Məhkəmə qərarları › İş №3(001)-1830/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1830/2021

31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1830/2021 31.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 333.1-ci və 342.6-cı maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında protokola və iş materiallarına əsasən müəyyən edilir ki, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq 08.04.2021-ci il tarixdə saat 07:03-də Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, Z.Bünyadov prospektində sərxoş halda “MERCEDES-BENZ E 200” markalı, LL-211-RR dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmişdir.Həmçinin, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücü mobil telefondan istifadə etmişdir. Buna görə də, 08.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin Yol patrul xidməti inspektoru, polis kiçik serjantı X2 tərəfindən inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib edilmişdir. Həmin protokoldan görünür ki, Şəxs oğlu 08.04.2021-ci il tarixdə saat 07:03-də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq idarə etdiyi “MERCEDES-BENZ E 200” markalı, LL-211-RR dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, Z.Bünyadov prospektində sərxoş halda “MERCEDES-BENZ E 200” markalı, LL-211-RR dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmişdir.Həmçinin, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücü mobil telefondan istifadə etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu və il ərzində ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq ona inzibati qaydada yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir.Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarına əlavə olunmuş 08.04.2021-ci il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək haqqında protokoldan görünür ki, Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin alkoqoldan, nakotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nətəicəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüquqi altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə 50 (əlli) manat məbləğində cərimə edilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir.Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmçinin, İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrindən müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi təqsirini etiraf etməsini, onun səmimi peşmançılığını və il ərzində ilk dəfə inzibati xəta törətməsini nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, Şəxs İXM-nin 333.1-ci və 342.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsinin, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə onun məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 333.1-ci və 342.6-cı maddələrinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 342.6-cı maddələri ilə təqsirli bilinib ona inzibati tənbeh olaraq 400 (dörd yüz) manat məbləğində cərimə təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar