Məhkəmə qərarları › İş №3(001)-1792/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1792/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1792/2020 07.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Şəxs X5 nümayəndəsi “Ədalət” Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Şəxs X9 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 548.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs X9 barəsində İXM-in 548.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-852/2020 nömrəli qərarı ilə Şəxs X9 İXM-in 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-195/2020 nömrəli qərarı ilə Şəxs X5 İXM-in 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Binəqədi Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilərək işə yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankına inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs X5 nümayəndəsi “Ədalət” Vəkil Bürosunun vəkili X3 bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs X9 barəsində İXM-in 548.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, Şəxs X9 ləğv prosesində olmuşdur. Şəxs X5 ləğv prosesində olması dövlət orqanının rəsmi mənbəsində göstərilmişdir. Bundan əlavə, xüsusilə qeyd edilməlidir ki, inzibati tənbehə əsas kimi göstərilən cəmiyyətin səhmdarlarının ümumi yığıncağı keçirilmiş, bununla əlaqədar olan sənədlər və məlumatlar, həmin sənədlərin və məlumatların təqdim edilməli olduğu dövlət orqanlarına lazımi qaydada təqdim edilmişdir. Mərkəzi Bankın istinad etdiyi cəmiyyətin 0,181% payla səhmdarlarından biri olan X2 iddia etdiyi “pozuntulara” gəldikdə isə qeyd edilməlidir ki, həmin dəlillər həqiqətə uyğun deyil, açıq-aşkar yalan məlumatdır və müvafiq sənədlərlə tam təkzib edilir. Belə ki, Şəxs X5 ümumi yığıncağının xx xxxxxxxx 2019-cu il tarixdə keçirilməsi barədə məlumat xx xxxx 2019-cu il tarixdə “Xalq" qəzetində dərc edilmiş, xx xxxx 2019-cu il tarixdə səhmdarların hər birinə ayrı-ayrılıqda poçt vasitəsi ilə yazılı bildiriş göndərilmiş, ümumi yığıncaq xx xxxxxxxx 2019-cu il tarixdə keçirilmiş və müvafiq qərarlar qəbul edilmişdir. Göründüyü kimi, cəmiyyətin ümumi yığıncağının çağırılması barədə məlumat qanunvericiliklə nəzərdə tutulmuş qaydada açıqlanmış, ümumi yığıncaq keçirilmiş və müvafiq qərarlar qəbul edilmişdir. X12 tələbi cəmiyyətə təqdim edilsə idi, heç bir məhdudiyyət olmadan tələb edilən məlumat və sənədlər təqdim edilə bilərdi. X11 tələbi cəmiyyətə daxil olmamışdır. Həmçinin qeyd edilməlidir ki, Mərkəzi Bank həmin məlumatları Milli Depozit Mərkəzindən də əldə edə bilərdi. Bundan başqa Şəxs X5 əməlində İXM-in 548.2-ci maddəsinin tərkib əlamətləri olsa belə, sözügedən inzibati xətaya görə cəmiyyət inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki İXM-in 548.2-ci maddəsi İdarəçilik qaydaları əleyhinə olan fəsilə aiddir və İXM-in 38-ci maddəsinə əsasən həmin kateqoriyaya aid inzibati xətalara görə inzibati məsuliyyətə cəlbetmə müddəti üç ay olaraq müəyyən edilmişdir. Ona görə də, məhkəmədən Şəxs X9 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, nümayəndənin fikirlərini dinləyib, iş materiallarını və məhkəmədə toplanmış sübutları bir-biri ilə əhatəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs X9 barəsində İXM-in 548.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materialarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, X6 1998-ci il tarixdən Şəxs X5 səhmdarıdır. Həmin təşkilatda 424 ədəd səhmi vardır. 22 il ərzində ona heç bir divident ödənilməmişdir. Həmçinin bu təşkilatın rəhbəri onu heç vaxt hər-hansı iclasa çağırmamışdır. Hazırda həmin təşkilat ləğv edilmə prosesində olmasına baxmayaraq, yenə də ona heç bir xəbər verilməmişdir. O, şirkətin ləğv edilməsinə etiraz edir. Belə ki, onların yazdıqları məbləğ təhrif olunmuşdur. Dərnəgül sahəsində yerləşən 4-5 hektarlıq torpaq sahəsi 200000 manata satılmamışdır. xx.xx.2020-ci il tarixli, 26-01390-2020 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankına X2 daxil olmuş müraciəti üzrə Şəxs X4 2018-ci ilin yekunu üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqların protokolları, həmin yığıncaqlara səhmdarların dəvət edilməsini təsdiq edən sənədlər və həmin ilin sonuna müəssisənin mühasibat balansı, illərin nəticələri üzrə mənfəət və zərər haqqında hesabat, habelə son beş il ərzində səhmdarlara divident hesablanıb-hesablanmaması, hesablanmışdırsa səhmdarlara hesablanmış dividentlərin məbləğləri haqqında məlumatların 7 gün ərzində təqdim edilməsi xahiş edilmişdir. xx.xx.2020-ci il tarixli, 26-03046-2020 nömrəli bildirişdən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs X7 İXM-in 548.2-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 14:30-da inzibati xəta haqqında protokol tərtib edilməsi barədə müvafiq qaydada məlumat göndərilmişdir. xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixli, 26-01390-2020 nömrəli sorğu ilə tələb edilən sənədlər və məlumatlar Şəxs X9 tərəfindən Mərkəzi Banka təqdim edilməmişdir. Nəticədə Şəxs X9 İXM-in 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Qanunvericiliyin tələblərindən müəyyən edilmişdir ki, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə görə şəxs barəsində məsuliyyət nəzərdə tutulmuşdur. İlk növbədə qeyd edilməlidir ki, Şəxs X5 nümayəndəsinin məhkəmə iclasında səslədirdiyi fikirlərdən cəmiyyətin ümumi yığıncaqları barədə məlumatı “Xalq" qəzetində dərc etməsi və səhmdarların hər birinə ayrı-ayrılıqda poçt vasitəsi ilə yazılı bildiriş göndərməsi müəyyən edilmişdir. Bu da onu göstərir ki, cəmiyyətin ümumi yığıncağının çağırılması barədə məlumat qanunvericiliklə nəzərdə tutulmuş qaydada açıqlanmış, ümumi yığıncaq keçirilərək müvafiq qərarlar qəbul edilmişdir. Göründüyü kimi, Şəxs X9 tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə ünvanlanan məktubdan görünür ki, xx xxxxxxxx 2019-cu il tarixində keçirilən cəmiyyətin səhmdarlarının növbədənkənar yığıncağının nəticələri, qəbul edilən qərar barədə, eləcə də cəmiyyətin ləğv edilərək ləğvetmə komissiyasının yaradılması və onun tərkibinə daxil olan şəxslər barədə nazirliyə məlumat verilmiş, qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq vergi orqanına təqdim edilməsi məcburi olan, siyahısı həmin Məcəllədə əksini tapan sənədlər müvafiq qaydada Vergilər Nazirliyə təqdim edilmiş və bu məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi xahiş olunmuşdur. Qeyd edilən hallar iş materiallarına əlavə edilən sübutlarla öz təsdiqini tapmışdır. Digər tərəfdən qeyd edilməlidir ki, iş materiallarında Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs X7 ünvanlanmış xx.xx.2020-ci il tarixli, 26-01390-2020 nömrəli sorğu olsa da, həmin sorğunun cəmiyyətə göndərilməsinə, eləcə də cəmiyyət tərəfindən həmin sorğunun alınmasına dair heç bir məlumat aşkar edilməmişdir. Qeyd olunan hal isə sözügedən sorğunun cəmiyyətin ünvanına daxil olmadığını göstərir. İXM-in 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə Şəxs X5 təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan bütün bunlar Şəxs X5 təqsirsiz olmasına dəlalət edir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs X5 əməlində İXM-in 548.2-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs X5 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar