Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-18/2022 13.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi və vəkili X4 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs: Şəxs MMC, Bakı şəhəri, Binəqədi rayonu, Heydər əmi oğlu küçəsi, 3073-cü məhəllə, VÖEN **********, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 215.1-ci maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs barəsində MN ******* saylı, 06.01.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Daxili nəzarət şöbəsinin böyük məsləhətçisi və etibarnamə üzrə nümayəndəsi X5 izahatında bildirdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Heydər əmi oğlu küçəsi, 3073-cü məhəllədə yerləşən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətində 06 dekabr 2021-ci il tarixdə, saat 11:45-də planlı (növbəti) yoxlama aparılarkən lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar fəaliyyət rentgenoloji fizioqraf aparatı aşkar edilmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və Şəxs MMC barəsində 06.12.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin planlı (növbəti) yoxlama aparılarkən aşkar olunmuş nöqsanla bağlı Şəxs MMC-də baş mühasib işləyən Sara Ələkbərova etiraf edici izahat yazaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşlarından razı olduğunu bildirmişdir. Ona görə də, məhkəmədən Şəxs MMC-nin inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi və vəkili X6 izahatında bildirdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X9 Şöbəsinin mütəxəssisi X7 tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli protokola baxış zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-yə məxsus stomatoloji klinikada aparılan planlı yoxlama zamanı lisenziyada göstərilən fəaliyyətdən kənar fəaliyyət aşkarlanmışdır. Bu fakt Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 06 dekabr 2021-ci il tarixli 457 nömrəli planlı aktı ilə təsdiq edilmişdir. Sözügedən akt Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları X11 və X8 tərəfindən hazırlanmışdır. Aşkar edilmiş faktın aktlaşdırılmasında “Neo Dental" MMC-nin baş mühasibi vəzifəsində işləyən 12.02.1983-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan X3 iştirak etməklə imza etmişdir. Şəxs MMC tərəfindən inzibati xəta haqqında protokolda qeyd edilən pozuntunun törədilməsinə yol verilməmişdir. Belə ki, akt tərtib edilərkən iştirak etmiş S.Ələkbərovanın izahatından məlum olur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən törədilməsi ehtimal olunan pozuntunun mövcud olmasını təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Şəxs MMC Bakı şəhəri, Binəqədi rayonu, Heydər əmi oğlu küçəsi, 3073-cü məhəllədə qanunla müəyyən olunmuş qaydada öz nizamnaməsinə və lisenziyasına əsasən fəaliyyət göstərir. Cəmiyyətdə lisenziyadan kənar heç bir fəaliyyət göstərilməmişdir. Protokol yalnız yoxlayıcının mülahizəsi ilə qərəzli və qeyri-obyektiv olaraq tərtib olunmuşdur. Odur ki, hüquqi şəxsin barəsində iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin mütəxəssisi X7 izahatında bildirdi ki, 06 dekabr 2021-ci il tarixdə, saat 11:45-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 25.11.2021-ci il tarixli, 480 nömrəli qərarına və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY211695937 nömrəli çıxarışa əsasən Özəl tibb fəaliyyətinin subyektlərində lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına nəzarət üzrə Bakı şəhəri, Binəqədi rayonu, Heydər əmi oğlu küçəsi, 3073-cü məhəllədə yerləşən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətində üç sual üzrə planlı (növbəti) yoxlama aparılmışdır. Planlı (növbəti) yoxlama aparılarkən lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar fəaliyyət rentgenoloji fizioqraf aparatı aşkar edilmişdir. Həmçinin planlı (növbəti) yoxlama aparılarkən aşkar olunmuş nöqsanla bağlı tərtib etdikləri 06.12.2021-ci il tarixli, 457 nömrəli Aktda Şəxs MMC-də baş mühasib işləyən Sara Ələkbərova etiraf edici izahat yazmışdır. Həmçinin verilmiş suallara cavab olaraq A.Salmanov bildirmişdir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətində planlı (növbəti) yoxlama aparılarkən lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar fəaliyyət rentgenoloji fizioqraf aparatı işlək vəziyyətdə aşkar olunsa da, aparatdan hər hansı bir şəxsin istifadə etməsini görməmişdir. Məhkəmə tərəflərin çıxışlarını və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxsn əməlində İXM-in 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: MN ******* saylı, 06.12.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, “Bakı şəhəri, Binəqədi rayonu, Heydər əmi oğlu küçəsi, 3073-cü məhəllədə yerləşən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətində 06 dekabr 2021-ci il tarixdə, saat 11:45-də planlı yoxlama aparılarkən lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar fəaliyyət rentgenoloji fizioqraf aparatı aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə X1 Mərkəzi publik hüquqi şəxsin əməkdaşları Aqşin Salmanovun və İnarə Əliyevanın iştirakları ilə tərtib olunmuş 06 dekabr 2021-ci il tarixli 457 nömrəli planlı yoxlama aktından görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətində lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar fizioqraf aparatı aşkar edilmişdir. Şəxsndə baş mühasib vəzifəsində işləyən X3 tərəfindən yazılmış izahatda bildirilir ki, 12 fevral 2015-ci il tarixində '‘Neo Dental” MMC ilə əmək müqaviləsi bağlayaraq baş mühasib vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Əmək funksiyalarıma mühasibatuçotunun təşkil edilməsi, əmək haqqının hesablanması, bank-maliyyə əməliyyatlarının aparılması ilə bağlı məsələlər daxildir. Müəssisənin özəl tibb fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziyanın şərtlərinə əməl edilməsi və buna nəzarətin təşkil edilməsi onun əmək funksiyalarına aidiyyəti yoxdur. 6 dekabr 2021-ci il tarixində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin məsul əməkdaşları müəssisədə yoxlama aparan zaman “Neo Dental" MMC-nin direktoru Elvin Əsədov növbəti əmək məzuniyyətində olduğu üçün əməkdaşları o, qarşılamışdır. Müəssisədə yoxlama aparılmış və sonda akt tərtib edilmişdir. Aktda qeyd edilən ifadələr yoxlamanı aparan şəxslər tərəfindən ona diqtə edildikdən sonra tərəfindən imzalanmışdır. Onun, ümumiyyətlə tibbi təhsilim olmadığından orada olan avadanlıqlar barədə heç bir məlumatı da yoxdur. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin məsul əməkdaşları aktda qeyd edilən cihazı aşkar etdikdən sonra bildirdilər ki, bu vizioqrafdır və bunun üçün xüsusi icazə lazımdır. O da bu cihazın nə olduğunu bilmədiyini və direktor gəldikdən sonra buna aydınlıq gətiriləcəyini bildirmişdir. Hətta telefonla direktorla əlaqə saxlamış və sonuncu ona cihazın müəssisə tərəfindən yenicə əldə edildiyini, müvafiq icazə almayanadək istifadə edilməsinə icazə olmadığını bildirmişdir. Bbu cihaz stolun üstündə aşkarlanmışdır və yoxlama zamanı işlək vəziyyətdə olmamışdır. Bu cihazdan istifadə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırkı halda hüquqi şəxs Şəxs barəsində tərtib olunmuş yuxarıda göstərilən məlum inzibati xəta haqqında protokolda həmin MMC-də lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirildiyi göstərilsə də, məhz hansı fəaliyyətin, hansı şəkildə, üsulda və qaydada, kimlərə münasibətdə həyata keçirildiyi göstərilməmişdir. Həmçinin, lisenziyadan kənar hər hansı xidmətin göstərilməsi ilə bağlı konkret şəxslərin (xəstələrin və digər şəxslərin) izahatları alınmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən İXM-in 215.1-ci maddəsi üzrə tərtib olunmuş MN ******* saylı, 06.12.2021-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata cəmiyyətin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardadı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-18/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-18/2022
13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver