Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1789/2020 19.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Məmmədov Vüqar Nemət oğlu, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayətçi X2 vəkili X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X11 TP seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i m: Şikayətçi X4 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X11 TP seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərinin tərəfindən pozulması səbəbi ilə barəsində tərtib olunmuş İXP ******* saylı protokola əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 şikayətini onunla əsaslandırılmışdır ki, xx xxx 2020-ci il tarixində saat 11:45 radələrində AR DİN Bakı şəhər DYP İdarəsinin polis mayoru X6 idarə etdiyi Lexus LX-570 markalı ** FK *** dövlət qeydiyyat nişanlı avtomobilini saxlayaraq maşınında ailəsi, nəvələri ilə birlikdə öz evindən övladının evinə gedərkən polis əmkdaşına yaraşmayan, şər atmaqla içkili olduğunu demiş, bununla bağlı post patrul çağıracağı ilə hədə-qorxu gəlmiş, görəndən sonra ki, öz hüquqlarını qorumaq iqtidarındadır, atdığı şəri müdafiə edə bilməyəcək əsassız yerə 45 dəqiqə ərzində yersiz mübahisə etmişdir. Saxlamasının səbəbini və hansı ərazidə xidmətdə olmasını soruşduqda, bunu Yol Patrul Xidmətinin əməkdaşı olması və istədiyi yerdə yoxlama aparmaq səlahiyyətinin olması ilə əsaslandırmışdır. Sonda heç bir əsas tapmayan inspektor 14 yaşlı nəvəsinin ön oturacaqda əyləşdiyini bəhanə edərək ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tətbiq etməklə inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib etmişdir. Həmin protokol və protokol əsasında qəbul edilmiş qərar qanunsuz və əsassız olduğundan, qanunvericiliyin tələblərinə uyğun olmadığından ləğv edilməlidir. Belə ki, sözügüdən qərarı qəbul etmiş Bakı şəhər DYP İdarəsinin polis mayoru X6 “X10” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin kobud şəkildə pozmuşdur. Əvvəla Bakı şəhər DYP İdarəsinin polis mayoru X6 polis əməkdaşına yaraşmayan, qanunvericiliyin, habelə nizam-intizam qaydalarının tələblərinə zidd davranış sərgiləmişdir ki, nəticədə süründürməçilik, gecə vaxtı qadın və uşaqların rahatlığını pozan davranış nümayiş etdirmişdir. Bu azmış kimi heç bir əsas olmadan İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tətbiq etməklə inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib etmişdir ki, halbuki bunun tətbiqi üçün heç bir əsas baş verməmişdir. Baxmayaraq ki, nəvəsinin 14 yaşı var, təhlükəsizlik kəmərindən istifadə etmişdir, bunu qanun pozuntusu olaraq qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq qərarın ləğv olunması barədə qərar qəbul ediməsini xahiş etmişdir. Şikayətin baxılmasında iştirak etməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X12 məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, İdarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X11 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X2 vəkili X3 şikayətin dəlillərinə uyğun izahat verərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. İş materiallarinda olan Bakı şəhər DYPİ Polis mayoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X4 xx.xx.2020-ci il tarixində saat 00:00-da Faiq Rüstəmov küçəsində “Lexus LX570” minik markalı, ** FK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən sərnişin daşıma qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 (altmış) manat cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sms dən müəyyən olunur ki, X4 barəsində xx.xx.2020-ci il tarixində İXP ******* saylı protokol tərtib edildiyi, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobil 60 manat olmaqla 3 bal cərimə edildiyi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi barədə sms almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 128.2.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd olunur ki, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında materialda olan sübutlarla X2 avtomobil idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı kifayət qədər mübahisə yaratması üçün əsas verir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında aparılan fiziki şəxsin izahatı alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsində qeyd olunur ki, hakimin, sələhiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması halı müəyyən olunduqda inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməsi haqqında qərar qəbul edilir. Hesab edirəm ki, X4 barəsində qəbul edimiş qərar üzrə işin bütün faktiki halları araşdırılmadan qəbul edildiyindən, X4 tərəfindən həqiqətən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi faktını təsdiq edən video görüntüyə baxmaq mümkün olmadığından, protokol və qərar qəbul edilərkən onun izahatı alınmamış, hüquq və vəzifələri izah olunmamışdır, qərar qəbul edilərkən ona məlumat verilməmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X11 İXP ******* saylı protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, həmin şikayətçinin iştirakı ilə iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X12 göndərilməli, şikayət digər hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq Qərara aldım: Şikayət qismən təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X11 İXP ******* saylı protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X12 göndərilsin. Şikayət digər hissədə təmin edilməsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Sərdlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-1789/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1789/2020
19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver