Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1781/2021 19.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Binəqədi rayon prokurorluğunun nümayəndəsi X4, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru Anar Zeynalovun, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Naxçıvan MR, Şərur rayonu, Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, Naxçıvan MR, Şərur rayonu, Çomaxtur kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamasına və narkotik vasitədən istifadə etdiyinə görə onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru Anar Zeynalov tərəfindən xx xxxxx 2021-ci il tarixli, MN №1080568 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında xx xxxxx 2021-ci il tarixli, MN №1080568 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə Binəqədi rayonu Xocasən qəsəbəsində polisin qanuni tələblərinə tabe olmamışdır. Polis Bölməsinə gətirildikdən sonra Narkoloji Mərkəzdə müayinədən keçirilərkən Şəxs sidiyində narkotik vasitə aşkar olunmuşdur. Bununla da Azərbaycan Respublikası İXM-nin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru Anar Zeynalov məhkəməyə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 13 radələrində 40-cı PB-nin əməliyyat müvəkkilləri polis kapitanı Emin Musayev və polis baş leytenantı Yaşar Misirovla birlikdə Binəqədi rayonu, Xocəsən qəsəbəsində xidmət apararkən 2 (iki) nəfər şəxsin ərazidə yerləşən fərdi yaşayış evlərinin hasarlarından həyətlərə baxaraq hərəkət etdiklərini müşahidə etmişlər. Həmin şəxslər ilk baxışda onlara narkotik vasitə istifadə edən və yaşayış evlərindən oğurluq edən şəxslər təəssüratı yaratmışlar. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edərək üzərlərində şəxsiyyətlərini təsdiq edən hər-hansı bir sənədin olub-olmamasını soruşmuşlar həmin şəxslər heç bir sənəd təqdim etməyərək qanuni tələblərinə qəsdən riayət etməməklə qaçmağa cəhd göstərmişlər. Həmin şəxsləri nizam intizama dəvət edərək onları Binəqədi RPİ-nin 40-cı PB-nə gətirmişlər. Bölmədə həmin şəxslərin xx.xx.1978-ci il təvəllüdlü X3 və xx.xx.1984-cü il təvəllüdlü Şəxs olmaları müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixdə 40-cı PB-nə gətirilmiş, daha sonra isə Respublika Narkoloji Mərkəz işləmədiyindən iltizamları alınaraq buraxılmış Şəxs və X3 bugün, yəni xx.xx.2021-ci il tarixdə 40-cı PB-nə dəvət olunaraq Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi üçün Respublika Narkoloji mərkəzə aparılmışlar. Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 1166 saylı aktda Şəxs sidiyindən 10 parametr test yoxlanıldığı və OPİ(+) müsbət, TNC(+) müsbət, MET(+) müsbət, AMP(+)müsbət aşkar edildiyi göstərilmişdir. 1167 saylı aktda isə xx.xx.1978-ci il təvəllüdlü X1 10 parametr test yoxlanıldığı və OPİ(+) müsbət, MET(+) müsbət, AMP(+)müsbət aşkar edildiyi göstərilmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, xx xxxxx 2021-ci il tarixdə tanışı Xankişi ilə Xocasən qəsəbəsində gəzərkən 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq üzərilərində hər hansı şəxsiyyətlərini təsdiq edən sənəd olub-olmamasını soruşmuşlar, polis əməkdaşı olduqlarını, xidməti vəsiqələrini göstərmişlər. Onlar üzərilərində hər-hansı sənəd olmadığını bildirərək özlərini təqdim etməkdən imtina etmişlər. Polis əməkdaşları Polis Bölməsinə dəvət etdikdə polis bölməsinə getməyəcəklərini bildirmişlər. Getmək istəməməklərinə səbəb narkotik aludəçisi olmaqları idi. Onlar təkidlə bir neçə dəfə nizam-intizama dəvət edərək polis bölməsinə gedərək orada araşdırılacağını bildirmişlər. Lakin onlar tabe olmayaraq qaçmaq iştəmişlər. Onları saxlayaraq polis bölməsinə gətirmişlər. Bölmədə səmimi olaraq nartotik vasitəsi istifadə etdiyini və heç bir oğurluq əməli törətmədiyini etiraf etmişdir. Bundan sonra narkoloji testdən keçmiş və analizdə narkotik vasitə istifadə etdiyi aşkar olunmuşdur. Əməlindən peşmanlıq hissi keçirdiyini bildirərək məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Binəqədi rayon prokurorluğunun nümayəndəsi X6 barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir İnzibati xəta haqqında materiala əlavə edilmiş sənədlərdən aydın olur ki, xx.xx.2021ci il tarixdə Narkoloji Mərkəzdə müayinədən keçirilərkən Şəxs sidiyində narkotik vasitə aşkar olunmuş və həmin tarixdə bu barədə 1166 saylı akt tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə Binəqədi RPİnin 40-cı Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Ramil Cəbiyevə yazdığı izahatında polisin qanuni tələblərinə tabe olmadığını, həmçinin narkotik vasitə aludəçisi olduğunu təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxx 2021-ci il tarixli, MN №1080568 saylı, inzibati xəta haqqında protokoldan məlum olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Hesab edirəm ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması və narkotik vasitə qəbul etməklə əlaqədar olan əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Narkoloji Mərkəzdə tərtib olunan 1166 saylı aktdan görünür ki, Şəxs sidiyində narkotik vasitə aşkar olunmuş, narkotik vasitədən istifadə etməsi faktını və polisin qanuni tələblərinə tabe olmadığını Şəxs Polis Bölməsində verdiyi yazılı izahatı ilə də təsdiq etmişdir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması və narkotik vasitə qəbul etməklə əlaqədar olan əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan inzibati xəta olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tənbeh edilməlidir. Hesab edirəm ki, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsini, eləcə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə Şəxs tənbehin, inzibati həbs növündə təyin edilməsi inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əəsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 34.3-cü maddəsinə əsasən 206-cı maddəsi ilə 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli tutulduğu xx xxxxx 2021-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların müvəqqəti saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-1781/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1781/2021
19.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver