Məhkəmə qərarları › İş №3(001)-1777/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1777/2020

21.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1777/2020 21.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru X5, Tələbkar X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkiliştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş, evli, deməsinə görə məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu,Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsi , ev 10, mənzil 182 ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, Müəyyən etdim: Bakı şəhəri Binəqədi rayon İcra və probasiya Şöbəsi Binəqədi rayon Məhkəməsinə müraciət edərək Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, iş üzrə borclu Şəxs tələbkar X6 cəmi 6600 manat aliment borcunu ödəməmişdir. Nəticədə borclu Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə prosesində Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X11 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayındığını bildirərək onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə prosesində inzibati xəta haqqında materiala baxarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini icra etməkdən qəsdən yayınmadığını, öz aralarında tələbkara müxtəlif vaxtlarda ödənişlər etdiyini, uşaqların kisinin daimi onunla yaşadıqlarını bildirərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesində tələbkar X9, borcluya borcunu ödəməsi üçün kifayət qədər şərait yaratdığını, borclunun borcunu ödəməkdən qəsdən yayındığını, bu müddət ərzində 1200 manatlıq bazaqlıq etdiyini bildirərək məhkəmədən onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən müdafiəçi Vəkil Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 475/2020 saylı icra sənədindən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X10, xx.xx.2004-cü il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X3 anası X4 yanına qalmasının müəyyən edilməsi, xx.xx.2003-cü il X10, xx.xx.2004-cü il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 150 manat olmaqla, ümumilikdə 600 manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs tutularaq iddiaçı X6 ödənilməsi qərara alınmışdır. İş materiallarından aydın olur ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru A.Əhmədov xx.xx.2020-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edərək, tələbin könüllü icrası üçün Şəxs bildiriş göndərmiş, tələb könüllü icra edilmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyinə dair xəbərdarlıq göndərmişdir. İş materiallarında olan Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru A.Əhmədov tərəfindən qəbul edilən xx.xx.2020-ci il tarixli “Borclunun axtarılması haqqında” qərardan görünür ki, Şəxs faktiki yaşadığı ünvan məlum olmadığı üçün onun barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan borclu Şəxs tərəfindən Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin rəisi İlham Həsənova yazılan izahatdan görünür ki, ölkədəki karantin rejiminə görə hal-hazırda işləmədiyindən aliment borcunu ödəmək imkanı yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs borcunu ödəmək niyyətinin olmasına tənqidi yanaşılmalı və bu xüsusat onun özünü müdafiə üçün seçdiyi üsul kimi qiymətləndirilməlidir. İş üzrə olan sübutlarla, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-475/2020 saylı icra sənədini üzrsüz səbəbdən icra etməməsi, icra sənədi üzrə borcunun ödənilməsinə laqeydliyi, bununla da İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törədildiyi tam sübuta yetirilir. Ona görə də, o həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən ediməmişdir xx xxxxxx 2020-ci il tarixində qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş borcun ödənilməməsində ifadə olunan inzibati xətanın xarakteri məhkəmə tərəfindən Şəxs şəxsiyyətini xarakterizə edən hal olaraq nəzərə alınır. Odur ki, Şəxs inzibati tənbehin qeyd edilənlər nəzərə alınmaqla, inzibati həbs növündə təyin edilməsi inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-cimaddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 12:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar