Məhkəmə qərarları › İş №3(001)-1807/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1807/2020

03.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1807/2020 03.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayət vermiş şəxs Məmmədov İsmayıl Möhübbət oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Məmmədov İsmayıl Möhübbət oğlunun Azərbaycan Respublikası DİN Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti tərəfindən qəbul edilən TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Məmmədov İsmayıl Möhübbət oğlu Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası DİN Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti tərəfindən qəbul edilən TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın və İXP ******* saylı protokolun ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məmmədov İsmayıl Möhübbət oğlu şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə saat 10:40 radələrində idarə etdiyi “VOLKSWAGEN JETTA” minik markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhərində yerləşən “Yapıkredi bank Azərbaycanın” işi ilə əlaqədar getdiyi filialından evinə qayıdan zaman Sumqayıt şəhər DYPŞ tərəfindən Sahil küçəsində saxlanılmışdır. Avtomobilinə yaxınlaşdıqda polis serjantı, adını bilmədiyi, sadəcə 163 nömrəli YPX maşınını idarə edən, adını sonradan barəsində tərtib olunmuş qərarla tanış olduğu zaman öyrəndiyim X2 İXMnin 211.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarını pozmağına görə iki yüz manat məbləğindəcərimə olunmağı barədə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Polis serjantı X2 onun saxlanılan zaman 8103-ə sms ilə aldığı 2 saatlıq icazənin bitməməsini nəzərə almadan inzibati tənbeh vermə haqqında qərar (inzibati protokol) tərtib etmişdir. Sadəcə polis serjantı qərəzli olaraq qərarın (protokolun) tərtibi vaxtını 11:00 qeyd etmişdir. Vaxtın formal olaraq 11:00 kimi qeyd edilməsindən də bunu anlamaq olar. O, karantin qaydalarına tam riayət etmişdir. 8103-ə 2 indeksi ilə 2 saatlıq icazə almaqla evdən çıxmışdır. Polis onu saxlayanda da bu müddət bitməmiş idi. Onun Sumqayıt ərazisində olmağı ilə əlaqədar bildirmək istəyir ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir. Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli Məlumatında qeyd edilmişdir ki, “Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılsın. Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.” Barəsində tərtib olunmuş qərar (inzibati protokol) özlüyündə yanlışlıqlarla tərtib edilmişdir. Belə ki, polis serjantı X2 inzibati tənbeh vermə haqqında qərarı (inzibati protokolu) tərtib edərkən İXMnin 100-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Qərarda (inzibati protokolda) inzibati xətanın mahiyyəti açıqlanmamışdır. Sadəcə İXM-nin müvafiq maddəsi göstərilmişdir. Bundan başqa inzibati xəta baş verən zaman hadisə nəinki düzgün və ya yanlış formada heç ümumiyyətlə təsvir olunmamışdır. Həmçinin o, Sumqayıt DYPŞ əməkdası tərəfindən saxlanılan zaman onun barəsində protokol tərtib edilməmiş, ona protokolun surəti təqdim edilməmiş, nə protokola onun münasibəti öyrənilməmiş, nə də protokola heç bir imza edilməmişdir. Barəsində olan TP3787094 saylı inzibati tənbeh vermə haqqında qərarı isə öz gücünə, qaynar xəttə, inzibati binanın əlaqə vasitələrinə yığmaqla sonradan əldə edə bilmişdir. Bundan əlavə xx.xx.2020-ci il tarixdə “Asanpay” sistemindən 11:37-də sms gəlmişdir. Həmin smsdə qeyd edilmişdir ki, “Hörmətli İsmayıl Məmmədov. Sizin İXP337485D protokol üzrə xx.xx.2020-ci il tarixindən etibarən icra qərarı qüvvəyə minib”. Belə ki, Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru polis serjantı X1 qəbul etdiyi xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın mətnindən göründüyü kimi inzibati xəta haqqında protokolda İXM-nın 100.1.1-ci maddəsinin tələblərinə zidd olaraq inzibati protokolun tərtib edildiyi yer, həmin Məcəllənin 100.1.4-cü maddəsinin tələblərinə zidd olaraq inzibati xətanın törədildiyi yer, həmin Məcəllənin 100.1.7-ei maddəsinin tələblərinə zidd olaraq barəsində inzibati xəta haqqınıda iş üzrə icraat aparılan fiziki şəxsin, yəni onun izahatları öz əksini tapmamış, həmin Məcəllənin 100.2-ci maddəsinin tələblərinə zidd olaraq protokol tərtib edilərkən (qərar qəbul edilərkən), barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə, yəni ona bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə də protokola müvafiq qeydlər aparılmamışdır. Eyni zamanda bildirir ki, sözügedən inzibati xəta haqqında iş üzrə özünü qətiyyən təqsirli bilmir və barəsində inzibati xəta protokolu tərtib etmiş subyekt tərəfindən ittiham olunduğu inzibati hüquq pozuntusu ilə bağlı maddi sübutların təqdim olunmasını xahiş edir. Göstərilənlərə əsasən barəsində qəbul edilmiş qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətin baxılmasında iştirak etməsi üçün Azərbaycan Respublikası DİN Sumqayıt şəhər DYPŞ-yə məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Məmmədov İsmayıl Möhübbət oğlu şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Eləcə də, o, izahatında xx.xx.2020-ci il tarixində saat 11:00-da Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti tərəfindən saxlanıldığını bildirmişdir. İş materiallarında olan Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru polis serjantı X2 tərəfindən qəbul edilən TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Məmmədov İsmayıl Möhübbət oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 200 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Qərardan həmçinin görünür ki, Məmmədov İsmayıl Möhübbət oğlu xx.xx.2020-ci il tarixində, saat 11:00-da Sumqayıt şəhəri, sahil küçəsində epidemiya əleyhinə rejimini, sanitariya-gigiyena və karantin rejimlərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını araşdıraraq inzibati xətanın törədilməsini inkar edər hər hansı bir sübut müəyyən etmədiyindən, Azərbaycan Respublikası DİN Azərbaycan Respublikası DİN Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidmətinin TP ******* saylı, xx.xx.2020ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını haqlı olaraq qəbul edir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli sms çıxarışdan məlum olur ki, Məmmədov İsmayıl Möhübbət oğlu xx.xx.2020-ci il tarixində yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103-e saat 08:32-də 2 yazaraq sms yollamış, saat 08:47-də 2 saat müddətinə yaşayış yerini tərk etmək haqqında sms təsdiqi almışdır. İnzibati xəta haqqında protokol isə xx.xx.2020-ci il tarixdə saat 11:00-da tərtib edilmişdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, Məmmədov İsmayıl Möhübbət oğlunun Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini və Azərbaycan Respublikası DİN Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün hər hansı əsas olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Məmmədov İsmayıl Möhübbət oğlunun Azərbaycan Respublikası DİN Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidmətinin TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar