Məhkəmə qərarları › İş №3(001)-1785/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1785/2020

22.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1785/2020 22.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 43cü PB-nin sahə rəisi, polis mayoru x1, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Şəxs barəsində epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozduğuna görə Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB tərəfindən İXM-in 211.1-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin sahə rəisi, polis mayoru x2 izahat verərək bildirmişdir ki, 21.07.2020-ci il tarixdə, saat təxminən 09:15-də Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati ərazisində xidmət aparan polis əməkdaşları Binəqədi rayonu, Mərkəz adlanan ünvanda olan zaman bir nəfər şəxsin hərəkət etdiyini görüb ona yaxınlaşmaq istədikdə həmin şəxs qaçmaq istəmiş, lakin polis əməkdaşları adı sonradan onlara məlum olan Şəxs saxlamışlar. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra xüsusi sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar küçəyə çıxması ilə bağlı rəsmi və ya sms icazəsinin olubolmamasını soruşmuşlar. Şəxs küçəyə çıxması üçün sms icazəsinin olduğunu bildirmiş, polis əməkdaşları sonuncudan şəxsiyyətini təsdiq edəcək sənədi istədikdə, o, şəxsiyyətini təsdiq edəcək sənədi təqdim etməkdən boyun qaçırmışdır. Bundan sonra polis əməkdaşları sonuncunun şəxsiyyətini və xüsusi sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar küçəyə çıxması ilə bağlı rəsmi və sms icazəsinin olub-olmamasını müəyyən etmək məqsədi ilə Şəxs Binəqədi RPİ-nin 43-cü PB-nə gətirmişlər. Bölmədə sonuncunun xx.xx.1987-ci il Şəxs olduğu və xüsusi sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar küçəyə çıxması ilə bağlı rəsmi və sms icazəsinin olmadığı müəyyən edilmişdir. Bölmədə Şəxs izahatı alınaraq barəsində İXM-in 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanında ailəsi birlikdə yaşayır. Ailəsinin maddi ehtiyaclarını qarşılamaq üçün gündəlik fəhlə işləyir. 21.07.2020-ci il tarixdə, saat 21 radələrində Binəqədi qəsəbəsi, İsfahani küçəsində olam zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra xüsusi sərtləşdirilmiş karantin rejimi olduğunu bildirmişlər və bu rejimə əməl edib-etməməsini müəyyən etmək üçün rəsmi və ya sms icazəsinin olub-olmamasını soruşmuşlar. O, rəsmi icazəsinin və mobil telefonu olmadığı üçün sms icazə almadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ona xüsusi sərtləşdirilmiş karantin rejimi qaydasını pozduğunu bildirilərək Binəqədi RPİ-nin 43-cü PBnə gətirmişdir. Bölmədə barəsində İXM-in 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əməlindən peşmandır, həmçinin himayəsində iki azyaşlı övladı var. Məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs səmimi peşmançılığını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 21 iyul 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 21 iyul 2020-ci il tarixdə, saat 21:20-də inzibati qaydada tutulmuşdur. Şəxs barəsində tərtib edilmiş 22.07.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və müdafiəçinin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi sərtləşdirilmiş karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli, 208 nömrəli qərarı ilə müəyyən edilmiş çölə çıxmaq üçün icazəsi və üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmamışdır. Bununla da, Şəxs tərəfindən sözügedən Qərarın 1.6 və 1.12-ci bəndinin tələbləri pozulmuşdur. İXM-in 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə-fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və iş materialları ilə tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq hesab edir ki, o, İXM-in 211.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli və o, məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar