Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1835/2021 03.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İş № 3(001)-1835/2021 Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi QƏRARDAD 03 may 2021-ci il Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Şikayət vermiş şəxs X4 oğlunun iştirakı ilə, X4 oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin DYPŞ-i tərəfindən qəbul edilmiş 04.03.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə vəsatətlə müraciət edərək inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin DYPŞ-i tərəfindən qəbul edilmiş 04.03.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, barəsində Binəqədi Rayon Polis İdarəsinin vəzifəli şəxsləri tərəfindən tərtib edilmiş İXP ******* saylı 04.03.2021-ci il tarixli Protokolu və TP ******* saylı 20.01.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan yuxarı səlahiyyəyli orqana şikayət etmiş, şikayət gec cavablandırıldığı üçün müddəti ötürmüşdür. Deyilənlərin nəzərə alınaraq buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 vəsatətin məzmununa uyğun izahat verib inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətini buraxılmamış hesab edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutlar iş materiallarında aşkar olunmadığından və şikayət vermiş şəxs X3 məhkəmə iclasında bununla bağlı sübutlar təqdim etmədiyindən müddətin bərpası barədə verilmiş vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərini rəhbər tutaraq, qərara aldı: Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin DYPŞ-i tərəfindən qəbul edilmiş 04.03.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair X1 vəsatəti təmin edilməsin. Sədrlik edən: Mahirə Kərimova Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi AZ-1116 Bakı şəhəri, 7-ci mkr., Abay Kunanbayev küçəsi 4E, telefon (faks): ***-***-**-**, poçt ünvanı: mailto:contact@binagadicourt.gov.azElektron ünvan İş № 3(001)-1835/2021 04 may 2021-ci il Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə X4 oğluna Ünvan: Binəqədi rayon, Rəsulzadə qəsəbəsi, Baksol küçəsi,ev 4A Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 3(001)- 1835/2021 saylı qərardadı məlumat üçün Sizə göndərilir. Qoşma: qərardadın surəti mətn üzrə. Hakim: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-1835/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1835/2021
03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver