Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1800/2020 28.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu X1 Bakı şəhəri DYPİ Yol potrul xidmətinin xx.xx.2020-ci il tarixli İXP3250406 saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş qərarından verdiyi şikayətin icraata qəbul edilməsi məsələsinə baxaraq MÜƏYYƏN ETDİM : X2 Bakı şəhəri DYPİ Yol potrul xidmətinin xx.xx.2020-ci il tarixli İXP3250406 saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş qərarından Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasənərizə icraata qəbul edilmədən onu vermiş şəxsə geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsi tərtib olunarkən forma və məzmun tələblərinə riayət edilməmiş, ərizədə X1 məhkəmədən nəyi xahiş etdiyi aydın şəkildə ifadə olunmamışdır. Həmçinin, ərizədə tərtib edilmiş protokol əsasında qərarın qəbul edildiyi tarix qeyd edilmədiyindən məhkəmədə hansı qərarın mübahisələndirildiyini müəyyən etmək mümkün olmamışdır. Qərardan məhkəməyə şikayət ərizə formasında yox, şikayət formasında verilməli olduğu təqdirdə C.Ramazanov məhkəməyə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6.-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edildikdə, protokol və digər materiallar natamam olduqda işə baxarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Bakı şəhəri DYPİ Yol potrul xidmətinin xx.xx.2020-ci il tarixli İXP3250406 saylı qərarından verdiyi şikayətin geri qaytarılması barəsində qərardad qəbul edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 100, 109, 110 və 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Bakı şəhəri DYPİ Yol potrul xidmətinin xx.xx.2020-ci il tarixli İXP3250406 saylı qərarından verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra Binqədi Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Hakim Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-1800/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1800/2020
28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver