Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1820/2020 28.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon DYPŞ YPX baş inspektoru polis leytenantı X2 xx.xx.2020-ci il tarixli ******* saylı qərarından şikayətinin icraata qəbul edilməsi məsələsinə baxaraq MÜƏYYƏN ETDİM: X1 Rayon Məhkəməsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon DYPŞ YPX baş inspektoru polis leytenantı X2 xx.xx.2020-ci il tarixli ******* saylı qərarından şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə şikayət materialını araşdıraraq X3 Binəqədi Rayon Məhkəməsinə şikayət etməsində inzibati qanunvericiliyin tələblərinin pozulduğunu müəyyən etmişdir, ona görə də hesab edir ki, inzibati xəta haqqında material geri qaytarılmalıdır. Belə ki, şikayət verən X5 şikayət ərizəsində ünvanını ünvan 1 göstərilmişdir, lakin bu faktı təsdiq edən şəxsiyyət vəsiqəsinin surətini iş materiallarına əlavə etməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasının vətandaşı barədə - yalnız Azərbaycan Respublikası vətandaşının şəxsiyyət vəsiqəsi ilə yaşayış yeri müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon DYPŞ YPX baş inspektoru polis leytenantı X2 xx.xx.2020-ci il tarixli ******* saylı qərarından verdiyi şikayətin geri qaytarılmasına dair qərardad qəbul edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 100, 109, 110 və 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon DYPŞ YPX baş inspektoru polis leytenantı X2 xx.xx.2020-ci il tarixli ******* saylı qərarından verdiyi şikayət geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra yaşayış yer üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-1820/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1820/2020
28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver