Məhkəmə qərarları › İş №3(001)-1825/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1825/2022

20.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1825/2022 20.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şəxs nümayəndəsi X5 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon prokurorluğu tərəfindən Şəxs barəsində xx.xx.2022-ci il tarixdə İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Binəqədi rayon prokurorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq Bakı şəhəri Binəqədi rayon prokurorunun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X8 bildirmişdir ki, Şəxs barəsində qəbul edilmiş qərar əsassızdır. Çünki cəmiyyət tərəfindən müvafiq təmir-tikinti işlərinin aparılması ilə bağlı fiziki şəxs X3 ilə 07 yanvar 2022-ci il tarixdə xidməti müqavilə bağlanmış və müqavilənin şərtlərinə görə sonuncu tərəfindən müyyən işlərə usta, fəhlə kimi müvaiq işçilər cəlb edilmişdir. Belə olduğu təqdirdə cəmiyyət həmin işçilərlə müqavilə bağlamalı deyildi. Fiziki şəxs X1 isə təmir-tikinti işlərinə cəlb etdiyi işçilər günlük işləyib ona uyğun əmək haqqı almışlar. Cəmiyyət isə hər ay X2 görülən işlər müqabilində bank vasitəsilə müvafiq məbləğdə pul köçermələri etmişdir. Qəbul edilmiş qərarda adı şəxslər cəmiyyətin işçiləri olmamışdır. İnşaat aparılan MTK-da isə əraziy girib çıxan işçilərin qeydiyyatı aparılmış və işlər Şəxs tərəfindən aparıldığından usta, fəhlə heyəti giriş-çıxış edərkən özlərini cəmiyyətin işçiləri kimi təqdim edib əraziyə girmişlər. Ona görə də, məhkəmədən Bakı şəhəri Binəqədi rayon prokurorluğu tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. xx.xx.2022-ci il tarixli, xidməti müqavilədən görünür ki, fiziki şəxs X3 ilə Şəxs baş direktoru X4 arasında xidməti müqavilə bağlanılmışdır. X7 ASC-nə məxsus ödəniş tapşırıqlarından və elektron qaimələrdən görünür ki, Şəxs tərəfindən müəyyən işlərin görülməsi səbəbi ilə X1 balansına pul köçürülmüşdür. Məhkəmə, iş materiallarını hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 192.1-ci maddəsinin tərkibi olsa da, cəmiyyətin məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Bakı şəhəri Binəqədi rayon prokurorluğu tərəfindən qəbul edilmiş qərarla Şəxs barəsində İXMin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış olsa da, cəmiyyətin həmin maddə ilə təqsirliliyinin sübuta yetirilməsi üçün səlahiyyətli orqan tərəfindən iş üzrə zəruri araşdırma aparılmamış və toplanmış sübutlar cəmiyyətin təqsili bilinməsinə kifayət etmir. Qeyd edilməlidir ki, məhkəmə iclasında cəmiyyətin nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixli xidməti müqavilə təqdim edilərək işçilərin bağlanmış müqavilə üzrə fiziki şəxs X3 tərəfindən təmir-tikinti işlərinə cəlb edilməsi və onların cəmiyyətlə hər hansı əmək münasibətlərinin mövcud olmamasını bildirmişdir. Göründüyü kimi, inzibati xəta haqqında iş üzrə aparılmış icraat zamanı qeyd olunan halın aydınlaşdırılması məqsədi ilə X1 izahatı alınmamış və sonuncu ilə cəmiyyət arasında olan öhdəlik araşdırılmamışdır. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs əməlində İXM-in 192.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində Bakı şəhəri Binəqədi rayon prokurorluğu tərəfindən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 43, 53, 105, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində Bakı şəhəri Binəqədi rayon prokurorluğu tərəfindən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar