Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1797/2021 27.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1976-cı il tarixdə də Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş iş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(005)-92/2013 nömrəli hökmünə əsasən təqsirləndirilən şəxslər X10 və Şəxs müştərək qaydada zərərçəkmiş şəxslər X11 xeyrinə 4000 manat, X12 xeyrinə 1800 manat, X18 xeyrinə 4300 manat, X5 xeyrinə 800 manat, X9 xeyrinə 1330 manat,X1 xeyrinə 2000 manat, X3 xeyrinə 1650 manat, X13 xeyrinə 1200 manat, X4 xeyrinə 1300 manat, X8 xeyrinə 500 manat, X2 xeyrinə 5000 manat məbləğində pul tutulması hökm edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(005)-50/2019 saylı icra vərəqəsindən görünür ki, cinayət əməli nəticəsində dəymiş 2756 manat məbləğində maddi ziyan Şəxs mülki iddiaçı X14 xeyrinə ödənilməli və 10602 manat məbləğində maddi ziyan X15 xeyrinə ödənilməsi qərara alınmışdır. Hazırda Şəxs X19 və X20 6408 (altı min dörd yüz səkkiz) manat pul ödənilmədiyindən barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X16 izahat verərək bildirmişdir ki, Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(005)-50/2019 nömrəli icra sənədi üzrə borcunu tam icra etmədiyindən hazırkı günə kimi 6408 manat borcu vardır. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs müxtəlif bəhanələrlə icra sənədinin icrasından yayınmış, həmçinin sonuncu icra məmurunun çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, icra sənədi üzrə 450 manatı ödəmiş, sonuncu ödənişi 2020-ci ilin fevral ayında etmiş, Respublika 1 saylı Psixiatriya Mərkəzində 2-3 ay müalicə almış, ödənişləri həyata keçirməyə imkanı yoxdur. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs ödənişləri etmək imkanının olmamasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxxx 2021-ci il tarixdə keçirilən prosesində zərərçəkmiş şəxs X23 izahat verərək bildirmişdir ki, Şəxs törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı 4 dəfə əməliyyat olmuş, Şəxs ona 450 manat ödəniş etmiş, bir hissəsini də sığorta şirkəti ödəmiş, qalan borcunun qaytarılmasını tələb edir. Məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(005)- 92/2013 nömrəli hökmə əsasən təqsirləndirilən şəxslər X10 və Şəxs müştərək qaydada zərərçəkmiş şəxslər X11 xeyrinə 4000 manat, X12 xeyrinə 1800 manat, X18 xeyrinə 4300 manat, X5 xeyrinə 800 manat, X9 xeyrinə 1330 manat,X1 xeyrinə 2000 manat, X3 xeyrinə 1650 manat, X13 xeyrinə 1200 manat, X4 xeyrinə 1300 manat, X8 xeyrinə 500 manat, X2 xeyrinə 5000 manat məbləğində pul tutulması hökm edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(005)-50/2019 saylı icra vərəqəsinə əsasən cinayət əməli nəticəsində dəymiş 2756 manat məbləğində maddi ziyan Şəxs mülki iddiaçı X14 xeyrinə ödənilməli və 10602 manat məbləğində maddi ziyan X15 xeyrinə ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Ələddin Hüseynovun xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, borclu Şəxs barəsində iş üzrə icraata başlanmışdır. xx.xx.2019-cu il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu 10 (on) gün müddətində könüllü ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Şəxs şöbənin çağırışlarına gəlməmiş, zənglərə cavab verməmişdir. xx.xx.2020, xx.xx.2020-ci il tarixli məktublardan görünür ki, Şəxs xəbərdarlıq edilərək dəfələrlə şöbəyə çağırılmasına baxmayaraq gəlməmiş və icra sənədinin icrasından yayınmışdır. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Polis İdarəsinin 5-ci Polis Bölməsinin məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin məktubuna cavab olaraq bildirmişlər ki Şəxs xx.xx.2020-ci il tarixdə ailə üzvlərinin müraciəti əsasında səhhətində yaranmış problemlə əlaqədar olaraq Respublika 1 saylı Psixiatriya Mərkəzinə yerləşdirildiyindən onun icra və probasiya şöbəsinə gətirilməsi mümkün olmamışdır. Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin xx xxxx 2021-ci il tarixli qərarın surətindən görünür ki, borclu Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs adına borcunun əmlakına yönəldilə biləcək qiymətli əşya, daşınar və daşınmaz əmlak, pensiya, banklarda girov və ya pul hesabları yoxdur. xx.xx.2019-cu il tarixli 2374 saylı ödəniş tapşırığına əlavədən görünür ki, X20 1500 manat, X19 5000 manat miqdarında sığorta ödənişləri verilmişdir. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını və vəkilin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol düzgün olaraq tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngüləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, icra sənədinin icrası ilə bağlı Şəxs sonuncu ödənişi 2020-ci ilin fevral ayında etmiş, həmin vaxtdan bu günədək heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında Şəxs borcu imkanı olmadığından ödəyə bilmədiyini qeyd etsə də, məhkəmə bu halı üzrlü səbəb hesab etmir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxx 2021-ci il tarixdən, saat 11-05-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-1797/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1797/2021
27.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver