Məhkəmə qərarları › İş №3(001)-1815/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1815/2020

05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1815/2020 05.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X7 Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovniki X3 tərəfindən qəbul edilmiş xx.xx.2020ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X7 Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovniki X3 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X8 inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X7 nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X7 nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Şikayət onunla əsalandırılmışdır ki, xx.xx.2020-ci il tarixində S.Vurğun - S.Əskərova küçələrinin kəsişməsində işıqforun qırmızı işığında ** PC *** nömrəli avtomaşınla dayanmışdır. Bu zaman işıqfordan əvvəl çəkilmiş stop xəttindən biraz önə keçmişdir. Yaxınlıqda yerləşən kamera vasitəsilə avtomobilinin şəkli çəkilmiş, lakin ona inzibati protokol tərtib olunmamış və SMS vasitəsilə məlumat göndərilməmişdir. xx.xx.2020 - ci il tarixdən 42 (qırx iki) gün sonra xx.xx.2020-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və SMS vasitəsilə məlumat göndərilmişdir. Protokolda onun İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq bildirmişdir ki, Baş Dövlət X9 tərəfindən düzgün araşdırma aparılmamış, qərar qəbul edilən zaman iştirakı təmin edilməmişdir. Ona görə də, inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X7 Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovniki X3 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X7 Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovniki X3 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğində inzibati tənbeh olunmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X9 tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Çünki, şikayət vermiş şəxs tərəfindən qeyd edilmişdir ki, onun əməlinə araşdırma zamanı düzgün qiymət verilməmiş, iş materialları ilə tanış olmasına şərait yaradılmamış və hadisəni əks etdirən videogörüntüyə baxmaq imkanı məhdudlaşdırılmışdır. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən X2 iş materialları ilə lazımi qaydada tanış etməmiş və hadisənin görüntülərini əks etdirən videogörüntülərlə tanış edilməmiş, bir sözlə səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X4 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə məhkəmə, şikayətçi X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X4 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X7 Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovniki X3 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X7 Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovniki X3 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar