Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-18/2025 07.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ23602449 nömrəli qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X4 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ23602449 nömrəli qərarının ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ23602449 nömrəli qərarına əsasən İXM-in 327.1-1-ci maddəsilə 100 manat cərimə və 2 cərimə balı ilə tənbeh edilmişdir. ASANPAY portal vasitəsilə 16 sentyabr 2024-cü ildə qərardan şikayət versə də, ona heç bir geridönüş edilməmişdir. Daha sonra noyabr ayında 2 dəfə də bununla bağlı elektron qaydada Daxili İşlər Nazirliyinin yuxarı rəhbərliyinə müraciətləri olmuşdur. Yenə də bu müraciətlər cavabsız qalmışdır. 26 noyabrda ona şikayətinin yönləndirilməsi barədə cavab göndərilsə də, yenə də heç bir addım atılmamışdır. Hazırda dəbbə pulu ilə birgə ödəməli olduğu məbləğ 138 manatdır. İnzibati tənbeh vermə haqqında qərarı qanunsuz hesab edir. Belə ki, avtobus yoluna çıxar-çıxmaz dərhal sol işığı yandıraraq yoldan çıxmağa çalışmışdır. İstənilən cərimənin, qanun pozuntusunun əsas əlamətlərindən biri qəsdin olmasıdır. Onun burada hər hansı qəsdi yoxdur. Yuxarı yoldan çıxarkən avtobus yoluna çıxmamaq ehtimalı yoxdur. Ondan əvvəlki avtomobillər də eyni ilə onun etdiyi kimi sol işığı yandıraraq yolunu dəyişir. Qəsd olmadığı kimi, videodan da göründüyü kimi hər hansı avtobusun hərəkətinə də maneə olmamışdır. Bundan əlavə o yoldan istifadə edərək hər hansı üstünlük də qazanmamışdır. Dərhal yolunu dəyişərək normal minik avtomobilləri üçün ayrılmış yola keçmişdir. 12 dekabr 2024-cü ildə 138 manat cəriməni ödəmişdir. Buna əsas səbəb budur ki, cərimənin ödənilməsi üzərindən 2 aydan çox vaxt keçdiyi üçün artıq avtomobili barədə həbs qərarı mövcuddur. Onu hər an DYP əməkdaşları yolda saxlaya, avtomobilini müvafiq olaraq cərimə meydançasına apara bilərdi. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ23602449 nömrəli qərarının ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinə təkrarən məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına təkrarən gəlməmişdir. Məhkəmə şikayətə Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ23602449 nömrəli qərarından görünür ki, “Hyundai Elantra minik” markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi X2 Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsi ilə təqsirli bililib 100 manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü ildə saat 12:11-də “Hyundai Elantra minik” markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləcəri dairəsi Bakı Beynəlxalq Avtovağzal istiqaməti ünvanda 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda (həmin zolaqda) hərəkət etmişdir. Xüsusi texniki vasitə ilə çəkilmiş bir neçə fotoşəkildən və videofayldan görünür ki, “Hyundai Elantra minik” markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi X1 dairəsi Bakı Beynəlxalq Avtovağzal istiqaməti ünvanda ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağında hərəkət edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 48-ci maddəsinin İV hissəsinə görə 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. 81-ci maddəsinə görə bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə görə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. Belə olan halda aydın olur ki, şikayətin “Yol hərəkəti haqqında” qanunda nəzərdə tutulmuş qayda pozuntusuna yol verilmədiyinə dair dəlilləri əsassızdır. Çünki, həmin qanunla 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti qadağan olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X2 Baş X6 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ23602449 nömrəli qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X2 Azərbaycan Respublikası Baş X6 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ23602449 nömrəli qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-18/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-18/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver