgərov xx.xx.2017-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edərək, tələbin könüllü icrası üçün Şəxs bildiriş göndərmiş, tələb könüllü icra edilmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyinə dair xəbərdarlıq göndərmişdir. Borclu Şəxs tərəfindən Binəqədi rayon İcra və Probasiya şöbəsinin rəisi ədliyyə müşaviri İlham Həsənova yazılan xx.xx.2020-ci il tarixli izahatından görünür ki, Şəxs tələbkara 2000 manat borcunu ödədiyini tələbkarın isə ondan borca qarşılıq faiz ödəmələrinidə tələb etdiyini bildirmişdir. Lakin Şəxs borcunu ödəməsini təsdiq edən heç bir sənədin olmadığını bildirmişdir. Məhkəmə Şəxs hazırki vaxta tələbkara 2000 manat borcunun olması faktının mübahisəli olduğunu, borclunun izahatında tələbkara ödəniş etdiyini icra məmurunun isə borclunun ödənişi etməməsi ilə bağlı tərtib olunan protokolunda ziddiyyət yarandığını, iş materiallarında borclunun borcu ilə bağlı ödəniş edib-etməməsini təsdiq edən tələbkarın izahatının olmamasını nəzərə alaraq hesab edir ki, borclu Şəxs borcunu ödüyübödəməməsi faktı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməl olduğunu xüsusilə qeyd edərək hesab edir ki, borclu X4 əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109, 114-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, MN№ ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar