Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1816/2020 28.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu X2 Əmlak Məsələləri Dövlət Komitəsinin Şirvan Ərazi Şöbəsinin xx.xx.2019-cu il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinin icraata qəbul edilməsi məsələsinə baxaraq MÜƏYYƏN ETDİM : X1 Məsələləri Dövlət Komitəsinin Şirvan Ərazi Şöbəsinin xx.xx.2019-cu il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət materialını araşdıraraq X2 Binəqədi Rayon Məhkəməsinə şikayət etməsində inzibati qanunvericiliyin tələblərinin pozulduğunu müəyyən etmişdir, ona görə də hesab edir ki, inzibati xəta haqqında material geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. X3 isə Əmlak Məsələləri Dövlət Komitəsinin Şirvan Ərazi Şöbəsinin xx.xx.2019-cu il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayəti xx xxxx 2020-ci il tarixdə vermiş, verdiyi şikayətə müddətin bərpası üçün vəsatət əlavə etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Əmlak Məsələləri Dövlət Komitəsinin Şirvan Ərazi Şöbəsinin xx.xx.2019-cu il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin geri qaytarılmasına dair qərardad qəbul edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 X2 Əmlak Məsələləri Dövlət Komitəsinin Şirvan Ərazi Şöbəsinin xx.xx.2019-cu il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra Binəqədi Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-1816/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1816/2020
28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver