Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1829/2020 28.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu X1 barəsində tərtib olunan xx.xx.2020-ci il tarixli İXP ******* saylı, xx.xx.2020-ci il tarixli İXP ******* saylı və xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında qərarlardan şikayətin icraata qəbul edilməsi məsələsinə baxaraq MÜƏYYƏN ETDİM : X2 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə şikayətlə müraciət edərək barəsində tərtib olunan xx.xx.2020-ci il tarixli İXP ******* saylı, xx.xx.2020-ci il tarixli İXP ******* saylı və xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında qərarların ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv və hərtərəfli araşdırmasını təmin etmək məqsədi ilə qeyd edilən qərarlardan şikayətə bir şikayət ərizəsində baxılması qeyrimümkündür. İş üzrə təqdim edilmiş materialları araşdıraraq müəyyən edilmişdir ki, X2 eyni şikayət ərizəsində bir neçə inzibati qərardan şikayət verdiyindən şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayətin və ya protestin baxılması qaydaları müəyyən edilmiş, lakin həmin maddədə ayrı-ayrı inzibati xəta haqqında qərarlardan verilən şikayətlərin bir icraatda birləşdirilib baxılması nəzərdə tutulmamışdır. Həmin Məcəllənin 109.1.6.-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edildikdə, protokol və digər materiallar natamam olduqda işə baxarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 barəsində tərtib olunan xx.xx.2020-ci il tarixli İXP ******* saylı, xx.xx.2020-ci il tarixli İXP ******* saylı və xx.xx.2020ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında qərarlarından verdiyi şikayət geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 100, 109, 110 və 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 barəsində tərtib olunan xx.xx.2020-ci il tarixli İXP ******* saylı, xx.xx.2020-ci il tarixli İXP ******* saylı və xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında qərarlardan verdiyi şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra təkrar məhkəməyə müraciət etmək hüququ izah edlsin. Hakim Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-1829/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1829/2020
28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver