Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1806/2020 05.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs Əli-zadə Elnarə Həsən qızının iştirakı ilə, Əli-zadə Elnarə Həsən qızının inzibati tənbeh edilməsinə dair Bakı şəhəri DYPİ-nin YPX inspektoru, polis sıravisi X1 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Əli-zadə Elnarə Həsən qızı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri DYPİ-nin YPX inspektoru, polis sıravisi X1 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhər Dövlət X4 inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Bakı şəhər Dövlət X3 nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Bakı şəhər Dövlət X3 nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Əli-zadə Elnarə Həsən qızı şikayətini onunla əsaslandırmışdır ki, ona kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin əməkdaşı kimi ölkə ərazisi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə, icazə alınmışdır. İcazəyə əsasən xx xxxx 2020-ci il tarixində çalışdığı müəssisənin xidməti işi ilə əlaqədar Bakı şəhəri ərazisində olarkən, Bakı şəhəri DYPİ Yol Patrul Xidmətinin əməkdaşı onu saxlayaraq sənədlərini tələb etmişdir. Sənədlərini təqdim edərkən, polis əməkdaşı sənədi yoxlayaraq onun portalda olan icazəsinin ləğv edildiyini bildirmişdir. Azərbaycan Respublikasının İXM-in 211.1-ci maddəsinə əsasən 200 AZN məbləğində cərimə edilməsinə dair TP3779966 saylı, xx.xx.2020-ci il tarixli qərar qəbul etmişdir. Qərar qəbul edilərkən onun qanunvericilikdə müəyyən edilmiş bir sıra hüquqları kobud surətdə pozulmuş və ona görə də ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 220 nömrəli, xx xxxx 2020-ci il tarixli 236 nömrəli qərarlarında portaldakı icazənin ləğvi barədə hec bir dəyişiklik edilməyib. Qeyd etmişdir ki, aprel ayında olan xüsusi karantin zamanı karantin müddəti uzadılarkən, portalda olan icazələr də avtomatik olaraq uzadılmışdır. Bu baxımdan polis inspektorunun portalda olan icazənin ləğv edilməsini əsas götürərək qərar qəbul etməsi düzgün deyildir. Karantin rejimi uzadıldıqda sonuncu gün saat 00:00-a kimi müddət təyin edilir, yəni xx xxxx 2020-ci il tarixdə, saat 18:59-da polis inspektorunun onun məsuliyyətə cəlb edilməyisinə dair qərar verməsi qanunun tələblərinə ziddir. Portaldakı icazələrin ləğv edilməsi barədə ona heç bir rəsmi məlumat verilməmişdir. Bu səbəbdən də o, icazənin olmasına əmin olaraq şəhər ərazisinə çıxmışdır. Portal vasitəsilə icazə almış şəxslər SMS göndərməklə iki saatlıq icazə almaq istədikdə, həmin şəxsə portaldan artıq icazə aldığına görə SMS vasitəsilə icazə verilməsindən imtina edilir. Odur ki, ona portaldan icazənin ləğv edilməsi barədə məlumat verilmiş olsa idi, o, SMS icazə vasitəsindən istifadə edərdi. Hesab edir ki, polis inspektoru onun portaldan icazəsinin olmasnı gördükdə ona cərimə tətbiq etməli deyildi. Ona görə də hesab edir ki, qeyd olunan qərar qanunvericiliyin tələblərinə zidd olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında Əli-zadə Elnarə Həsən qızı şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən inzibati tənbeh edilməsinə dair Bakı şəhəri DYPİ-nin YPX inspektoru, polis sıravisi X1 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri DYPİ-nin YPX inspektoru, polis sıravisi X1 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Əli-zadə Elnarə Həsən qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, 200 manat məbləğində cərimə olunmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan “icaze.e-gov.az” elektron portal çıxarışından görünür ki, “xxxxxxxxxxxxxxxxxxxx” MMC-də mühasib vəzifəsində çalışan Əli-zadə Elnarə Həsən qızının xüsusi karantin rejimi dövründə (xx.xx.2020 - xx.xx.2020) işə cəlb olunması üçün rəsmi icazəsi olmuşdur. İş materiallarından göründüyü kimi, Əli-zadə Elnarə Həsən qızının xüsusi karantin rejimi dövründə işə cəlb olunması ilə əlaqədar icazəsi olmuşdur. Buna baxmayaraq isə Bakı şəhər Dövlət X5 tərəfindən düzgün araşdırma aparılmayaraq Əli-zadə Elnarə Həsən qızının işlə bağlı rəsmi icazəsinin olub-olmaması müəyyənləşdirilmədən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edilənlər onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən şəxsi məlumatları əldə etməmiş və səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, Əli-zadə Elnarə Həsən qızı barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə məhkəmə, şikayətçi Əli-zadə Elnarə Həsən qızının hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, Bakı şəhəri DYPİ-nin YPX inspektoru, polis sıravisi X1 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli, iş üzrə inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Əli-zadə Elnarə Həsən qızının inzibati tənbeh olunmasına dair Bakı şəhəri DYPİ-nin YPX inspektoru, polis sıravisi X1 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X4 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-1806/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1806/2020
05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver