Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1798/2021 29.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X3 nümayəndəsi «FİDES» Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 08.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 08.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən işçilərin guya son haqq hesabların verilməsində qanunvericiliyin tələblərinin pozulması nəticəsində barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 08.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta barədə qərara qəbul etmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Qərar ona görə qanunsuz və əsassızdır ki, inzibati xəta barədə qərar qəbul edən inzibati orqan araşdırma aparmamış, sübutları düzgün qiymətləndirməmiş və düzgün tədqiq etməmişdir. Belə ki, inzibati xəta barədə qərar qəbul edilmədən əvvəl Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə 29 mart 2021-ci il tarixli **********0 nömrəli məktubla, 29.03.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxılmasının 08 aprel 2021-ci il tarixə saat 12:00-a təyin edilməsi barədə məktub «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına 08 aprel 2021-ci il tarixdə saat 17:05-də rəsmi qaydada çatdırılmışdır. Məktub şirkətin hüquqi ünvanına gec çatdırıldığından 12 aprel 2021-ci il tarixdə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati binasına gedərək, məktubun gec çatdırıldığını və bu səbəbdən inzibati xəta üzrə icraatda iştirak etmək istədiklərini bildirmişlər. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin hazırki inzibati xəta barədə icraat aparmış şəxs bildirmişdir ki, artıq şirkətin rəhbəri barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta barədə qərar qəbul edilmişdir. Mübahisələndirilən inzibati xəta barədə 08.04.2021-ci il tarixli, MN ******* nömrəli qərar 15 aprel 2021-ci il tarixdə rəsmi qaydada «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına rəsmi qaydada daxil olmuşdur. Qərar daxil olan zaman qərarın qəbul edilmə tarixinin 08 aprel 2021-ci il tarixli olması məlum olmuşdur. İnzibati orqan tərəfindən protokol üzrə inzibati xətaya dair işə baxılması üçün göndərilmiş bildiriş iş vaxtının sonunda müəssisəyə daxil olduğundan, qərarın həmin gün qəbul edilməsi qərəzlidir, qanunsuzdur və qanunvericiliyin tələblərinə ziddir. Mübahisələndirilən inzibati xəta barədə qərarın qəbul edilməsinə əsas X13, X14, X18, X11 və X2 haqq-hesablarının və digər işçilərin əmək haqqlarının verilməsində qanunvericiliyinin tələblərinin pozulması olmuşdur. X17 inzibati xəta barədə qərar qəbul edərkən, müəssisənin nümayəndələrini dəvət etməmiş, onların izahat və sübutlarını qəbul etməmişdir. Belə ki, X8 oktyabr, noyabr, dekabr və yanvar ayları üzrə hesablanmış əmək haqqı 513,19 manat, DSMF və işsizliyə görə 21,44 manat, tibbi sığorta üzrə 0,27 manat, və 764,26 manat ödəniş olunmuş, 272,78 manat isə artıq ödəniş olunmuşdur. X9 oktyabr, noyabr, dekabr və fevral ayları üzrə hesablanmış əmək haqqı 759,28 manat, DSMF və işsizliyə görə 33,04 manat, tibbi sığorta 0,68 manat, və 990,76 manat ödəniş olunmuş, 265,20 manat artıq ödəniş olunmuşdur. X15 oktyabr, noyabr, dekabr və yanvar ayları üzrə hesablanmış əmək haqqı 790,96 manat, DSMF və işsizliyə görə 38,19 manat, tibbi sığortaya görə 0,41 manat, və 1106,36 manat ödəniş olunmuşdur, 354,00 manat artıq ödəniş olunmuş, X1, oktyabr, noyabr, dekabr və yanvar ayları üzrə hesablanmış əmək haqqı 897,23 manat, DSMF və işsizliyə görə 38,09 manat, tibbi sığortaya görə 0,49 manat və 1112,06 manat ödəniş olunmuş, 243,41 manat artıq ödənilmiş, X7 oktyabr, noyabr, dekabr və yanvar ayları üzrə hesablanmış əmək haqqı 854,46 manat, DSMF və işsizliyə görə 47,39 manat, tibbi sığortaya görə 0,44 manat, və 1147,41 manat ödəniş olunmuş, 340,78 manat artıq ödənilmişdir. Qeyd olunanlar «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Baş mühasibinin, mühasiblərin, kadrlar şöbəsinin təsdiq etdikləri cədvəllərdə ətraflı öz əksini tapmışdır. Təqdim edilmiş sübutlardan-cədvəllərdən görünür ki, şirkətin qeyd olunan işçilərə həmin işçilər işdən azad olunan zaman ödənilməli olan son haqq-hesabdan da artıq məbləğ ödənilmiş, şirkət tərəfindən əmək qanunvericiliyin tələbləri pozulmamışdır. Cədvəllərdə, işçilərin əmək haqları ətraflı qeyd olunmuş, artıq ödənilmiş məbləğlər də qeyd olunmuşdur. İşçilər növbəti ay ərzində işləmədiklərinə baxmayaraq, şirkətdən növbəti əmək haqqını avans kimi istəmiş, şirkət də işçilərin xahişini təmin edərək, onlara avans əmək haqqı ödəmişdir. Nəticədə şirkətin işçilər deyil, işçilərin şirkətə borcu yaranmışdır. İnzibati orqan tərəfindən qəbul edilmiş protokol əsasında bildirişlər vaxtında tərtib edilərək göndərilsə idi, inzibati xəta barədə icraatda şirkətin nümayəndələrinin iştirakı təmin edilə bilərdi. İnzibati orqan bu hallara səthi yanaşmış və qanunvericiliyin tələblərini pozaraq arxa tarixlə məktub yazaraq əslində məktubu gec göndərmiş, bunun nəticəsində qərəzli qərar qəbul etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 nümayəndəsi «FİDES» Vəkil Bürosunun vəkili X12 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 08.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 08.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, S.Bənnayevin, T.Ağayevin, R.Verdiyev in, E.Verdiyev və V.Səfərovun son haqq hesablarının və digər işçilərin isə əmək haqqının verilməsində qanunvericiliyin tələbləri pozulmuşdur. Nəticədə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən barəsində 1200 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan SS674234931AZ kodlu zərfdən və həmin kodlu poçt göndərişinin izlənməsinə dair “Azərpoçt”un portal çıxarışından görünür ki, başlanılmış inzibati icraatda iştirak etmək üçün «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə məktub göndərilmiş və sözügedən məktub SS674234931AZ kodlu göndərişlə 01.04.2021-ci il tarixdə AZ1122 nömrəli məntəqəyə daxil olmuş, 05.04.2021-ci il tarixdə həmin göndəriş AZ9095 nömrəli mübadilə məntəqəsinə daxil olmuş, 08.04.2021-ci il tarixdə saat 17:05-də qeyd olunan göndəriş cəmiyyətin ünvanına daxil olmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan SS674209375AZ kodlu zərfdən və həmin kodlu poçt göndərişinin izlənməsinə dair “Azərpoçt”un portal çıxarışından görünür ki, xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 barəsində qəbul edilmiş və cəmiyyətin ünvanına göndərilmiş 08.04.2021-ci il tarixli, MN ******* nömrəli qərar SS674209375AZ kodlu göndərişlə 12.04.2021-ci il tarixdə AZ1122 nömrəli məntəqəyə daxil olmuş, 13.04.2021-ci il tarixdə həmin göndəriş AZ9095 nömrəli mübadilə məntəqəsinə daxil olmuş, 15.04.2021-ci il tarixdə qeyd olunan göndəriş cəmiyyətin ünvanına daxil olmuşdur. 19.04.2021-ci il tarixli «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş arayışdan görünür ki, X8 oktyabr, noyabr, dekabr və yanvar ayları üzrə hesablanmış əmək haqqı 513,19 manat, DSMF və işsizliyə görə 21,44 manat, tibbi sığorta üzrə 0,27 manat, və 764,26 manat ödəniş olunmuş, 272,78 manat isə artıq ödəniş olunmuşdur. X9 oktyabr, noyabr, dekabr və fevral ayları üzrə hesablanmış əmək haqqı 759,28 manat, DSMF və işsizliyə görə 33,04 manat, tibbi sığorta 0,68 manat, və 990,76 manat ödəniş olunmuş, 265,20 manat artıq ödəniş olunmuşdur. X15 oktyabr, noyabr, dekabr və yanvar ayları üzrə hesablanmış əmək haqqı 790,96 manat, DSMF və işsizliyə görə 38,19 manat, tibbi sığortaya görə 0,41 manat, və 1106,36 manat ödəniş olunmuşdur, 354,00 manat artıq ödəniş olunmuş, X1, oktyabr, noyabr, dekabr və yanvar ayları üzrə hesablanmış əmək haqqı 897,23 manat, DSMF və işsizliyə görə 38,09 manat, tibbi sığortaya görə 0,49 manat və 1112,06 manat ödəniş olunmuş, 243,41 manat artıq ödənilmiş, X7 oktyabr, noyabr, dekabr və yanvar ayları üzrə hesablanmış əmək haqqı 854,46 manat, DSMF və işsizliyə görə 47,39 manat, tibbi sığortaya görə 0,44 manat, və 1147,41 manat ödəniş olunmuş, 340,78 manat artıq ödənilmişdir. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 08.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 barəsində araşdırma aparılan zaman icraat barəsində şəxsin sübutlar təqdim etməsinə, öz fikir və mülahizələrini bildirməsinə və sair hərəkətlərin yerinə yetirilməsinə şərait yaradılmadan cəmiyyətin direktorunun və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilmədən icraat aparılaraq inzibati tənbeh tətbiqetmə haqqında qərar qəbul edilmişdir. Çünki iş materiallarında olan poçt göndərişindən və portal çıxarışından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman həmin icraatda 08.04.2021ci il tarixdə iştirak etməsi barədə bildiriş göndərilsə də, həmin bildiriş inzibati tənbeh vermə haqqında qərar qəbul edildikdən sonra cəmiyyətin ünvanına çatdırılmış, bununla da şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraatda iştirak edib öz hüquqlarından istifadə edə bilməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən barəsində icraat aparılan şəxsə başlanmış icraat, eləcə də hansı inzibati xətaya dair icraatın aparılması və aparılan icraat üzrə hüquq və vəzifələri vaxtında bildirilməlidir. Qeyd olunan halın baş verməsi isə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 icraatda iştirak etmək, etiraz etmək, icraatla tanış olmaq, hər hansı sübut təqdim etmək və digər bu kimi hüquqlarının pozulması deməkdir ki, bu da öz növbəsində səlahiyyətli vəzifəli şəxsin inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən şəxsi iş materialları ilə lazımi qaydada tanış etməyərək səthi araşdırma aparmaqla onun hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul edilməsini göstərir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 08.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 08.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-1798/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1798/2021
29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver