Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1787/2020 22.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru x1, müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri 14 saylı Notariat Kontorunun 29.10.2015-ci il tarixli, 7E-12847 nömrəli icra qeydində göstərilmişdir ki, borclu Şəxs 15700 (on beş min yeddi yüz) manat məbləğində pul tutularaq tələbkar x3 xeyrinə ödənilməlidir. Borclu Şəxs barəsində verilmiş icra sənədi üzrə üzərinə düşən öhdəliyi icra etmədiyi üçün barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün 04.05.2020-ci il tarixdə məhkəməyə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.05.2020-ci il tarixli, 3(001)-1111/2020 nömrəli qərarı ilə Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Şəxs 21.05.2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.05.2020-ci il tarixli, 3(001)-1111/2020 nömrəli qərarından apelyasiya şikayəti vermiş və 3(001)-1111/2020 nömrəli iş materialı 03.06.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12.06.2020-ci il tarixli, 3(103)-942/2020 nömrəli qərarı ilə Şəxs şikayəti təmin olunaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.05.2020-ci il tarixli, 3(001)-1111/2020 nömrəli qərarı ləğv olunmuş və iş materialları yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru x2 bildirmişdir ki, Bakı şəhəri 14 saylı Notariat Kontorunun 29.10.2015-ci il tarixli, 7E-12847 nömrəli icra qeydinə əsasən borclu Şəxs 15700 (on beş min yeddi yüz) manat məbləğində pul tutularaq tələbkar x3 xeyrinə ödənilməsi müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün rəsmi bildiriş təqdim edilməsinə baxmayaraq borclu tərəfindən icra sənədi könüllü icra olunmamışdır. Ona görə də, tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin 06.05.2020-ci il tarixli qərarı ilə Şəxs İXMin 528.1-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Bundan sonra Şəxs 03.06.2020-ci il tarixdə ərizə ilə müraciət edərək icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etdiyindən 14 saylı Notariat Kontorunun 29.12.2015-ci il tarixli icra qeydi üzrə icraat dayandırılmışdır. Odur ki, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri 14 saylı Notariat Kontorunun 29.10.2015-ci il tarixli, 7E-12847 nömrəli icra qeydi üzrə icra sənədini icra etmir. Çünki Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.05.2020-ci il tarixli qərarı ilə inzibati qaydada tənbeh edilməzdən əvvəl tərəfindən Bakı şəhəri 14 saylı Notariat Kontorunun verdiyi 29.12.2015ci il tarixli icra qeydinin ləğv edilməsi tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət olunmuşdur. Hazırda da sözügedən iddia üzrə iş Nəsimi Rayon Məhkəməsinin icraatındadır. Ona görə də, məhkəmədən barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, Şəxs barəsində olan Bakı şəhəri 14 saylı Notariat Kontorunun 29.10.2015-ci il tarixli, 7E- 12847 nömrəli icra qeydi üzrə icra işi icra idarəsində dayandırılmışdır. Belə ki, Şəxs Bakı şəhəri 14 saylı Notariat Kontorunun verdiyi 29.12.2015-ci il tarixli icra qeydinin ləğv edilməsi tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmənin 22.05.2020-ci il tarixli qərardadı üzrə sözügedən iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri 14 saylı Notariat Kontorunun 29.10.2015-ci il tarixli, 7E-12847 nömrəli icra qeydindən görünür ki, borclu Şəxs 15700 (on beş min yeddi yüz) manat məbləğində pul tutularaq tələbkar x3 xeyrinə ödənilməlidir. 01.05.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.05.2020-ci il tarixli, 2(006)-3239/2020 nömrəli qərardadından görünür ki, iddiaçı Şəxs cavabdeh Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək işin məhkəmə hazırlıq iclası 05.06.2020-ci il tarixə saat 16:30-a təyin edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.05.2020-ci il tarixli, 3(001)- 1111/2020 nömrəli qərarından görünür ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin 03.06.2020-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində olan 14 saylı Notariat Kontorunun 29.12.2015-ci il tarixli, 7E-12847 saylı icra qeydi üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 12.06.2020-ci il tarixli, 3(103)-942/2020 nömrəli qərarından görünür ki, Şəxs şikayəti təmin olunaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.05.2020-ci il tarixli, 3(001)-1111/2020 nömrəli qərarı ləğv olunmuş və iş materialları yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, işin hallarından və məhkəmədə toplanmış sübutlardan Şəxs Bakı şəhəri 14 saylı Notariat Kontorunun 29.10.2015-ci il tarixli, 7E-12847 nömrəli icra qeydini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmişdir. Çünki, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməzdən əvvəl sonuncu tərəfindən Bakı şəhəri 14 saylı Notariat Kontorunun 29.10.2015-ci il tarixli, 7E-12847 nömrəli icra qeydinin ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və barəsində olan icra işi həmin səbəbdən icra idarəsi tərəfindən dayandırılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1 və 17.1.4-cü maddələrinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 21.8-ci maddəsinə əsasən dayandırılmış icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Göründüyü kimi bütün bu hallar Şəxs Bakı şəhəri 14 saylı Notariat Kontorunun 29.10.2015-ci il tarixli, 7E-12847 nömrəli icra qeydinin icrasından boyun qaçırmadığını bir daha təsdiqləyir. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün barəsində başlanmış icraata xitam verilməlidir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş 01.05.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 105.1, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş 01.05.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-1787/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1787/2020
22.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver