Məhkəmə qərarları › İş №3(001)-1827/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1827/2020

28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1827/2020 28.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu X1 Bakı şəhər DYPİ Yol Patrul Xidmətinin xx.xx.2020-ci il tarixli, İXP3329686 saylı inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş qərarından şikayətinin icraata qəbul edilməsi məsələsinə baxaraq MÜƏYYƏN ETDİM : X2 Bakı şəhəri Binəqədi Rayon Məhkməsinə şikayətlə müraciət edərək Bakı şəhər DYPİ Yol Patrul Xidmətinin xx.xx.2020-ci il tarixli, İXP3329686 saylı inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət materialını araşdıraraq X1 Binəqədi Rayon Məhkəməsinə şikayət etməsində inzibati qanunvericiliyin tələblərinin pozulduğunu müəyyən etmişdir, ona görə də hesab edir ki, inzibati xəta haqqında material geri qaytarılmalıdır. Belə ki, X2 Bakı şəhər DYPİ Yol Patrul Xidmətinin xx.xx.2020-ci il tarixli, İXP3329686 saylı inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş qərarı iş materiallarına əlavə etməmişdir. Belə olan halda məhkəmə işi icraata qəbul edən vaxt qərarın qüvvədə olub-olmamasını müəyyən edə bilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6.-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edildikdə, protokol və digər materiallar natamam olduqda işə baxarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin geri qaytarılmasına dair qərardad qəbul edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 100, 109, 110 və 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Bakı şəhər DYPİ Yol Patrul Xidmətinin xx.xx.2020-ci il tarixli, İXP3329686 saylı inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş qərarından şikayəti geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra Binəqədi Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar